t s

» » “Özünütəcrid koronavirusa qalib gəlməyə kifayət etmir...” – Epidemiya ilə mübarizənin 6 əsas şərti

“Özünütəcrid koronavirusa qalib gəlməyə kifayət etmir...” – Epidemiya ilə mübarizənin 6 əsas şərti

26-03-2020, 13:33 Yazar:  Samir Baxılıb: 90 Çap et
“Özünütəcrid koronavirusa qalib gəlməyə kifayət etmir...” – Epidemiya ilə mübarizənin 6 əsas şərti
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus sadəcə özünütəcridin koronavirusa qalib gəlmək üçün kifayət etmədiyini bildirib.

ÜST rəhbərinin bu fikirlərinin əks olunduğu bəyanat təşkilatın rəsmi internet saytında dərc edilib.

Qebreyesus deyib ki, özünütəcrid vacib olsa da, bu tədbir sadəcə vaxt qazanmağa imkan verir və epidemiyaya qalib gəlmək üçün daha bir neçə vacib şərt var. Təşkilat sədrinin fikrincə, koronavirusla bağlı 6 əsas şərtə riayət olunmalıdır ki, bunların da ən əsası dünyada səhiyyə sisteminin gücləndirilməsi və tibbi personalın bütün virusa yoluxanlarla işləyəcək gücə qadir olmasını təmin etməkdir.

Digər şərtlərə dünya üzrə bütün virusa yoluxanların bir-bir müəyyən edilməsi və test saylarının artırılması kimi vacib tədbirlər aiddir.

Qebreyesusun sadaladığı şərtlər sırasını xəstələrin qəbul edilməsi üçün əlavə xəstəxanaların açılması və virusa yoluxanların bütün əlaqələrinin müəyyən edilməsi kimi bəndlər də daxildir.

Maraqlıdır ki, ÜST sədrinin sadaladığı şərtlər sırasında epidemiyaya qalib gələcək yeni vaksin hazırlanmasına dair bənd yoxdur.

Xatırladaq ki, mütəxəssislər belə bir vaksinin hazırlanmasına bir ilə yaxın vaxt lazım olduğunu bildiriblər.

“AzPolitika.info”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az