t s

» » Ölkəmizin koronavirus infeksiyasına qarşı mübarizə apardığı bir vaxtda hər birimiz diqqətli olmalıyıq

Ölkəmizin koronavirus infeksiyasına qarşı mübarizə apardığı bir vaxtda hər birimiz diqqətli olmalıyıq

26-03-2020, 12:25 Yazar:  Samir Baxılıb: 86 Çap et
Ölkəmizin koronavirus infeksiyasına qarşı mübarizə apardığı bir vaxtda hər birimiz diqqətli olmalıyıq
Hər kəsə yaxşı məlumdur ki, son zamanlar dünyanın rastlaşdığı koronavirus infeksiyasının Azərbaycanda geniş şəkildə yayılmasının qarşısının alınması, ölkə vətəndaşlarının sağlamlığının təmin olunması, ölkəmizdə virusa yoluxmaq riskinin aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən keçirilən iclaslar, qəbul edilən qərarlar, verilən tapşırıq və tövsiyələr də bir daha onu göstərir ki, epidemiya (Covid-19) ilə mübarizə necə vacib bir məsələdir. Eyni zamanda da hər bir vətəndaşımızın sağlamlığı üçün önəmlidir.

Bu gün çox təəssüflər olsun ki, ölkəmizin həssas bir məsələ olan koronavirusla mübarizə apardığı bir vaxtda sosial şəbəkələrdə, bəzi xəbər saytlarında, internet portallarında informasiya müharibəsi, gözə görünməz qüvvələr tərəfindən təxribat xarakterli yazılarla da rastlaşırıq. Hansı ki, bu ərəfədə bizim vətəndaşlarımız bu məsələyə soyuqqanlı yanaşmalı, dövlətin atdığı qabaqlayıcı tədbirləri anlaşıqlı qarşılamalıdırlar. Bütün məlumatlar Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat mərkəzindən əldə edilməlidir. Hər hansı bir Rayon İcra Hakimiyyəti ilə sual yaranacağı təqdirdə rəsmi qaydada məlumatları əldə etmək lazımdır. Whatsappdan, eləcə də digər sosial şəbəkələrdən istifadə edərək yalnış məlumatların əldə olunması, xüsusilə də vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədilə səs yazılarının yayılması birmənalı şəkildə qəti qadağandır.

Yenə də təəssüf hissi ilə qeyd etmək istəyirik ki, bu günlərdə gündəmi “Qazaxın icra başçısı virusu necə “yayır”? sərlövhəli yazılar zəbt etdi. Əvvəl reportyor.info, sonra isə həmin sayta istinadən gundemxeber.az, cumhuriyyet.net saytlarında yayımlanan yazılarda “Qazax Rayon icra başçısı Rəcəb Babaşov və nümayəndələri adi gigiyenik, karantin qaydalarına əməl edə bilmirlər. İcra başçısı və İH nümayəndələrinin, həkimlərin yayılan fotolarından görünür ki, nə tibbi maska taxıblar, nə əlcək geyiniblər, nə ayağa baxil keçiriblər” kimi fikirlər yer aldı.

Həmin yazını bilib-bilmədən yazan bəzi üzdən iraq, yalan informasiya yaymaq, çaşqınlıq yaratmaq istəyən reportyor.info, gundemxeber.az, cumhuriyyet.net saytlarının xüsusilə nəzərinə çatdırmaq istəyirik ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin nümayəndələri ilə birlikdə cənab prezident tərəfindən yenicə açılışı edilmiş, lakin fəaliyyətə başlamamış, xəstələr yerləşdirilməmiş xəstəxananın hazırlıq səviyyəsinə baxış keçirib. Publik hüquqi şəxsin rəhbər heyəti ilə birgə xəstəxananın hazırkı vəziyyəti, mövcud texniki məsələləri müzakirə olunub. Xəstəxananın tam fəaliyyətə başlaması üçün lazımi işlərin aparılması ilə bağlı öz tövsiyələrini verib.
GOYEZEN.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az