t s

» » “Artıq dünyada koronavirusa yoluxma enən xəttə keçib” - Adil Qeybulla

“Artıq dünyada koronavirusa yoluxma enən xəttə keçib” - Adil Qeybulla

18-04-2020, 07:36 Yazar:  Samir Baxılıb: 129 Çap et
“Artıq dünyada koronavirusa yoluxma enən xəttə keçib” - Adil Qeybulla
Dünyada koronavirusa (COVİD-19) yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin müsbət hal odur ki, bəzi ölkələrdə, o cümlədən də Azərbaycanda artım dinamikası aşağı düşüb. Buna baxmayaraq hələ ki, əksər ölkələr karantin rejimindən tam çıxmayıblar. Azərbaycanda da karantin rejiminin uzadılması mümkündür və rəsmilərin sözlərinə görə bu barədə müzakirələr aparılır.

Mütəxəssislər hesab edirlər ki, karantin rejimindən dərhal çıxmaq, koronavirus kabusunun yenidən qayıtması ilə nəticələnə bilər. Çünki bu virus insana həm insandan, həm də əşyalara toxunduğu halda keçir. Nəticədə koronavirusa yoluxma həndəsi silsilə ilə artmağa başlayır. Bu faktorun özü ölkələri karantin rejimi tətbiq etməyə, sosial izolyasiyanı gücləndirməyə təhrik edən amildir.



Artıq koronavirusa dünyada 2 milyondan (bu saata görə 2 milyon 193 min 558 nəfər)çox insan yoluxub. Hazırkı məqamda söyləmək olarmı ki, ölkələr koronavirusa yoluxmanın pik həddini arxada qoydular?


Musavat.com-a açıqlamasında professor Adil Qeybulla bildirib ki, artıq dünyada koronavirusa yoluxma enən xəttə keçib: "Pik həddən enmə prosesi gedir. Yavaş-yavaş koronavirusa yoluxanların sayı azalır. Ola bilər ki, Cənubi Afrikada və digər yerlərdə ikinci dalğa da olsun. Lakin buna qarşı da tədbirlər görülür. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının və ölkələrin özləri koronavirusun qarşısını almaq üçün ciddi tədbirlər görürlər. Bu tətbidlər də nəticə verməkdədir".

Dünyadakı vəziyyətə gəlincə isə hazırda koronavirusdan ən çox zərər görən ABŞ-dır. ABŞ faktiki olaraq pendemiyanın əhatəsində qalıb. Hər gün ən azı 2 min nəfər koronavirusdan ölümün olduğu ABŞ-da aprelin 16-da 29 min 567 nəfər koronavirusa yoluxub. Ümumilikdə bu ölkədə son saatlara görə 677 min 579 nəfər koronavirusa yoluxub, 29 min 567 nəfər isə bu virusdan dünyasını dəyişib. Artım sayı bu ölkədə böyük görünsə də əslində digər günlərlə müqayisədə azalma var. ABŞ rəsmiləri hesab edirlər ki, mayın 20-dən sonra bəzi ştatlarda normal həyata dönülə bilər. Lakin hələ ki, bu barədə danışmağa dəyməz. Çünki yoluxma sayı davam edir və ölənlərin də artacağı şübhə doğurmur. Mütəxəssislər bildirirlər ki, ABŞ-da bu qədər yoluxmanın olmasının səbəbi həm karantin rejiminə gec keçilməsi halının, həm də əhalinin sıxlığının yüksək olmasıdır. ABŞ isə ölkədə yayılan virusa görə Çin və ÜST-ü ittiham edir. Hesab edirlər ki, Çin ölkəsində ilk dəfə yayılan koronavirusla bağlı məlumatları dünyaya gec ötürüb və bu müddət ərzində Çinə gəlib-gedənlər virusu dünyaya və ABŞ-a yayıblar...

ABŞ-dan sonrakı siyahıda İspaniya yer alıb ki, burada da son 1 həftədir ki, yoluxma sayı azalıbn. Belə ki, ötən günü İspaniyada 4 min 289 nəfər yoluxub, 503 nəfər isə ölüb. Ümumilikdə bu ölkədə son saatların sayına görə koronavirusa 184 min 948 nəfər yoluxub, 19 min 315 nəfər isə ölüb. İspaniyada artıq bir sıra mağazaların fəaliyyəti bərpa edilib. Siyahıda üçüncü yer alan İtaliyada da oxşar vəziyyət hökm sürür və son saatlarda bu ölkədə cəmi 3 min 786 nəfər koronavirusa yoluxub, 525 nəfər isə bu virusdan ölüb. İtaliyada da bəzi yerlərdə karantin rejimi yumşaldılıb. Yoluxma sayı isə ötən həftələrlə müqayisədə 3 dəfədən də çox aşağıdır.

Siyahıda 4-cü yerdə olan Fransa haqqında xoş fikirlər söyləmək çətindir. Belə ki, bu ölkədə koronavirus hələ ki, zirvəyə doğru gedir. Aprelin 16-da ölkədə 17 min 164 nəfər koronavirusa yoluxub, 753 nəfər isə ölüb. Fransa faktiki olaraq koronavirus kabusunu yaşayır. Hələ ki, bu ölkədə yoluxma sayında azalma müşahidə edilmir.

Almaniyada isə son saatlarda 2 min 945 nəfər yoluxub, 248 nəfər isə ölüb. Bu ölkədə vəziyyət stabil olaraq qalıb. Yəni hər gün ortalama eyni sayda adam yoluxur. Ölüm sayında isə ötən günlərlə müqayisədə bir qədər artım var.

Bəs qonşu ölkələrimizdə vəziyyət necədir?

Rusiyada dünən 3 min 448 nəfər yoluxub, 34 nəfər ölüb. İranda ötən gün 1606 nəfər yoluxub, 92 nəfər ölüb. Türkiyədə isə ötən gün 4 min 801 nəfər yoluxub, 125 nəfər i ölüb. Gürcüstanda ötən gün 42 nəfər yoluxub, ölən isə olmayıb. Ermənistanda isə ötən gün 48 nəfər yoluxub, 1 nəfər ölüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:35 İsti hava həqiqətən Covid-19-u öldürəcəkmi? – BBC radiosunun araşdırması Bəzi insanlar ümid edirlər ki, koronavirusun yayılması temperaturun artması ilə dayanacaq, lakin pandemiyalar çox vaxt özünü mövsümi xəstəliklər kimi aparmır. BBC Future bu barədə bildiklərimizə nəzər salır. Bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq,
17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
13:06 MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar... Dünyanın bəlası koronvirus ucbatından hər keçən gün daha çox sayda insan dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır: Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az