t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » TÜRK ŞURASININ FÖVQƏLADƏ ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİR - Videokonfrans formatında (Yenilənir)

TÜRK ŞURASININ FÖVQƏLADƏ ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİR - Videokonfrans formatında (Yenilənir)

10-04-2020, 14:16 Yazar:  Samir Baxılıb: 222 Çap et
TÜRK ŞURASININ FÖVQƏLADƏ ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİR - Videokonfrans formatında (Yenilənir)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü başlayıb. APA-nın xəbərinə görə, görüşə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstanın Baş Naziri Viktor Orban, Türk Şurasının baş katibi Bağdad Amreyev və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus qatılıblar.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Görüşün sonunda iştirakçılar tərəfindən Birgə Bəyannamə qəbul ediləcək.

Qeyd edək ki, fövqəladə Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.




“Türk Şurası ölkələrinin milli böhran mərkəzləri arasında əməkdaşlığın qurulmasını təklif edirəm”. Bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan bildirib ki, bu əməkdaşlıq böhranların qarşısının alınmasında mühüm rol oynaya bilər : “Bu böhran qısa müddətdə bitəcək. Türk ellərinə Türkiyədən salam deyirəm”.

“Bu gün gözə görünməz düşmənə qarşı çətin savaş aparırıq”.- deyə, Ərdoğan bildirib.

R. T. Ərdoğan bildirib ki, pandemiyanın təsiri nəticəsində qlobal miqyasda sosial-iqtisadi böhranla üz-üzəyik.

O qeyd edib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək: “Allahın izni ilə Türk Dünyası olaraq bu sıxıntılı durumdan da güclənərək çıxacağımıza bütün qəlbimlə inanıram. Pandemiya ilə əlaqədar həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı, xəstələrimizə tezliklə şəfa diləyirəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Ərdoğan deyib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir: “Buna görə dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü çatdırıram”.

***

Bu gün Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək.

“Report” xəbər verir ki, sammit koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub və Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidentləri Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstan Baş naziri Viktor Orban və TDƏŞ Baş katibi Bağdad Amreyevin iştirak edəcəyi gözlənilir.

Videokonfransda iştirakçıları koronavirus epidemiyası ilə mübarizə üçün milli səviyyədə görülən tədbirlər, səhiyyə sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı və bölgədə COVID-19-un yayılmasının yaratdığı ümumi problemləri həll etməyin yolları barədə fikir mübadiləsi aparacaq, koronavirusun milli və dünya iqtisadiyyatlarına mənfi təsirini aradan qaldırmağın yollarını müzakirə edəcək, böhran zamanı və pandemiyadan sonrakı dövrdə ticari-iqtisadi əlaqələri davam etdirmək və maneəsiz nəqliyyat əlaqələrini təmin etmək üçün birgə səylər və ümumi tədbirlərə toxunacaqlar.

Sammitin yekununda birgə bəyannamə qəbul ediləcəyi gözlənilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az