t s

» » Tanınmış vəkil kredit götürənləri sakitləşdirdi - AÇIQLAMA

Tanınmış vəkil kredit götürənləri sakitləşdirdi - AÇIQLAMA

22-02-2015, 00:37 Yazar:  Anar Baxılıb: 1154 Çap et
Tanınmış vəkil kredit götürənləri sakitləşdirdi - AÇIQLAMAMediaxeberleri.az xəbər verir ki, FaktXəbər-in məlumatına görə, bu gün manatın məzənnəsinin düşməsi ilə əlaqədar banklardan kredit götürən vətəndaşlar arasında ciddi çaşqınlıq yaranıb. Bununla əlaqədar olaraq hüquqşünas Anar Qasımlı qanunun mövcud maddələri açıqlayıb. Hüquqşünasın məqaləsini təqdim edirik:

"Dolların manata nisbətdə bahalaşması bir sıra suallar doğurur. Xüsusən də əvvəllər dollarla kredit götürmüş və aylıq ödənişləri dollarla həyata keçirən şəxslər bu bahalaşmadan çox narahatdırlar. Lakin narahatçılıq üçün heç bir əsas yoxdur. Bu məsələ qanunla dəqiq tənzimlənir.

Mülki Məcəllənin 439.7-ci maddəsində göstərilir ki, Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.

Bu o deməkdir ki, bankların müştərilərlə bağladığı müqavilədə qanunda müəyyən edildiyindən fərqli qayda müəyyən edilməyibsə, müştərilər banka dollarla olan borclarını müqaviləni bağladıqları günə olan rəsmi məzənnə ilə manatla ödəməlidirlər.
Maddənin tam mətni belədir:

Maddə 439. Pul öhdəliklərinin icrası

439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.

439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

439.5. Əgər pul öhdəliyinin icra yeri barəsində şübhə varsa, öhdəlik kreditorun olduğu yer üzrə (fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer üzrə) icra edilməlidir.

439.6. Əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər.

439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir."

Anar Qasımlı / hüquqşünas




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:40 Kredit borcu hansı məzənnə ilə qaytarılmalıdır? Tarixə “Qara şənbə” kimi düşəcək 21 Fevral 2015-ci il tarixində Mərkəzi Bankın qərarı ilə Manatın Dollar və Avro daxil bir çox xarici valyuta qarşısında kəskin ucuzlaşdırması dollarda banklardan götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyi gündəmə gəldi. Götürülən borcun kredit götürülən
17:52 Manatın ucuzlaşmasından kimlər itirəcək? Dollarla kredit götürənlər manatla ifadədə daha çox pul ödəyəcəklər "Manatın ucuzlaşması nəticəsində banklardan rəsmi valyuta ilə kredit götürənlərin ödənişləri dollarla ifadədə aşağı düşəcək". Mediaxeberleri.az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib.
15:10 “İkirəqəmli qiymət artımı olacaq, banklara krediti olanlar daha çox manat xərcləyəcək” “Mərkəzi Bankın rəsmi açıqlamalarında və eləcə də, inflyasiya ilə bağlı proqnozlarına əsasən milli valyutanın məzənnəsinin yumşaq dəyərdən düşəcəyi gözlənilirdi. Manatın məzənnəsini bazar deyil, Mərkəzi Bank sədri müəyyənləşdirdiyi üçün milli valyutanın kursunun necə olacağı sadəcə sözügedən bankın
22:48 Elman Rüstəmov: Ərzaqların qiyməti bahalaşmayacaq “Banklara göstəriş vermişik ki, əmanətçilərə hər bir şərait yaratsınlar”. Çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır. Buna görə də, Azərbaycana inflyasiya idxalını gözləmirik. Ərzaqların qiyməti bahalaşmayacaq –
09:02 Mərkəzi Bankdan şok manat qərarı Milli valyutanın dollardan asılılığından imtina edildi; ekspertlər bildirirlər ki, hökumətin bu addımı manatın ucuzlaşmasını şərtləndirəcək... Azərbaycan manatı dollardan asılılıqdan imtina edib. Bildirilir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 16-dan etibarən məzənnə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az