t s

» » Azərbaycanda yaranan PUL QITLIĞI: - “İqtisadi fəallığın kəskin azalması səbəbindən...”

Azərbaycanda yaranan PUL QITLIĞI: - “İqtisadi fəallığın kəskin azalması səbəbindən...”

5-05-2020, 11:42 Yazar:  Samir Baxılıb: 82 Çap et
Azərbaycanda yaranan PUL QITLIĞI: - “İqtisadi fəallığın kəskin azalması səbəbindən...”“Mərkəzi Bank kommersiya banklarını daha yumşaq faizlərlə maliyyələşdirərək, iqtisadiyyata investisiya artımını reallaşdırmalıdır”.

Bir neçə gün öncə Mərkəzi Bank tərəfindən “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası” təsdiqlənib.

Qaydaya əsasən, bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 2020-ci il sentyabrın 30-na qədər təxirə salınır. 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməyəcək. (Kreditlərlə bağlı nəzərdə tutulan qaydalar ilə BURADAN daha ətraflı tanış ola bilərsiniz)

Yeni qayda ilə bağlı iqtisadçı Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə iqtisadiyyatda cərəyan edən neqativ proseslər səbəbindən işgüzar fəallılıq azalıb. Bu, çox ciddi xarici iqtisadi təsirlərlə bağlıdır. Bununla yanaşı, ölkədə pul kütləsinin kəskin qıtlığı hiss olunmaqdadır:

“Bu baxımdan Mərkəzi Bank tərəfindən kapitalın adekvatlığı əmsalının azaldılması doğru addımdır. Verilmiş qərarın kökündə ölkədə kreditləşmənin daha aktiv şəkildə reallaşdırılması və investisiya axınlarının iqtisadiyyata doğru daha da sürətləndirilməsi durur.

Ölkə iqtisadiyyatına investisiyaların artırılması olduqca mühümdür. Eyni zamanda, Mərkəzi Bank tərəfindən həyata keçirilən pul-kredit siyasəti şaxələndirilməli və diferensial şəkildə reallaşdırılmalıdır. Pul kütləsinin iqtisadiyyata və real sektora daha aktiv daxil olması və düzgün idarə edilməsi olduqca zəruridir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:25 SON DƏQİQƏ! Krediti olanlara ŞAD XƏBƏR - TƏSDİQLƏNDİ - RƏSMİ Mərkəzi Bankın İdarə Heyəti “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nı təsdiqləyib. Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, Qayda mayın 1-dən qüvvəyə minib. Bu Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və
08:27 BAŞ NAZİR TƏDBİRLƏR PLANINI TƏSDİQLƏDİ - İşçilərə, sahibkarlara, işsizlərə, tələbələrə veriləcək vəsaitlər və ediləcək güzəştlər... Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
12:48 Azərbaycanda bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları dəyişib Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişiklik kapitalın adekvatlıq əmsallarına dair tələblər və onların hesablanması ilə bağlıdır. Qaydaya əsasən, bank məcmu kapitalın adekvatlıq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az