t s

» » Şeyx Azərbaycandakı məzhəb ayrılığından danışdı

Şeyx Azərbaycandakı məzhəb ayrılığından danışdı

15-02-2015, 15:11 Baxılıb: 867 Çap et
Şeyx Azərbaycandakı məzhəb ayrılığından danışdı

Dini Qurumlar üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran Təqvim Şurasının üzvləri ilə keçirilən görüşdə deyib:

“Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var, əsasən isə İslam dininin şiə və sünni məzhəblərinin nümayəndələri yaşayır. Dünyanın bir çox yerlərindən fərqli olaraq, bu məzhəblərin nümayəndələri eyni məsciddə namaz qalırlar. Lakin iftar, imsaq kimi məsələlərlə bağlı məzhəblər arasında razılığa gəlinməsinə ehtiyac var. İnanıram ki, alimlərimizin də iştirakı ilə ümumi rəyə gələ biləcəyik. Azərbaycanın müstəqil dövlət kimi Şamaxı Astrofizika Rəsədxanası var və təqvim məsələsini özümüz təyin edəcəyik. Bu məsələdə sizin də dəstəyiniz lazımdır”, - deyə QMİ sədri bildirib.

Şeyxülislam qeyd edib ki, Azərbaycanda 35% sünni, 65% isə şiə məzhəbinə mənsub insanların yaşadığı ehtimal edilir və məzhəblər arasında yaxınlaşma üçün bu cür görüşlərin keçirilməsinə ehtiyac var: “Fikir ayrılığı yaradan məsələlər barədə din adamları bir qərara gələ bilmirlər, ona görə də elmi nəticələrdən istifadə etməyə zərurət var. Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanası var və QMİ dini təqvimləri müəyyən etmək üçün bu rəsədxana ilə əlaqə saxlayır. Biz türkiyəli mütəxəssislərin də rəylərini öyrənmişik. İrandakı alimlər də bizə kömək edib. Dünən və srağagün də təqvimlərlə bağlı Şamaxı Rəsədxanasında görüşlər keçirilib”.

Görüşdə iştirak edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, bu məsələdə İran tərəfi öz yardımını etməyə hazırdır: "Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə Qirinin rəhbərlik etdiyi İran Təqvim Şurasının üzvləri bu məsələdə Azərbaycana kömək etməyə hazırdırlar. Bu işlər iki ölkə arasında münasibətlərin nə qədər dərin olduğunu göstərir".

F.Ə.Qiri və İran Təqvim Şurasının üzvü, Tehran Universitetinin müəllimi Ehsan Təvvabi də qeyd ediblər ki, onlar bu məsələdə Azərbaycanla sıx əməkdaşlıq etməyə və lazım olan kömək və dəstəyi göstərməyə hazırdırlar.

F.Ə.Qiri deyib ki, iki gün ərzində Şamaxı Rəsədxanasında Azərbaycanın din xadimləri ilə səmərəli müzakirə aparılıb: "Tehran Universitetinin Geofizika İnstitutu ölkədə dini təqvimin hazırlanması üzrə əsas qurumdur. Hazırladığımız dini təqvimlər İranda həm sünni, həm də şiə məzhəbi tərəfindən müsbət qarşılanır. İranda hər hansı şəhərdə təqvimlə bağlı anlaşılmazlıq baş verəndə o şəhərə gedirik və şəhərdəki yerli din xadimləri ilə müzakirə apararaq birgə qərara gəlirik".

Onun sözlərinə görə, onlar Şamaxıda olarkən üç iclas keçiriblər: "İranda təqvim vaxtının hesablanması ilə bağlı meyarları təqdim etdik. Biz təqvim vaxtını müəyyən edən zaman ehtiyat vaxtını müəyyən etmirik, bunu ibadət edən insanın öhdəsinə buraxırıq. Şamaxıda ikinci iclas yeni ayın təyin edilməsi ilə bağlı idi. İclasda tərəfimizdən ən müasir texnologiya ilə yeni ayın görünməsinin təyin edilməsi barədə məlumat verildi. Biz bu məsələlərdə azərbaycanlı qardaşlarımızla əməkdaşlıq etməyə hazırıq. Azərbaycanlı həmkarlarımız da bu sahədə fəaliyyətləri ilə bağlı bizə məlumat verdilər".

Qonaqlar QMİ sədrini bu il Tehranda keçiriləcək və təqvim məsələlərinə həsr olunacaq beynəlxalq konfransa dəvət ediblər.

Görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Rəsədxana və dini təqvimin müəyyənləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: “Dini təqvimin müəyyənləşdirilməsi üçün tətbiq edilən metodlar arasında ciddi fərq yoxdur. Bizim aramızda belə görüşlər çox keçirilməlidir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:59 Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib Prezidentin Avropaya davamlı səfərləri Azərbaycanın adına ciddi uğurlar yazıb. Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb. Paylaşılmış statusda deyilir: “Azərbaycan
15:40 Aydın Mirzəzadə: Riçard Kozlariç sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır “Son dövrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin antiazərbaycan fəaliyyətində aktivliyi diqqəti cəlb edir”. Bu barədə trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ Konqresində keçirilən dinləmələrdə Riçard Kozlariçin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az