t s

» » Məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə koronavirus əleyhinə dezinfeksiya işləri aparılıb

Məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə koronavirus əleyhinə dezinfeksiya işləri aparılıb

26-03-2020, 12:18 Yazar:  Samir Baxılıb: 113 Çap et
Məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə koronavirus əleyhinə dezinfeksiya işləri aparılıb
Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri respublikamızın hər yerində olduğu kimi, Qazaxda da davam etdirilir.

Bu gün növbəti dezinfeksiya işləri mənfur ermənilər tərəfindən işğal altında olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə aparılıb.

304 ailənin, 1167 nəfər sakinin yaşadığı qəsəbədə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər görülüb. Belə ki, dördmərtəbəli 10 binanın 23 bloku, eləcə də qəsəbədə yerləşən digər inzibati binalar, qazanxana, su nasos stansiyası, həyətdə sakinlərin istirahəti üçün nəzərdə tutulan 23 ədəd söhbətgah, əlavə oturacaqlar suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Bu gün eyni zamanda “Aveyoil” adlı növbəti yanacaqdoldurma məntəqəsində də dezinfeksiya işləri görülüb.

Dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

GOYEZEN.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:16 Qazaxda koronavirus əleyhinə dezinfeksiya tədbirləri davam etdirilir Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir. Bu gün şəhərin H.Əliyev prospektində yerləşən 61A,63,65, Azadlıq küçəsi 76,92, Ş.Xiyabanı 12,14,25,27,
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az