t s

» » İlhamə Quliyeva: Mən birinci deyiləm, bir rəqəmi məndən sonra gəlir

İlhamə Quliyeva: Mən birinci deyiləm, bir rəqəmi məndən sonra gəlir

6-07-2015, 12:18 Yazar:  Məmməd Məmmədov Baxılıb: 477 Çap et
İlhamə Quliyeva: Mən birinci deyiləm, bir rəqəmi məndən sonra gəlir “Bəli, mən özümdən razıyam”.

Hərdən mənimçün deyirlər ki, İlhamə xanım çox özündən razıdır.

Bəli, mən özümdən razıyam, artıqlaması ilə razıyam, çünki mən yaxşı sənətkaram, yaxşı insanam. Deyir ki, hər bir kəs özünə hörmət etməlidir, hər bir kəs özünü istəməlidir.

Mediaxeberleri.az xəbər verir ki, bunu Azərbaycanın xalq artisti İlhamə Quliyeva ATV telekanalının efirində “Mənə bir az ondan danış” verilişində bildirib.

Müğənni xüsusilə vurğulayıb ki, o, birinci deyil.

“Bir rəqəmi məndən sonra gəlir”, - deyə, İ.Quliyeva bildirib.

Xalq artisti həmçinin şou-biznesdəki bəzi həmkarlarına da atmaca atıb:

“İndi təzə dəb yaranıb. Yerindən duran başına tac taxır. Mədəniyyət xadimi insanlara mədəni xidmət etməlidir. Bizim mədəniyyətimiz sizə məxsusdur. Allah sizi mənə çox görməsin. Elə deyim ki, sizi mənə çox görməsin, məni də sizlərə. Mən sizi çox istəyirəm, sizlər üçün yaşayıram və yaradıram”, - deyə, primadonna bildirib.

Qeyd edək ki, bir müddət əvvəl digər xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova başında tac ilə çəkdirdiyi şəkli sosial şəbəkələrdə paylaşmışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:06 İlhamə Quliyeva həmkarı Flora Kərimovanın səsləndirdiyi fikirlərə sərt reaksiya verib İlhamə Quliyeva: Flora, yanımda olsan, səni o məşəllə yandıracağam “Hələ dilin də var danışmağa?”. Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın onun barəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Mediaxeberleri.az Ölkə.Az-a istinadla xəbər verir ki, İ.Quliyeva açıqlamasında
12:03 İlhamə Quliyeva coşdu: "Onu pis günə qoyacam" (VİDEO) Xalq artisti İlhamə Quliyeva afrikalı uşağı övladlığa götürməsindən danışdı. ANS PRESS-in məlumatına görə, səhnəmizin primadonnası "Günə Baxan"ın birbaşa efirində məsələ ilə bağlı açıqlama verib. Azərbaycanın və Dağıstanın Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenləri sahibəsi İlhamə xanım bu
01:28 Günelin tacı İlhamə Quliyevanı qəzəbləndirdi - Qalmaqal / VİDEO Azəri qızı Günelin "10lar" verilişində tac taxması xalq artisti İlhamə Quliyevanı əsəbləşdirib. "İlhamə xanım məndən inciyib. Atama deyib ki, mən sadəcə primadonnayam.Vallah mənim heç kimin taxtında gözüm yoxdur. Mənim sizə hörmətim böyükdür. Sadəcə şou üçün etmişdim bunu. Mənim titula ehtiyacım
21:04 Flora Kərimova: İlhamə bəsdir, yetər bu oyunlar “Mən onu sənətkar hesab etmirəm”. Bu günlərdə müğənni İlhamə Quliyeva həmkarı Flora Kərimovanın yaradıcılığı barədə dedikləri ilə hər kəsi təəccübləndirdi. Belə ki, müğənni “A-dan Z-yə” verilişinin qonağı olarkən F.Kərimova ilə bağlı xoş sözlər söylədi. Onun sənətinin, səs diapazonunun böyük
02:14 “Nazpəri yerin dibinə girsə də...” — İlhamə Quliyeva Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onun ünvanına söylədiyi təhqirləri təkzib etməsinə münasibət bildirib. İ.Quliyeva qarşı tərəfin təkzibi ilə qane olmadığını deyib: "Məhkəmədə tələb etmişdim ki, hansı telekanalda məni təhqir edib, orda da üzr istəsin. Dediklərini təkzib

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az