t s

» » Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ

Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ

26-03-2020, 13:18 Yazar:  Samir Baxılıb: 82 Çap et
Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ
“Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarından xahiş olunacaq ki, onlar Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi xüsusi karantin rejiminə riayət etsinlər”.

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu yaşı 65-i keçən deputatların parlamentin iclasına qatılıb-qatılmayacağı barədə sualı cavablandırarkən deyib.

Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlamentin 27 deputatının yaşı 65-dən yuxarıdır.

Martın 23-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub.

İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən, sosial xidmətlərin göstərilməsi təmin ediləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:57 AZƏRBAYCANDA BİR NƏFƏR KORONAVİRUSDAN ÖLÜB - 6 yeni yoluxma qeydə alınıb Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb. Qərargahdan verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı aşkarlanıb. Qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən
17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
08:10 ÖLKƏ ƏRAZİSİNDƏ XÜSUSİ KARANTİN REJİMİ ELAN EDİLDİ! - Bu gündən yeni və daha sərt qadağanlar tətbiq olunacaq Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının
20:21 Azərbaycanda xüsusi rejim tətbiq edildi Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Mediaxeberleri.az xəbər
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az