t s

» » Dünya Çindən təzminat tələb edəcəkmi? - Virusu gizlətdiyinə və yaydığına görə...

Dünya Çindən təzminat tələb edəcəkmi? - Virusu gizlətdiyinə və yaydığına görə...

26-03-2020, 12:46 Yazar:  Samir Baxılıb: 55 Çap et
Dünya Çindən təzminat tələb edəcəkmi? - Virusu gizlətdiyinə və yaydığına görə...
Antarktida istisna olmaqla dünyanın demək olar ki, bütün bölgələrində və ölkələrində koronavirus yayılıb. Virusun mənbəyi Çin idi. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp xəstəliyi “koronavirus” deyil, “Çin virusu” adlandırıb.


Jurnalistlər Ağ Ev sahibindən xəstəliyi niyə belə adlandırdığını soruşduqda Trampın cavabı sadə olub:

“Çünki virus Çindən yayılıb”.

Bu ifadənin arxasında siyasi məna var. Çində xəstəlik 7 dekabr 2019-cu ildə qeydə alınıb. Ancaq Çin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) sirli sətəlcəm xəstəsi olan vətəndaşları haqqında məlumatı yalnız 31 dekabrda göndərib. Vacib olan 14 gün itirilib. Sürətlə yayılan koronavirusla mübarizədə 14 gün çox böyük müddətdir. Yanvar ayı boyunca xəstəliyin miqyası xeyli artıb.

Buna baxmayaraq, yanvarın 18-də xəstəliyin yayıldığı Uhan şəhərində möhtəşəm ziyafət təşkil edilib, təşkilatçılar tədbirdə hazırldıqları yeməklərlə dünya rekordunu qırmağa çalışıblar. Ziyafətdə təxminən 40 min nəfər iştirak edib. Halbuki, həmin ərəfədə bölgədə nəinki zifayət keçirmək, həyəcan təbili çalmaq lazım idi.

Məsələ burasındadır ki, çinlilər dünyada ən çox səyahət edən millətlərdəndir. Çinlilər dünyanın bütün ölkələrinə səyahət edirlər. Misal üçün virusun baş qaldırdığı yanvar ayında Hubey əyalətində və Uhanda yaşayan 7 milyon çinli müxtəlif dövlətlərə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə səyahət ediblər.

Halbuki, Çinin mərkəzi hakimiyyəti virusu müəyyənləşdirən həkimləri cəzalandırmaq əvəzinə dünyanı virus haqqında xəbərdar etsəydi, həm vəziyyəti nəzarət altına almaq olardı, həm də vaxt itirmədən qarşılıqlı səfərlərə qadağa qoyulardı.


Tədqiqatçıların hesablamalarına görə, dünya ölkələrinə virusu məhz səyahət edən 7 milyon çinli yayıb. Fevralın 3-də Çinin lideri Si Tszinpin Kommunist Partiyasının tədbirində nitq söyləyib. Həmin nitqdə virus barədə heç bir cümlə olmayıb. Həmin partiya tədbirində çıxış edən Hubey vilayətinin rəhbəri də virus barədə fikir söyləməyib.

Halbuki, həmin rəhbərin mövcud vəziyyət barədə artıq məlumatlı idi. Yəni hadisələrin inkişafı göstərir ki, Çinin vilayət rəhbəri virusun yayıldığı ilk günlərdə prosesi gizli saxlamağa çalışıb. Çinin mərkəzi hakimiyyəti isə bir müddət prosesə ciddi yanaşmayıb. Yalnız ölənlərin sayı artdıqda və bunu gizlətmək mümkün olmadıqda Çin həyəcan təbili çalıb. Ancaq artıq gec idi. Çünki, virus yayılına qədər Uhanda yaşayan çinlilər dünyanın bütün ölkələrini gəziblər, başqa ölkələrin insanları da eyni zamanda həmin şəhərdə olublar. Bunların hamısı virus daşıyıcılarına çevriliblər.

Virusun dünyaya yayılmasında Çinin məsuliyyətsizliyi haqqında informasiyalar çoxdur. Bu haqda dünya mətbuatı müxtəlif yazılar yayınlayırlar. Hələ ki, dünya dövlətlərinin rəsmiləri bu mövzunu xüsusi qabartmırlar. Yalnız Donald Tramp əsəbi şəkildə xəstəliyi “Çin virusu”adlandırır. Tramp artıq indidən ona işarə edir ki, virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək.


Bəziləri hətta Çinə qarşı maddi təzminat məsələsini gündəmə gətirirlər. Həqiqətən dövlətlər həm vətəndaşlarını itirirlər, həm də iqtisadiyyatları dağılır. Müxtəlif iqtisadi mexanizmləri bərpa etmək üçün dövlətlərə trilyonlarla dollar vəsait lazım gələcək. Kimsə kimsəyə kömək etməyəcək, çünki hamının köməyə ehtiyacı var.

Çin hakimiyyəti hələ ki, baş verənlərə görə özünü müqəssir saymır. Əksinə, virusun yayılma miqyasını azaldan Çin normal həyata qayıdır. Çin normal həyata qayıdarkən, Qərb ölkələrinin itkiləri artmaqda davam edir, virusun yayılma sürəti hələ pik nöqtəsinə çatmayıb. Misal üçün, 1 milyard 300 milyon əhalisi olan Çində koronavirusdan təxminən 3 min insan vəfat etdisə, 60 milyon əhalisi olan İtaliyada ölənlərin sayı Çindəkindən iki dəfə artıqdır və ağır proses hələ davam edir. İspaniyada da durum ağırdır. Amerika vurisun növbəti mərkəzinə çevrilir.

Çinin qonşuluğunda da vəziyyət ürək açan deyil. Hindistanda da karantin elan edilib. Əhalisi 1 milyarddan çox olan Hindistan virusdan qorunmaq məcburiyyətindədir. Pakistanda da virusa yoluxanları sayı artır.


Pakistanın səhiyyəsi artan virusla mübarizə aparmaqda çətinlik çəkir. Pakistanın kasıb bölgələrindən olan Pəncabda və bir hissəsinə nəzarət etdiyi Kəşmirdə virusdan ölənlər haqqında müxtəlif məlumatlar var, əyalətlər arasında yollar bağlanıb, bu da insanlarda narazılıq yaradır.

Pakistanda vəziyyət nəzarətdən çıxarsa, İslamabad yardım üçün başqa dövlətlərə və maliyyə təşkilatlarına müraciət edə bilər. Pakistandan fərqli olaraq Cənubi Koreya virusla mübarizə aparmaq gücündədir. İlk başda virus Çindən sonra Cənubi Kareyaya yayıldı. Ancaq Cənubi Koreyanın müasir xəstəxanaları və tibbi ləvazimatları virusla mübarizə aparmağa imkan verdi. Asiya ölkələrindən Yaponiyada da durum nəzarət altındadır.


“Atlas” Araşdırmalar Mərkəzi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
13:06 MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar... Dünyanın bəlası koronvirus ucbatından hər keçən gün daha çox sayda insan dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır: Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az