t s

» » Bu şəxslər xaricə səfər edə bilər - RƏSMİ AÇIQLAMA

Bu şəxslər xaricə səfər edə bilər - RƏSMİ AÇIQLAMA

13-05-2020, 23:18 Yazar:  Samir Baxılıb: 78 Çap et
Bu şəxslər xaricə səfər edə bilər - RƏSMİ AÇIQLAMA
Azərbaycan vətəndaşlarının xarici səfərləri ilə bağlı hansısa məhdudiyyət mövcud deyil.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. "Lakin 31 mayadək beynəlxalq uçuşlar müvəqqəti dayandırılıb. Müstəsna hallar olduqda, qarşı tərəf vətəndaşları qəbul etməyə hazırdırsa, səfərlərin təşkil olunması həyata keçirilir", - o bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əlavə edib ki, ölkəmizdə tətbiq olunan karantin rejimi nəzərə alınaraq, vizaların diplomatik nümayəndəliklər, ASAN xidmət vasitəsilə verilməsi dayandırılıb:

"Hazırda Azərbaycanla vizasız gediş-gəlişi olan ölkələr arasında da məhdudiyyətlər qüvvədədir. Vizaların verilməsi prosesi və məhdudlaşma qüvvədə qalmaqda davam edir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:34 Karantin rejimi necə ləğv olunacaq? - Qərargah Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində
08:35 Prezident ölkəni yeniləyir: bir gündə kimlər getdi, kimlər qaldı Mediaxeberleri.az "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxanın Prezidentin son təyinatları ilə bağlı yazısını təqdim edir: Milli Məclisin buraxılması ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputat korpusunun Prezident İlham Əliyevə müraciətinin müzakirəsi davam
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:30 Leyla Əliyeva uşaq evində - FOTOLAR Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub. Mediaxeberleri.az xəbər verir ki, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış olub. İdman meydançası Heydər Əliyev Fondunun təşəbbüsü və Çinin
08:52 Vətəndaşlığı olmayanlar Azərbaycan vətəndaşlığını necə ala bilər? Azərbaycan Dövlət Miqrasiya Xidməti Trend-in və "Azernews"un suallarını cavablandırıb. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Hər keçən il Azərbaycana müxtəlif məqsədlərlə gələn miqrantların sayının artdığını nəzərə alsaq, əcnəbilərin Azərbaycanda hərəkətini asanlaşdırmaq və prosesin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az