t s

» » Bakıda iyunun 12-dən 28-dək toylar keçirilməyəcək

Bakıda iyunun 12-dən 28-dək toylar keçirilməyəcək

21-02-2015, 22:29 Yazar:  Aygün Baxılıb: 655 Çap et
Bakıda iyunun 12-dən 28-dək toylar keçirilməyəcəkSon günlər mətbuatda Bakı-2015 Avropa Oyunlarının baş tutacağı tarixlərdə paytaxtda toy mərasimlərinin keçirilməsinə qadağa qoyulması barədə məlumatlar yer alıb.

Həmin məlumatlarda bildirilir ki, paytaxtda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində toy təşkilinə icazə verilməyəcək.

Şadlıq saraylarına iyunun 12-dən 28-dək toy mərasimi sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub.

Məsələ ilə bağlı Mediaxeberleri.az-a danışan Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, məsələ ilə bağlı heç bir qadağa yoxdur:

“Sadəcə tövsiyyələr edilir. Toy sahiblərinə deyilib ki, həmin ərəfədə toy etmək istəsələr, mümkünsə, tədbirlə əlaqədar təxirə salsınlar”.

V.Əsədov bildirib ki, tədbir keçiriləcəyi günlərdə toy mərasimlərinin təşkili qonaqların təhlükəsizliyi, idmançıların istənilən istiqamətdə hərəkətinin təmin olunmasında sıxlıq yarada bilər.

“Ona görə biz tövsiyyə edirik ki, çalışın toy mərasimlərini Avropa Oyunlarının idman tədbirlərinin keçirildiyi ərəfədə salmayın. Toy şənliklərini həmin ərəfəyə salmaqdan imtina edin. Əks halda bu sizin üçün əlavə problem, sıxlıq, gecikmələr, ləngimələr yaradacaq”.

V.Əsədov həmçinin bildirib ki, söhbət yalnız Bakı şəhərinin ərazisindən keçir.

“Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində toy mərasimlərinin keçirilməsi məqsədəuyğun deyil”, - deyə, V.Əsədov bildirib, və bunun mətbuatda yazıldığı kimi qadağa deyil, yalnız və yalnız Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin tövsiyyəsi olduğunu bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:26 Nazirdən yeni təyinatlar Ramil Usubov əmr imzalayıb. Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinatlar olub. Mediaxeberleri.az xəbər virir ki, APA-nın məlumatına görə, Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis polkovniki Azər Abdullayev BŞBPİ-nin
23:03 Toyda müğənniyə qadağa qoyuldu - Oxumayacaqsan! Müğənni Mənzurə Musayeva toyda rastlaşdığı maraqlı faktlardan danışıb. O, toy sahiblərinin bəzi mahnılara qadağa qoyduğunu deyib. Mediaxeberleri.az xəbər verir ki, bu haqda müğənni “Günaydın” verilişində danışıb: “Bəzi toylarda toy sahibləri “Ay xalam qızı”, “Gəl, ay qonşumun qızı” mahnılarını
09:37 “Delfi” portalında Mehriban Əliyeva haqqında məqalə dərc edilib Azərbaycan haqqında rubrika “Delfi” portalının ən populyar rubrikalarından biridir. Baltikyanı ölkələrdə ən populyar “Delfi” informasiya portalında Azərbaycan Respublikasının birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
12:54 Moskvada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçiriləcək Təqdimat “Azərbaycan həftəsi” çərçivəsində baş tutacaq. Moskvada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçiriləcək. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada "Bakı-2015" ilk Avropa Oyunlarına həsr edilmiş mətbuat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az