t s

» » Ramazan ayının yeddinci gününün imsak və iftar vaxtları

Ramazan ayının yeddinci gününün imsak və iftar vaxtları

30-04-2020, 20:53 Yazar:  Samir Baxılıb: 190 Çap et
Ramazan ayının yeddinci gününün imsak və iftar vaxtları
Sabah Ramazan ayının yeddinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 1-də imsak vaxtı saat 04:00-da, iftar vaxtı isə 19:35-dədir.

Yeddinci günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin”.

Tərcüməsi: “İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.

Allah orucunuzu qəbul etsin!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:01 Ramazan ayının altıncı gününün imsak və iftar vaxtları Sabah Ramazan ayının altıncı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-da imsak vaxtı saat 04:02-də, iftar vaxtı isə 19:50-dədir. Altıncı günün imsak vaxtı üçün duasını təqdim edirik: Duanın oxunuşu: “Əllahummə lə təxzulni fihi litəərruzi
21:00 Ramazan ayının beşinci gününün imsak və iftar vaxtları Sabah Ramazan ayının beşinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 29-da imsak vaxtı saat 04:03-də, iftar vaxtı isə 19:48-dədir. Beşinci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Bismillahir-Rahmanir-Rahim. Allahumməc-əlni fihi
08:05 Ramazan ayının ikinci gününün duası: İmsak və iftar vaxtı Bu gün Ramazan ayının ikinci günüdür. Mediaxeberleri.az Qafqazinfo-ya istinadən xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak vaxtı saat 03:18, iftar vaxtı isə 20:17-yə təyin olunub. Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahumməc'əl siyami
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az