t s

» » “Space” üzr istədi – “Ciddi tədbir görülməlidir” (VİDEO)

“Space” üzr istədi – “Ciddi tədbir görülməlidir” (VİDEO)

1-07-2015, 13:35 Yazar:  Alim Baxılıb: 950 Çap et
“Space” üzr istədi – “Ciddi tədbir görülməlidir”  (VİDEO)Dünən “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi.

Mediaxeberleri.az
xəbər verir ki, bu sözləri APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

MTRŞ sədri bu tip verilişlərlə bağlı monitorinq şöbəsinə xüsusi tapşırıq verdiyini bildirib:

“Bu tip verilişlər bizim xüsusi diqqət mərkəzimizdədir. Monitorinq şöbəsinə xüsusi tapşırıq vermişəm. Belə verilişlər haqqında arayış hazırlanacaq. Hesab edirəm ki, ciddi tədbir görülməlidir”.

Qeyd edək ki, “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:33 Space-dəki davaya MTRŞ-dan reaksiya -"Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə..." Space-də yayımlanan "Günaydın" verilişində yaşanan qalmaqala Milli Televiziya və Radio Şurası münasibət bildirib. Movqe.az-a bu barədə danışan Şuranın Monitoinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib ki, "Günaydın" kimi tok-şou verilişlərində daha ciddi mövzular müzakirə olunsa daha yaxşı
18:24 “Space”də biabırçılıq- “Mən aliməm, sən isə fahişə” (Video) Teleaparıcı Vüsalə Kərimovanın təqdim etdiyi “Günaydın” verilişində qalmaqallı anlar yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, verilişin qonağı olan yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovanın geyiminə iradını bildirib və onu abırlı geyinməyi təklif edib. Yazarın sözlərindən qəzəblənən
16:27 Ölkə yas içində, telekanallarda çal-çağırdı... Bakı şəhərinin Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb. Son dəqiqəyə olan xəbərlərə görə, ölənlərin sayı 16 nəfərə çatıb. Yaralı sayı isə 60-ı keçib. Ölkə insanının isə xəbər almaq üçün yeganə ünvanı saytlar, xəbər portalları, agentliklərdir. Çünki ölkədə
12:28 MTRŞ sədri: “Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan verilişlərlə bağlı qərar qəbul ediləcək” “Çalışmalıyıq televiziya kanalları daha çox gəlir əldə etsin ki, daha keyfiyyətli verilişlər ortaya qoysun” Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli hazırda Azərbaycanda yeni televiziya kanallarının yaradılmasına ehtiyac görmür. N.Məhərrəmli jurnalistlərə
20:01 Parlamentdə telekanallar və MTRŞ-ı sərt tənqid olundu Milli Məclisin bu gün keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə müzakirələr aparılıb. Qanun layihəsi barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib. O, qeyd edib ki, qanun layihəsində edilən dəyişiklikdən sonra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az