t s

» » Qarabağ: Müharibə variantı gündəmə gələ bilər – ŞƏRH

Qarabağ: Müharibə variantı gündəmə gələ bilər – ŞƏRH

14-05-2020, 10:56 Yazar:  Samir Baxılıb: 84 Çap et
Qarabağ: Müharibə variantı gündəmə gələ bilər – ŞƏRH“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün birinci dərəcəli əhəmiyyətə malik problemdir”.

Bunu Mediaxeberleri.az-a politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı prioritetləri şərh edərkən deyib.

Onun fikrincə, Qarabağ münaqişəsinin həlli ya sülh yolu ilə məntiqi sonluğuna çatacaq, ya da Azərbaycan hərbi resurslarını istifadə edərək ərazi bütövlüyünü bərpa edəcək.

“Ermənistan isə qeyri-konstruktiv mövqedədir. Zənnimcə, koronavirus pandemiyasından sonra siyasi danışıqlar prosesində canlanma olmasa, hərbi variant bütün kəskinliyi ilə gündəmə gələcək”, - deyə Q.Hüseynli əlavə edib.

Qeyd edək ki, mayın 18-dən 22-dək Azərbaycan ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə 10 000-dək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Q.Hüseynli hesab edir ki, Azərbaycan ordusunun genişmiqyaslı təlimlərini müharibəyə hazırlıq məşqləri kimi qiymətləndirmək olar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az