t s

» » Sahibkarlara maliyyə yardımı ilə bağlı növbəti açıqlama

Sahibkarlara maliyyə yardımı ilə bağlı növbəti açıqlama

4-05-2020, 19:14 Yazar:  Samir Baxılıb: 137 Çap et
Sahibkarlara maliyyə yardımı ilə bağlı növbəti açıqlama
Koronavirus (COVİD-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi tədbirlər planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramının icrası davam edir.

Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində sahibkarların müraciətləri elektron formada qəbul olunur. Vergi ödəyiciləri İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) pandemiyadan zərər çəkmiş sahələr üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xüsusi bölməyə şəxsi kabinetləri vasitəsilə daxil olaraq əmək ödənişləri üzrə alt bölməni seçməklə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstəyin göstərilməsi ilə bağlı müraciət edirlər.

Belə ki, daxil olan müraciətlər araşdırılaraq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilir. İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır.

Ödənilən vəsaitlərin məbləğinə gəlincə, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği - 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əməkhaqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əməkhaqqı, əgər çoxdursa, o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin edilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin sözlərinə görə, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən muzdlu işçilərə əməkhaqları yarıya bölünərək aprel və may ayları ərzində verilir. Artıq aprel ayı üzrə ödənişlər təqdim edilib. Ödənişi əldə edənlər may ayında da eyni qaydada maliyyə dəstəyi alacaqlar. Maliyyə yardımı üçün işəgötürənlərin bir dəfə müraciət etməsi kifayətdir. Yəni işəgötürənin aprel ayında etdiyi müraciət may ayı üçün də keçərlidir. Həmin işəgötürən bu müraciəti əsasında may ayı üçün də maliyyə dəstəyi əldə edəcək:

“Maliyyə dəstəyinin verilməsində məqsəd işsizliyin qarşısını almaq, iş yerlərində ixtisarlara yol verilməməsinə nail olmaq və işəgötürənlərin əməkhaqlarının ödənilməsində qarşılaşdığı maddi çətinliklərin dövlət xətti ilə kompensasiya edilməsidir. Bu məqsədə nail olmaq üçün müraciətlərin qəbulu ilə bağlı qaydalar hazırlanan zaman onların mümkün qədər sadə tərtib edilməsi təmin edilib. Müraciətlərin elektron qəbulu, sürətli yoxlama sisteminin tətbiqi, müraciətlərin qaydası ilə bağlı təlimatların hazırlanması sahibkarların vaxtına qənaət etməyə və dəstəyi tez bir zamanda əldə etmələrinə şərait yaradıb”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:27 BAŞ NAZİR TƏDBİRLƏR PLANINI TƏSDİQLƏDİ - İşçilərə, sahibkarlara, işsizlərə, tələbələrə veriləcək vəsaitlər və ediləcək güzəştlər... Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az