t s

» » Zibilliyə qərq olan Kür çayı - FOTOLAR

Zibilliyə qərq olan Kür çayı - FOTOLAR

26-03-2020, 23:47 Yazar:  Samir Baxılıb: 85 Çap et
Zibilliyə qərq olan Kür çayı - FOTOLAR
Gürcüstana ilk dəfə gedərkən diqqətimi çəkən ilk şey Kür çayının Gürcüstan tərəfində olan hissəsi ilə Azərbaycan tərəfində olan hissəsinin fərqi oldu. Azərbaycanda zir-zibil içində itən Kür çayı sahilləri, sanki Gürcüstanda özünün azadlığa oxşayan nəsə bir ülvi görnüşünü özünə qaytarmışdı. Sanki Azərbaycanın Küründən kədər, Gürcüstanın Küründən sevinc, xoşbəxtlik yağırdı. O zaman vətənə verdiyimiz dəyərə görə utandım. həm də çox…

Dostlarla balıq tutmağa getmişdik. Daha doğrusu sosial şəbəkədə və televiziyada hər gün haqqında danışılan karonavirus vahiməsindən başımızı götürüb bir günlük uzaqlaşmaq istədik. Getdik və istirahət etmək istədiyimiz Kür çayı sahillərinin nadir ağaclarla dolu olan hissəsini zibilliklər içində olmasını görüb çoz üzüldük. Kür çayının Kürdəmirin Mollakən kəndi yaxınlığında olan hissəsi demək olar ki, başdan ayağa zibilliyin içindədir. Təbiətin gözəl mənzərəsi insan əli ilə çirkləndirilib, bərbad bir hala salınıb. Ağacların arası içki butulkaları, sok qabları, hər tərəfə yayılmış müxtəlif cür tullantılarla dolub.



Nadir ağac növlərinin tən ortasında olan böyük bir zibilxananı görəndə isə gözlərimizə inanmaq istəmədik. Təbiətin qoynunda əməlli başlı böyük bir zibilxana yaradıblar. Həm də bu zibilxana avtomobillərlə daşınıb buraya atılıb və mütləqdir ki, bu sahəyə cavabdeh olan dövlət qurumları buna izn verir, ən yaxşı halda isə bu boyda biabırçılığa göz yumur.

Ekologiya vəTəbii Sərvətlər Nazirliyini qoyaq bir kənara, deyək ki, onlar görməyib və ya, əməkdalarının başları qazanclı işlərə, “ovçu güdməyə, “balıq tutan yaxalamağa”, suya tok atan, dərman tökən tutub bununla da özlərinə dolanışıq qurmağa qarşıb, yaxşı düz həmin zibilliyin yanında olan Mollakənd Mexaniki Suvarma İdarəsi hara baxır? Həmin ərazidə olan insanlar bu ərazinin Mollakənd Mexaniki Suvarma İdarəsinə məxsus olduğunu dedilər. Suvarma idarəsinin su nasoslarından biri də zibilliklə cəmi 100 metr məsafədə yerləşir.



Hüquqi məsuliyyəti qoyaq bir kənara, axı insanın bir vətəndaş məsuliyyəti də var. Mexaniki Suvarma İdarəsinin rəhbərliyi zibilliyin düz yaxınlığında yerləşən su nasosunun təmiri adına yedikləri vəsaitlərin kiçik bir hissəsini ərazinin təmizliyinə sərf etsələr məncə ziyana düşməzlər. Necə deyərlər, yüz haram işlərinin içində bir xeyirli iş görməklə, bəlkə də qiyamətdə yanacaqları odun üstünə tökməyə 1 qab su qazana bilərlər, ancaq nə fayda…

Onu da qeyd edim ki, balıq tuta bilmədik, dedilər suya tez-tez tok buraxdıqlarına görə, çoxdandır ki, Kür çayı özü balığa həsrət qalıb.

P.S. Ümid edirəm ki, aidiyyəti qurumlar deyilənlərdən nəticə çıxardacaq.

Elşən Əlisoy


Zibilliyə qərq olan Kür çayı - FOTOLAR
Zibilliyə qərq olan Kür çayı - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az