t s

» » Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası

Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası

21-02-2015, 22:47 Yazar:  Aygün Baxılıb: 764 Çap et
Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzasıCəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Mediaxeberleri.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə fevralın 21-də Ələt-Astara magistralının rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Cavidan Ramazan oğlu Muxtarovun idarə etdiyi “Opel” markalı, 99 EL 192 dövlət nömrə nişanlı minik avtomobili Cəlilabad rayonunun Muğan kənd sakini, 1935-ci il təvəllüdlü Qulamhüseyn Kəlbi oğlu Əlihüseynovun idarə etdiyi “VAZ-2107” markalı, 44 BL 357 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil ciddi zədələnib, həmçinin “VAZ-2107”-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin versiya kimi qəzanın yolun qarlı olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:46 Qazaxda avtomobil aşdı - ölən və yaralananlar var Qazax rayonununda yol-nəqliyyat hadisəsi 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 20-də saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndində kənd sakini İlqar Hacıyev idarə etdiyi “BMW”
09:33 Bakıda 5 maşın toqquşub: 1 ölü, 3 yaralı Hadisəni "Mercedes" markalı minik avtomobili törədib. Bakıda ağır yol qəzası baş verib. Mediaxeberleri.az apa-ya istinadən xəbər verir ki, hadisəni "Mercedes" markalı minik avtomobili törədib. Şərifzadə küçəsi ilə sürətlə hərəkətdə olan minik maşını idarəetmənin itirilməsi nəticəsində yolun
15:09 Bakıda polis-sürücü davası - Qan töküldü Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Məlumata görə, hadisə Səbayel rayonu ərazisində, İstiqlaliyyət küçəsi, 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin
12:11 Yük maşınları toqquşdu; 1 ölü Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində “Shacman” markalı iki yük avtomobili toqquşub. Mediaxeberleri.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az