t s

» » Rufiz Qonaqov: "Avropa Oyunlarının açılışı Olimpiya Oyunlarından yüksək səviyyədə idi"

Rufiz Qonaqov: "Avropa Oyunlarının açılışı Olimpiya Oyunlarından yüksək səviyyədə idi"

3-07-2015, 00:39 Yazar:  Aygün Baxılıb: 453 Çap et
Rufiz Qonaqov: "Avropa Oyunlarının açılışı Olimpiya Oyunlarından yüksək səviyyədə idi""Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov deyib ki, I Avropa Oyunları Azərbaycan və Avropa üçün çox önəmli tədbir idi: "Azərbaycan qısa zamanda I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşa bildi. Ölkəmizdə bütün idman infrastrukturları təşkil olundu. Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan böyük tarix yazmış oldu. İlk Avropa Oyunlarının vətəni kimi daim Azərbaycan xatırlanacaq. Açılış mərasiminin ən yüksək səviyyədə təşkil olunması, bütün beynəlxalq idman ictimaiyyəti, Avropa Olimpiya Komitəsinin rəhbərliyi, ekspertlər, Azərbaycanın vətəndaş cəmiyyəti, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası tərəfindən çox yüksək qiymətləndirildi. Həqiqətən də, I Avropa Oyunlarının açılış mərasimi Olimpiya Oyunlarından da yüksək səviyyədə idi". "Heç bir idman yarışına "Bakı-2015" qədər maraq olmayıb" QHT rəhbəri söyləyib ki, 17 gün ərzində idmançılarımız şücaət göstərdi: "50 ölkənin içərisində Azərbaycan idmançılarının ikinci yeri tutması və bu müddət ərzində atletlər və media nümayəndələri, bütün idmansevərlər üçün ölkəmizdə yaradılan şərait yüksək səviyyədə idi. Azərbaycanın əleyhinə anti-təbliğat aparan qara qüvvələr qeyd edirdilər ki, Azərbaycan Birinci Avropa Oyunlarına hazır deyil, ev sahibliyi edə bilməyəcək. Bütün bu deyilənlər alt-üst oldu. Heç kəsə xətər toxunmadan bu idman bayramı baş tutdu. Ölkəmizə çoxlu sayda turist axını oldu. Otellərimizdə, digər istirahət mərkəzlərində 1 yer belə boş deyildi. Bu, onu göstərirdi ki, Azərbaycana, I Avropa Oyunlarına böyük maraq var. Heç bir idman yarışına "Bakı-2015" qədər maraq olmayıb. Hətta bilet axtaranların sayı elə çox idi ki, təəssüf, biletlər vaxtından əvvəl satılıb qurtarmışdı. Bu fakt onu göstərirdi ki, Azərbaycan və xarici vətəndaşlar tərəfindən bu yarışlara böyük diqqət və coşqu var. Həqiqətən də, bayram əhval-ruhiyyəli günlər yaşadıq. Bu müddətdə Azərbaycan polisi, mediası, QHT-lər, siyasi partiyalarımız, könüllülərimiz özlərini Oyunlara kökləmişdi, onların böyük vətənpərvərliyinin şahidi olduq. Mənə elə gəlir ki, dünyanın hər hansı qara qüvvəsinin fikri keçərli ola bilməz. Həmin mərkəzlər də gördü ki, Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət yürüdür, öz ölkəsində istədiyi tədbiri ən yüksək səviyyədə keçirməyə qadirdir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:33 Rufiz Qonaqov TRT Bakı təmsilçisi ilə görüşdü "Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov bu gün Türkiyə Radio - Televiziya Kurumunun Bakı təmsilçisi Yıldıray Arslanı qəbul edib. Qurumdan Mediaxeberleri.az-a verilən xəbərə görə, görüşdə Rufiz Qonaqov Koalisiyanın gördüyü işlər
16:01 "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının nümayəndə heyəti Avropa Oyunları Əməliyyat Komitəsində görüş keçirib Bu gün "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının nümayəndə heyəti Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində iş şəraiti, görülən işlərlə yaxından tanış olub. Ümumi tanışlıqdan sonra koalisiyanın koordinatorları Rufiz Qonaqov və Aydın Quliyev, koalisiyanın
21:17 I Avropa Oyunlarına artıq 100 000 bilet satılıb 20 idman növündə 6 mindən çox idmançı mübarizə aparacaq. Bakı-2015 I Avropa Oyunlarına artıq 100 000 bilet satılıb. Bu barədə Oxu.Az-a I Avropa Oyunlarının Əməliyyat Komitəsindən bildiriblər. Məlumata əsasən, ən çox bilet Bakı-2015 I Avropa Oyunlarının açılış mərasiminə, üzgüçülük və güləş
18:35 Rufiz Qonaqov: “Çağırış heç bir nəticə verməyəcək” “Azərbaycana qarşı aparılan qara piar kampaniyası qarşılaşdığımız ilk hal deyil. Biz artıq dünyada ikili standartların mövcud olmasını şahidi olmuşuq və bu ikili standarlar Azərbaycana qarşı ilk dəfə yönəlməyib”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin
13:38 İlham Əliyev Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüşüb Prezident İlham Əliyev martın 9-da Rusiya Federasiyası prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib. Iqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlət başçısına təqdim edib. Rusiya idmançılarının Bakıda

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az