t s

» » “Zirvəsindən qar yediyim,o dagları hardan alım…” – Tural İrfan

“Zirvəsindən qar yediyim,o dagları hardan alım…” – Tural İrfan

12-05-2020, 21:50 Yazar:  Samir Baxılıb: 59 Çap et
“Zirvəsindən qar yediyim,o dagları hardan alım…” – Tural İrfan


Çeşməsində durulduğum,

Bulaqları hardan alım?

Alovundan qovrulduğum,

Ocaqları hardan alım?


Bir gözələ vurulduğum,

Gözlərinə qul olduğum,

Yollarında yorulduğum

O çağları hardan alım?


Bəhrəsindən bar yediyim,

Dövlətindən var yediyim,

Daldalanıb nar yediyim

O bağları hardan alım?


Həvəsiylə nəfəs kəsən,

Dişləyəndə tezcə küsən,

Öpüşümdən tir-tir əsən

Dodaqları hardan alım…


Ağızımda söz yandıran,

Ürəyimdə köz yandıran,

Üz qoyanda üz yandıran

Yanaqları hardan alım…


Yamacında yar yediyim,

Ətəyində bar yediyim,

Zirvəsindən qar yediyim

O dağları hardan alım?


Tural İrfan günah çəkər,

Həsrətli qız min ah çəkər.

Saçlarıma daraq çəkən,

Barmaqları hardan alım…


Tural İrfan

Şair




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:37 “Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir Ölkənin ən gənc mobil operatoru olan “Nar” abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin 30%-ə qədəri 1 dəqiqə,
01:36 Narla müalicə - RESEPTLƏR Müqəddəs Qurani Kərimdə narın həm dünyamızın, həm də cənnətin ən gözəl meyvələrindən olduğu haqqında məlumatlar verilir. Nar Quranda ən çox adı çəkilən meyvələrin içində 4-cüdür ( xurma, zeytun, üzüm, nar) Narın tərkibində zəngin kalium, fosfor, kalsium,natrium, dəmir kimi minerallar və A, B1, B2,
01:05 “Çoxumuz bura ərimizdən xəlvət çıxırıq” - Bakının "qul bazarı"ndakı qadınlar Bakıda təkcə kişilərin deyil, qadınların da “qul bazarı” var. Maştağa kəndində “Xəyal” marketin yaxınlığındakı tinə hər gün səhər saat 07:00-dan günorta saatlarına kimi 100-dən çox qadın kiminsə qapısında günəmuzd işləmək üçün dayanıb gözləyir. Onların içində yaşlısı da var, cavan olanı da. Hətta
08:30 Nar – behişt meyvələrindəndir ki, Quranda 3 dəfə adı çəkilmişdir Qurani-Kərimdə bir çox meyvələr İlahi nemət kimi zikr edilmişdir. Yaşadığımız mövsümdə nar - ən aktual meyvələrdəndir. Nar barədə Qurani-Kərimdə və hədislərimizdə buyurulmuş məqamlara diqqət edək. (Tebyan/Deyerler) Nar behişt – meyvələrindən biridir ki, Quranda üç dəfə adı çəkilmişdir."Çardaq
10:22 Aldım bir dənə, açdım min dənə... – Narın gizli SİRLƏRİ “Meyvələrdən 3 meyvə var. Üçü də balam yeməli. Biri alma, biri heyva, biri nar”. Yəqin ki, bu sözlər hər birinizə tanış gəldi. Məşhur xalq mahnılarından birində belə deyilir. İllərdir dildən-dilə düşən bu mahnıda süfrəmizin ən sevimli meyvələri vəsf edilir, şəninə təriflər söylənir. Payızda

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az