t s

» » İbrahim Məmmədov: “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik”

İbrahim Məmmədov: “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik”

26-03-2020, 23:22 Yazar:  Samir Baxılıb: 74 Çap et
İbrahim Məmmədov: “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik”
“Bu gün Azərbaycanda ən çox sayda koronavirusa yoluxma olub və xüsusi rejimli xəstəxanalardakı xəstələrin sayı 104-ə çatıb”.

Marja xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Qorxulu məqam yoluxanların sürətinin sağalanların sürətini çox üstələməsidir. Azərbaycanda indiyədək 122 nəfərdə koronavirus aşkar edilib, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Bizim də ora getməməyimiz üçün xüsusi karantin rejiminə ciddi əməl edilməlidir. Karantin rejimi imkan verir ki, cərimələr və məcburiyyətlər tətbiq edilsin. Amma hələlik bunu etmək istəmirlər, ümid olunur ki, insanlar öz fərdi məsuliyyətlərin başa düşəcəklər. Əgər bu, ölkə daxilində genişmiqyaslı epidemiyaya səbəb olsa, bunun altından çıxa bilməyəcəyik. Ona görə bugünkü müşavirədə şəhər və rayon icra orqanlarına tapşırıldı ki, karantin rejiminin tələblərinə ciddi əməl olunsun. Üç gün göstərir ki, insanlar karantin rejiminə əməl etmək istəmirlər”, - deyə İbrahim Məmmədov bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
13:06 MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar... Dünyanın bəlası koronvirus ucbatından hər keçən gün daha çox sayda insan dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır: Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını
08:41 İRAN KORONAVİRUS BLOKADASINDA... - ABŞ bir güllə də atmadan arzusuna necə çatır? Yeni koronavirusun vətəni Çindən sonra ən ağır formada vurduğu ölkə İran sayılır. Çoxları bunun təsadüfi olmadığını bildirir və ABŞ-ın hansısa gizlin əməliyyatlarına eyham vururlar. Elə İranın dini lideri də ölkəsindəki koronavirus mövzusunun Qərb mətbuatı tərəfindən şişirdildiyini və bunun İrana
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az