t s

» » “QARABAĞLI KƏNDİNDƏN EŞİTDİKLƏRİM, GÖRDÜKLƏRİM”

“QARABAĞLI KƏNDİNDƏN EŞİTDİKLƏRİM, GÖRDÜKLƏRİM”

7-04-2020, 15:25 Yazar:  Samir Baxılıb: 153 Çap et
“QARABAĞLI KƏNDİNDƏN  EŞİTDİKLƏRİM, GÖRDÜKLƏRİM”
Salyan rayonunun Qarabağlı kəndinin sakini, ömrünün 50 ilindən çoxunu Avropada ilk, dünyada ikinci istilik elektrik stansiyası olan Əli Bayramlı Dövlət Rayon Elektrik Stansiyasında (DRES-də) və Salyan neft və qazçıxarma ida¬rəsində texniki işlərdə çalışmış 78 yaşlı Yavər Ağahüseyn oğlu Orucovun Bakının “Politex“ nəşriyyatında 2020-ci ildə çapdan çıxan 184 səhifəlik kitabı belə adlanır. Kitabın redaktoru tanınmış yazıçı-publisist Fəxrəddin Fərzəliyevdir

Mənbələrdən bizə gəlib çatan məlumata görə, Qa¬ra¬bağlı kəndi 1698-ci ildə Qarabağın Abdal Gülablı kəndindən köçüb gəlmiş bir ailə tərəfindən bina edil¬mişdir. 5 qardaş, 2 bacıdan ibarət olan Kərbəlayı Alı, Salah, Vəli, Piri, Bədirxan, Dür¬nisə və Umuxanım neçə illər mal-qaraları üçün qışlaq yeri olan indiki Qarabağlı kəndinin ərazisini özlərinə vətən seçdilər. Qarabağlı qardaşlar yerli hakimiyyət orqanlarından icazə aldıqdan sonra Kür çayının sol sahilində, başqa sözlə desək, Şirvan tayında məskun¬laş¬¬¬dılar. Qardaşların 10 min başdan çox qoyun-quzu¬su, mal-qarası, sürünü qorumaq üçün qurdboğan itləri, iş heyvanları-dəvəsi, atı, öküzü, qatırı, uzunqulağı olub.

Onilliklər keçdikcə bu qardaşların qonşuluğunda başqa ailələr də ev-eşik tikib yavaş-yavaş kəndi böyütməyə başladılar. Bu qardaşların bacıları da burada ailə qur¬dular. Müəllif XX yüzilliyin əvvəllərində Şamaxının Dağ Kolanı kəndindən, Cənubi Azərbaycandan, 1949-cu ildə dövlət qərarı ilə Qərbi Azərbaycanın Dərələyəz mahalının Terp və Tarp kəndlərindən yüzlərlə ailə Qarabağlıya köçürüldükdən sonra bu yaşayış məntəqəsinin iqtisadi həyatı, təhsil, səhiyyə, mədəni-məişət obyektləri haqqında söz açır, maraqlı təhlillər aparır. Yavər Orucovun Naxçıvanla bağlı xatirələri, orada oxuyarkən onun hərbi müəllimi olmuş Böyük Vətən müharibəsi qəhrəmanı, polkovnik Nemət Kərimov barədə böyük məhəbbətlə verdiyi məlumatlar oxucunu məmnun edir.

Kitabda Qarabağlının say-seçmə övladları- Böyük Vətən müharibəsi qəhrəmanı Partizan Babaş Dadaşov, Molla Dəyyanın, Molla Salamın, Kərbəlayı Əhədin oğulları, Ataş Həsənov, Mövsüm Qəhrəmanov, Bayım Nuriyev, Əlisahib Nuriyev, Abbas Həsənov, Nəcəf Novruzov, İbrahim Salmanov, Daşdəmir Orucov, 20 ilə yaxın kolxoz sədri, kənd Sovetinin sədri olmuş Şahsənəm Orucova, Qarabağlının ilk neftçiləri və başqa dəyərli insanları barədə yüksək bədii səviyyəli portret cizgiləri öz əksini tapmışdır.

Yavər Orucovun XIX əsrin axırlarından XX əsrin əvvəllərinə kimi Salyan qəzasının prokuroru olmuş, Moskva Dövlət Uniyersitetinin hüquq fakültəsini bitirmiş, 1844-cü il təvəllüdlü (vəfatı tarixini dəqiqləşdirə bilmədik. Lakin onu bilirik ki, 80 yaşlı Kərimbəy 1924-cü idə 152 cildlik ensiklopediyasını Salyan şəhər kitabxanasına hədiyyə etmişdir) Kərimbəy Şıxəlibəyov haqqında verdiyi məlumatlar olduqca yeni və ədəbiyyatçıların, tarixçilərin diqqətini cəlb edəcək faktlardır.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda erməni quldurları ilə döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Qarabağlı kəndinin 22 nəfər şəhid övladları haqqındakı məqalə də təsirlidir.

1949-cu ildə Dərələyəzdən Qarabağlıya köçürülənlərin nümayəndələrindən İbrahim Qurbanov, Pənah Qurbanov, Nəcəf Kərimov, Mayıl Ağamalıyev, Bulud Həsənov, Lətif Ağamalıyev, kəndin seyidləri Seyid Rza Ağa, Mir Yusif Ağa, Seyid Əzizağa və Hacı xanım Elnarə haqqında esselər də maraqlı süjeti və orijinal təhkiyə üsulu ilə diqqəti cəlb edir.

Namiq HACIHEYDƏRLİ,
Prezident təqaüdçüsü, araşdırmaçı şair.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az