t s

» » Menstruasiya sancısı haqqında bilmədikləriniz

Menstruasiya sancısı haqqında bilmədikləriniz

22-02-2015, 01:43 Yazar:  Aygün Baxılıb: 678 Çap et
Menstruasiya sancısı haqqında bilmədiklərinizAraşdırmalar qadınların təxminən 60 faizindən çoxunda menstruasiya dövrünün çox ağrılı keçdiyini ortaya çıxarıb. Ağrının səbəbi menstruasiya dövründə uşaqlığın büzülməsindən və sıxılmasından dolayı uşaqlıqda qan dövranının zəifləməsi və oksigenin azalmasıdır. Türkiyəli ginekoloq Esra Can Çətin ağrının hər qadında fərqli olduğunu, insanın ağrı hissinə göstərdiyi dözümün psixoloji və ya genetik faktorlara bağlı olduğunu bildirib.

Qadınların yarısından çoxunda menstruasiya dövründə az, ya da çox ağrı olur. Ancaq təxminən 10% qadında menstruasiya dövründəki sancı olduqca şiddətli olur, hətta qadının özünü 1-3 gün ərzində iş görə bilməyəcək qədər pis hiss etməsinə səbəb olur. Əslində menstruasiya mexanizminin əhəmiyyətli prosesi olan sıxılmaların qadın tərəfindən ağrı şəklində hiss edilməsi normaldır. Bu sıxılmaların məqsədi qanamanın səviyyəsini azaltmaqdır. Bu sıxılmalar prostaglandin adı verilən bəzi maddələrin ifrazına səbəb olur. Nəticədə ağrılarn olması prostaglandinin ya həddən artıq miqdarda ifraz olunması, ya da qadının ağrılara həddən artıq həssas olması ilə əlaqədardır.
Prostaglandinin ifrazı ilə menstruasiyadan qısa müddət əvvəl başlayan və menstruasiya bitdikdən sonra tamamilə itən menstrusiya sancısı yumurtlama prosesinin getdiyinin etibarlı əlamətlərindən biridir. Menstruasiya sancısı ümumiyyətlə, menstrusiyadan əvvəlki ilk 24 saat ərzində başlayır, menstruasiya ilə birlikdə şiddəti davamlı olaraq artır və menstruasiya dövrünün bitməsinə qədər get-gedə yüngülləşir. Ürəkbulanma, qusma, halsızlıq, şiddətli bel ağrısı və baş ağrısı ən çox görülən digər əlamətlərdir. Ağrının çox şiddətli olduğu hallarda huşunu itirmə belə ortaya çıxa bilər. Menstruasiya sancıları ağrıkəsicilərlə kəsilərsə və başqa bir ginekoloji əlamət yoxdursa, ginekoloqa müraciət etmək lazım deyil. Ancaq menstruasiya sancıları çox şiddətli olub ümumi hala mənfi təsir etməyə başlayıbsa, mütləq ginekoloqa müraciət edilməlidir. Endometrioz, xroniki infeksiya, yumurtalıq kistaları, miyomlar və digər bəzi ginekoloji xəstəliklər öz xüsusiyyətləri ilə yanaşı, eynilə menstruasiya sancısı kimi ağrılar verə bilər. Aparılan ginekoloji müayinə bu vəziyyətlərin varlığını ortaya çıxarar və belə vəziyyətlərdə müalicə tamamilə fərqli olar.

Həkim menstruasiya sancısının qidalanma və bəzi məşqlərlə azaltmağın mümkün olduğunu və ağrının yüngülləşdiyini bildirib. Ancaq dərman kifayət olmadığı hallarda ağrıkəsici qəbul etməkdən çəkinməyin. Menstruasiya sancısı varsa, ona müsbət tərəfdən baxın. Bu proses orqanizmdə yumurtalamanın, yəni, ovulyasıyanın göstəricisidir. Həkim yaş ötdükcə menstruasiya sancısının şiddətinin azaldığını bildirib. Lakin evləndikdən sonra ağrının azalacağı yanlış məlumat olduğunu açıqlayıb. Ancaq doğuşdan sonra uşaqlıq ağzı daha açıq olduğu üçün ağrı daha az hiss edilir.

Mediaxeberleri.az Doktor Çətinin menstruasiya dövrü haqqında maraqlı fikirlərini təqdim edir:

Müalicə formaları

Qarnın üstünə qoyulan isti su torbaları qan dövranının sürətlənməsinə yol açaraq ağrını azaldır. İlıq duş qəbul etmək, ayaqlarını isti suya qoymaq da fayda verir. Təklif olunan temperatur 40 dərəcədir.

Qidalanma rejimi

B və E vitaminləri ilə maqnezium tərkibli dərmanlar ağrını azaldır. Bitki çayları əzələlərə yumşaldıcı təsir göstərir. Bu dövrdə çobanyastığı çayı və razyana çayı faydalı olar. Rasionda qəhvə, şokolad, kola, çay kimi kofein tərkibli qidaları azaltmaq lazımdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:26 Süd vəzi xərçəngindən qorunmaq - Yolları Süd vəzisi xərçəngi qadın xəstəlikləri arasında birinci yerdə dayanır. Bəzi mənbələrdən aldığımız məlumatlara görə, dünyada hər 10­-cu qadın onkoloji süd vəzi xərçənginin daşıyıcısı olduğu halda, Azərbaycanda hər 7-­ci xəstə onkoloji süd vəzi xərçəngidir. Məlumdur ki, böyük şəhərlərdə və sənaye
19:28 Qızlıq pərdəsi arxasında gizlənən faktlar Türkiyədə fəaliyyət göstərən Cinsi Sağlamlıq İnstitutu Dərnəyinin (CİSED) rəhbəri, həkim Cem Keçə "Vaginizmin öhdəsindən gəlmək" adlı kitabında qızlıq pərdəsi ilə bağlı bu günə kimi bilinən bütün tabuları yıxıb. Ən çox satılan kitabların siyahısında birinci yeri tutan kitabda maarifləndirici
10:59 Bakıda yeni saxtakarlıq növü Mağazalarda satılan cihazlara əlavə qiymət niyə ödənilməlidir? Bakı sakini Sahib köhnəlmiş telefonunu yenisi ilə əvəzləmək qərarına gəlir. Əlindəki nəğd pulla mobil telefon satılan mağazaya yollanır. Satıcı gənc oğlanı böyük hörmətlə qarşılayır və ona son model telefonlar göstərir. Ancaq bu
18:12 Abort eşqinə pul qazanan həkimlər - Gizli cinayət - Abort cəzası - 200 manat, 6 ay və ya 5 il Ölkədə abort yolu ilə “körpə qətli” davam edir. Təəssüf ki, məsələ ilə bağlı vəziyyətdə ötən illərlə müqayisədə hər hansı düşüncə dəyişikliyi hiss edilmir. Çox qadın arzuolunmaz hamiləlik və ailə planlaşdırması barədə məlumatsızlıq ucbatından ginekoloqla məsələni həll etməyə can atır. Sözsüz, abort
23:01 İsti havaya görə əxlaqımız gərək pisləşməsin Yayın isti günləri orqanizmimizə mənfi təsir göstərir. Eyni zamanda rəftarlarımızı da pisləşdirə bilir. İsti havalarda insanlar daha kobud və daha həyəcanlı olurlar. Hövsələləri azalır. Bu cür isti havalarda yatmaq çətinləşir, bədəndə su azalır, gündəlik fəaliyyət zəifləyir. Əgər isti hava sizin də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az