t s

» » Beynəlxalq Ana Dili Günü Ağstafada qeyd edildi

Beynəlxalq Ana Dili Günü Ağstafada qeyd edildi

21-02-2015, 21:52 Yazar:  Samir Əhmədov Baxılıb: 957 Çap et
Beynəlxalq Ana Dili Günü Ağstafada qeyd edildiAğstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbində 21 fevral - Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, ziyalıların, gənclərin və ağsaqqalların təmsil olunduqları tədbirdə Beynəlxalq Ana dili günü ilə əlaqədar Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət müəllimənin geniş məruzəsi dinlənilib.

Məruzə və çıxışlarda Beynəlxalq Ana dili gününün tarixi barədə məlumat verilib. Bildirilib ki, millətin dilinin dövlət statusuna yüksəldilməsi mühüm tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilin zənginliyinin sübutudur.

Qeyd olunub ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi mühüm tarixi hadisə idi.

Tədbirdə vurğulanıb ki, Ana dilini qorumaq, inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:32 İngilis dili müəlliməsi ayaqyoluda zorlandı Türkiyədə əslən Sinqapdan olan ingilis dili müəlliməsi zorlanıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda məktəblərin birində çalışan qadın yanvarın 17-də Kadıköy Bağdad küçəsində əylənməyə getdiyi barın ayaqyolusunda zorlanıb. Hadisə N.S.B adlı qadının bir amerikalı və
14:17 Bakıda İslam maliyyəsi sisteminə həsr olunan konfrans keçirilir Bu gün Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” adlı beynəlxalq konfrans keçirilir. Mediaxeberleri.az xəbər verir ki, tədbir İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi
00:49 Özbəkistan saytı Bəxtiyar Vahabzadədən yazdı Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki podrobno.uz portalında xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında rus dilində material yerləşdirilib. Məqalədə deyilir: “Bəxtiyar
20:44 Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi Respublika Ağsaqqallar Şurası Məclisinin illik yığıncağı keçirilib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
19:42 “Financial Times” Azərbaycan İstiqlal Muzeyindən yazır Muzey Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaradır. Britaniyanın “Financial Times” qəzeti Bakıda fəaliyyət göstərən İstiqlal Muzeyi haqqında məqalə dərc edib. Mediaxeberleri.az AzərTac-a istinadla xəbər verir ki, məqalədə muzey binasının tarixi haqqında məlumat verilir. Qeyd olunur ki, bina

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az