t s

» » Şəhidimiz torpağa tapşırıldı

Şəhidimiz torpağa tapşırıldı

21-02-2015, 21:32 Yazar:  Aygün Baxılıb: 822 Çap et
Şəhidimiz torpağa tapşırıldı“Qobustanlılar Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar”.

Fevralın 21-nə keçən gecə düşmənin Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində dəfn edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, şəhidin cənazəsi fəxri qarovul müşayiəti ilə dəfnə yola salınıb.

Vida mərasimini Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani açaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başsağlığını şəhidin ailəsinə və doğmalarına çatdıraraq qeyd edib ki, dünən ATƏT-in Minsk qrupunun həmsədrləri regionu tərk etdikdən sonra erməni Silahlı Qüvvələrinin təxribat qrupu növbəti dəfə mövqelərimizə basqın etməyə cəhd göstərib. Lakin əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib: “Azərbaycan əsgəri şəhidimizin qisasını alıb və bundan sonra da alacaq. Şiddətli atışma zamanı mərdliklə həlak olmuş şəhid əsgərimizin xatirəsi heç vaxt unudulmayacaq”.

Sonra Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bütün qobustanlıların Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan edib və şəhidin dəfn mərasiminin bütün əsgəri ənənələrə uyğun olaraq təşkil edilməsində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Millət vəkili, professor Xanhüseyn Kazımlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi, polkovnik-leytenant Mərdan Nəhmətov və başqaları çıxış edərək şəhidin atasına Vətən üçün belə igid oğul yetişdirdiyinə görə dərin minnətdarlıqlarını bildiriblər.

Şəhidin tabutu “Vətən sağ olsun!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları və yaylım atəşləri altında məzara endirilib. Cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin atasına təqdim olunub.

Şəhid atası bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarda ucaldılacağına əminliyini bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:28 BDU-da “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda tədbir Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dövlət Universitetində (BDU) “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda maarifləndirmə tədbiri keçirib. BDU-dan AzərTAc-a bildiriblər ki, tədbirdə universitetin həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri,
11:19 Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb Ermənistan atəşkəsi pozmaqda davam edir Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub. Mediaxeberleri.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində və
22:27 XİN: Ermənistan danışıqların başlanmasına əngəl yaratmağa çalışır “Gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”. Ermənistan xarici işlər naziri təəssüf doğuran ziddiyyətli şərhləri ilə regionda kimin sülh və təhlükəsizliyin bərqərar olmasına real əngəl yaratdığını bir daha göstərib. Mediaxeberleri.az-ın məlumatına görə, bunu
01:01 Qaradağlı faciəsi - 23 il Ermənilər Xocavənddə əhalini xüsusi amasızlıqla öldürüblər Bu gün Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 23 il ötür. Erməni hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və
20:09 Əsgərlərimiz vətənə sədaqət andı içdilər Fevralın 15-də Gəncədəki “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, hərbi hissənin döyüş bayrağı meydana gətirildikdən sonra, gənc əsgərlər hərbi and içiblər. Hərbi hissənin komandiri andiçmə mərasiminin başa çatması barədə raport

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az