t s

» » TÜRKİYƏ XƏSTƏXANASINDAN DƏHŞƏT SAÇAN GÖRÜNTÜLƏR - Bu kadrlar bizə siqnal olmalıdır... (VİDEO)

TÜRKİYƏ XƏSTƏXANASINDAN DƏHŞƏT SAÇAN GÖRÜNTÜLƏR - Bu kadrlar bizə siqnal olmalıdır... (VİDEO)

26-03-2020, 13:54 Yazar:  Samir Baxılıb: 161 Çap et
TÜRKİYƏ XƏSTƏXANASINDAN DƏHŞƏT SAÇAN GÖRÜNTÜLƏR - Bu kadrlar bizə siqnal olmalıdır... (VİDEO)
Ümumdünya Səhiyyə Təşkilatı və demək olar bütün dünya ölkələrinin hökumətləri insanları yeni koronavirus epidemiyası ilə bağlı tədbirli olmağa, gigiyena qaydalarına, tətbiq olunan qadağalara riayət etməyə çağırsalar da, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə bu epidemiyanın real təhlükəsi, təəssüf ki, hələ də tam dərk olunmayıb. Ancaq bu virusun yaratdığı fəsadlarla bağlı dünyanın müxtəlif nöqtələrindən yayılan görüntülər bir daha koronavirusun miqyası və təhlükəlilik səviyyəsi barədə aydın təsəvvür yaradır.

Qardaş Türkiyədə də bu pandemiya ilə bağlı vəziyyət günbəgün gərginləşməkdədir. Artıq ölkədə koronavirusa yoluxanların sayı 2500-ə, bu bəladan ölənlərin sayı isə 59-a çatıb. Ölkədə durumun getdikcə ağırlaşdığını İstanbulun Bakırköy Sadi Konuk Xəstəxanasından çəkilmiş kadrlar da sübut edir.

İnternetdə yayılan videolardan göründüyü kimi, xəstəxana koronavirusa yoluxduqları güman edilən insanlarla dolub-daşır. Onların çoxu yaşlı insanlardır.






Bu kadrlar hətta Türkiyə kimi inkişaf etmiş, güclü səhiyyə sisteminə malik ölkədə belə, bu pandemiya ilə mübarizə aparmağın nə qədər çətin olduğu, xəstəxana palataları, tibbi personal və ləvazimatlar sarıdan problemlər yaşandığını açıq-aşkar göstərir. Bəzən xəstələrə hətta oturmaq üçün stul da çatışmır.

Xatırladaq ki, ilk dövrlərdə Türkiyədə də İtaliya, İspaniya və digər ölkələrdə olduğu kimi, əhalinin koronavirus təhlükəsinə biganə yanaşdığı müşahidə olunurdu. Ancaq hadisələrin hazırkı gedişi vəziyyətin nə qədər ciddi olduğunu sübut edir və heç birimizin arzulamadığı halda, qardaş ölkədə də İtaliya, İspaniya təcrübəsinin təkrarlanması ehtimalını artırır.

Bu görüntülər bizim üçün də həyəcan siqnalı hesab oluna bilər. Təəssüf ki, ölkəmizdə hələ də əhalinin əhəmiyyətli hissəsi bu virusun yaratdığı təhlükəyə adekvat davranmır. Xüsusilə də paytaxt Bakıda hökumətin bütün qadağa və xəbərdarlıqlarına rəğmən insanların aktiv yerdəyişməsi, gigiyena və karantin tələblərinə uymaması, lüzumsuz səfərlər etməsi, görüşlər keçirməsi və s. kimi hallar həddindən artıq çox sayda müşahidə olunmaqdadır.

Nəzərə alaq ki, Azərbaycanın səhiyyə sistemi heç də Türkiyənin, İranın və Avropa ölkələrinin səhiyyə sistemlərindən irəlidə deyil. O da qeyd olunmalıdır ki, hətta dünyanın ən mükəmməl səhiyyə sistemlərinə, böyük imkanlara malik dövlətləri belə bu virusla mübarizə aparmaqda acizdirlər.

Odur ki, bizdə də bu kadrlarda müşahidə olunan vəziyyət yaranacağı təqdirdə, bunun hansı nəticələr verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Ona görə də, bir daha hökumət yanındakı Operativ Qərargahın tələb və qadağalarına, həkimlərin tövsiyələrinə daha diqqətli və intizamlı şəkildə riayət edilməsinin vacibliyini xatırlatmaqda fayda var.

Cəlal MƏMMƏDOV

AzPolitika.info




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az