t s

» » Rəsmi Pekin: Uyğurlar vəziyyətdən məmnundurlar

Rəsmi Pekin: Uyğurlar vəziyyətdən məmnundurlar

7-07-2015, 09:10 Yazar:  Məmməd Məmmədov Baxılıb: 441 Çap et
Rəsmi Pekin: Uyğurlar vəziyyətdən məmnundurlarÇinin xarici işlər naziri Uyğur muxtariyyətində hər hansı bir etnik problem olmadığını deyib.

Çin Xalq Respublikasının xarici işlər naziri ölkənin qərbindəki Uyğur muxtariyyətində hər hansı bir etnik problem olmadığını deyib.Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Çinin Xarici İşlər Nazirliyinin məruzəçisi Hua Çunyinq “Reuters”ə açıqlamasında deyib. Sözçü uyğurların dinc, əmin-amanlıq şəraitində vəziyyətlərindən məmnun yaşadıqlarını deyib.

“Uyğurlar dinc, əmin-amanlıq içində vəziyyətlərindən razı yaşayır və işləyirlər. Konstitusion qanunlar çərçivəsində dini azadlıqlarından da istifadə edirlər. Yəni mətbu orqanlarda yazıldığı kimi Sincanda hər hansı bir etnik problem yoxdur”.

Xatırladaq ki, son günlər bir çox ölkələrin, xüsusilə də Türkiyə mətbuatında Çində uyğur türklərinin yaşadığı Sincan bölgəsində etnik soyqırımına məruz qalmaları, habelə onların oruc tutmasının və ibadət etmələrinin yasaqlanması barədə xəbərlər yayılmışdı. Türkiyənin bir çox şəhərlərində isə Çinə qarşı etiraz aksiyaları keçirilmiş və Çin mallarının boykot olunması istiqamətində çağırışlar olmuşdu.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:10 Türk futbol ulduzu çinliləri dəli etdi Öztürk gəlirinin 10%-ni uyğur türklərinə bağışlayacağını deyib. Türkiyəli tanınmış futbolçu Alparslan Öztürk Çindən gələn transfer təklifinə elə cavab verdi ki, çinli futbol rəsmiləri şoka düşüb. ANS PRESS-in məlumatına görə, Öztürk transfer təklifini qəbul etdiyini, amma gəlirinin 10%-ni uyğur
20:34 Çinə qarşı Qarabağ təxribatı Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verdi Çin BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamə təqdim edib. Belə bir iddia ilə Lifenews.ru informasiya xəbər portalı çıxış edib. İddia olunur ki, bu barədə Çinin baş naziri öz Tvitter
15:44 Qarabağ problemi həll olur Avropa Şurası Nazirlər Kabinetinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reynders regional səfəri çərçivəsində Azərbaycanda rəsmi səfərdədir. Mediaxeberleri.az-ın məlumatına görə XİN-dən ANS PRESS-ə bildirilib ki, xarici
23:00 Mətbuat Şurası: Milli Şuranın mitinqində jurnalistlərlə bağlı hər hansı problem qeydə alınmayıb Milli Şuranın martın 15-də «İnşaatçılar» metrostansiyasının yaxınlığında, keçmiş «Məhsul» stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı hər hansı problem qeydə alınmayıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Şuranın Daxili İşlər Nazirliyi
22:32 Fransada “Normand dördlüyü” çərçivəsində görüş keçirilib Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Normand dördlüyünün” Fransanın paytaxtı Parisdə keçirilən görüşünün faydalı olduğunu bildirib. Ukraynanın xarici siyasət idarəsinin başçısı Pavel Klimkin isə Debaltseva şəhəri barədə razılığa gəlməyin mümkün olmadığını qeyd edib. Görüş zamanı nazirlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az