t s

» » Faşizm üzərində tarixi qələbədən 75 il keçir

Faşizm üzərində tarixi qələbədən 75 il keçir

9-05-2020, 01:08 Yazar:  Samir Baxılıb: 138 Çap et
Faşizm üzərində tarixi qələbədən 75 il keçir
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə Günü münasibəti ilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

Bildirək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ bayrağının sancılması ilə başa çatıb.

Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 min nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunmuş neftin 71,4%-ni təşkil edib.

Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:25 Alman faşizmi üzərində qələbədən 74 il ötür Bu gün alman faşizmi üzərində tarixi qələbədən 74 il keçir. Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir. Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası
10:36 Bu gün alman faşizmi üzərində tarixi qələbədən 72 il keçir Bu gün 9 May - Qələbə Günüdür 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Mediaxeberleri.az-ın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər
08:58 Faşizm üzərində qələbədən 72 il ötür Bu gün alman faşizmi üzərində tarixi qələbədən 72 il keçir. Mediaxeberleri.az-ın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir. Qeyd edək ki, 1939-cu il
10:10 Bu gün 9 May - Qələbə Günüdür 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu gün alman faşizmi üzərində tarixi qələbədən 70 il keçir. Mediaxeberleri.az-ın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif
10:34 Bu gün 9 May - Qələbə Günüdür 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu gün alman faşizmi üzərində tarixi qələbədən 70 il keçir. Mediaxeberleri.az-ın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az