t s

» » Eduard Məmmədovun tələbəsi koronavirusa yoluxmuş xəstələrə qulluq edirmiş: “Könüllü işləyirəm”

Eduard Məmmədovun tələbəsi koronavirusa yoluxmuş xəstələrə qulluq edirmiş: “Könüllü işləyirəm”

28-04-2020, 15:38 Yazar:  Samir Baxılıb: 199 Çap et
Eduard Məmmədovun tələbəsi koronavirusa yoluxmuş xəstələrə qulluq edirmiş: “Könüllü işləyirəm” “Reabilitasiya şöbəsində aparıcı tibb bacısıyam. Üç növbəyə – səhər, günorta və axşam növbəsinə bölünmüşük. Hər növbədə bir həkim və iki tibb bacısı olur. Mən virusa yoluxmuş ağır xəstələrlə əlaqədə oluram”.

Bunu Mediaxeberleri.az-a tanınmış kikboksçumuz Eduard Məmmədovun tibb işçisi kimi fəaliyyət göstərən tələbəsi Nərmin Ağayeva deyib.

32 yaşlı N.Ağayeva özü barədə söhbətə başlayaraq bildirib ki, idmandan əvvəl tibb bacısı kimi fəaliyyət göstərdiyini bildirib:

“Orta məktəbi bitirdikdən sonra tibb kollecinə daxil oldum. Bu səbəbdən karantindən əvvəl də bir neçə klinikada tibb bacısı kimi işləmişəm. Hazırda tibb bacısı kimi könüllü olaraq koronavirusa yoluxmuş xəstələrə qulluq edirəm.

Amma tibb bacısı fəaliyyətimdən başqa, 2017-ci ildən idmanla da məşğul olmuşam. Elə kikboksinqdən başlamışam. 2018-ci ildən Eduard Məmmədovun “Ağ Canavar” klubunda məşq edirəm.

Mənim ən böyük uğurum ötən il 56 kq çəki dərəcəsində Azərbaycan çempionu adını qazanmağımdır. Ötən il isə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Dünya Kubokunda dördüncü yeri tutmuşam. Arzum dünya çempionu olmaqdır”.

Nərmin Ağayeva hazırda koronavirusa yoluxan ağır xəstələrlə məşğul olduğunu bildirib. Kikboksçu xanım tibb bacısı kimi son durumu da bizə çatdırıb:

“Vəzifələrimizə xəstələrə dərman verilməsi, sistem qoyulması, iynə vurulması və s. daxildir. Yoluxanlardan sağalıb evə gedənləri olub. Şükürlər olsun ki, hələ bizim mərkəzdə koronavirusdan dünyasını dəyişən olmayıb. İndiyədək 100-dən artıq xəstə qəbul etmişik. Bunlardan təxminən 80 nəfəri sağalaraq evə buraxılıb. Reanimasiyada 15 nəfərdən artıq xəstəmiz olub. Bəziləri sağalıb, bəziləri də palatalara köçürülüb. Hazırda reanimasiyada cəmi iki xəstəmiz var.

Şükür olsun ki, bizim mərkəzin reabilitasiya şöbəsində xidmət göstərən tibb bacılarından virusa yoluxan olmayıb. Amma bilirəm ki, digər xəstəxanada tibb bacılarından bir neçəsi virusa yoluxduğu üçün izolyasiya edilib. Təhlükəsizlik təchizatımız çox yaxşıdır. Tibb bacısının özündən də çox şey asılıdır.

Eynək və əlcəkləri çıxarmaq olmaz. Səkkiz saat boyunca xüsusi geyimlərdə işləyirik. İlk əvvəl buna dözmək çox çətindir. Çünki taxdığımız eynəklər nəfəsimizdən buxarlanır deyə, görmək çətinləşir. Üstəlik, səkkiz saat bu formada qaldıqda bədənin tər-su içində olur. Amma insan elə bir varlıqdır ki, hər cür şəraitə öyrəşir. Biz də buna öyrəşməyə başladıq. Halbuki, elə insan tanıyıram ki, bundan bezərək tibb prosesindən uzaqlaşıb. Bizim komandada belə bir halı olmayıb”.

“Bizim kimi tibb işçiləri iş günü bitdikdən sonra dövlət tərəfindən ayrılan hoteldə qalır, evə getmirik. Hotel rəhbərliyi idmançı olduğumu bildiyindən, mənə xüsusi şərait yaradıb. Həyətdə “qruşa” quraşdırılıb, elə burada məşq edirəm”, – deyə, Nərmin Ağayev sözlərini yekunlaşdırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:44 Gün eynəkləri insanları kor edə bilər Saxta gün eynəkləri katarakta, sarı nöqtə və göz əti kimi xəstəliklərə səbəb olur... Gün eynəklərinin mövsümü başlayıb. Ultrabənövşəyi şüaların miqdarı qışa nisbətdə üç dəfə artıq olduğu üçün dərini və gözləri gündən qorumaq vacibdir. Hazırda optik mallar satışı ilə məşğul olan mağazalarda və
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az