t s

» » Rusiya hökuməti varlıları yüksək vergiyə cəlb edir - Büdcəyə əlavə 18 milyard dollar gələcək

Rusiya hökuməti varlıları yüksək vergiyə cəlb edir - Büdcəyə əlavə 18 milyard dollar gələcək

26-03-2020, 12:05 Yazar:  Samir Baxılıb: 52 Çap et
Rusiya hökuməti varlıları yüksək vergiyə cəlb edir - Büdcəyə əlavə 18 milyard dollar gələcək
Rusiya böhranla əlaqədar zənginlərdən daha çox vergi almağa, büdcənin yükünün bir hissəsini onların çiyninə qoymağa çalışır.

Tanınmış iqtisadçı Rövşən Ağayevin verdiyi məlumata görə, depozitlərə və dividendlərə görə 1 mln. rublu (təxminən 12,8 min dollar) ötən gəlirlər 13% dərəcəsilə vergiyə cəlb olunacaq. Bu qərar Rusiya qiymətli kağızlar bazarına sərmayə yatıran və depozit yerləşdirən qeyri-rezidentlərə də aid olacaq. Son açıqlamaya görə, onlar Rusiyadan hər il 95 mlrd. dollara yaxın məbləğdə dividend və faiz formasında qazanc aparırlar. İndi bunun 13%-ni büdcəyə vergi kimi ödəməli olacaqlar.

Ekspert bildirib ki, hesablamalara görə, bu mənbə 18 mlrd. dollar büdcəyə pul gətirəcək ki, bu da federal büdcənin 7%-nə yaxın bir məbləğdir: "Hökumət deyib ki, bu qərar cəmi 1% əmanətçinin maraqlarına toxunacaq. Zənginlərin vergiyə cəlb edilməsi son illər çox akutallaşıb. Tomas Pikketi "21-ci əsrdə Kapital" əsərində bu ideyanı səsləndirdikdən sonra ABŞ milayderləri Baffet və Qeyts, hazırda isə prezidentiliyə namizədlik yarışına qatılan demokrat Sanders bu ideyanı təbliğ etməyə başlayıb.

Sadəcə motivlər fərqlidir: Qərbdə buna son illər həddən artıq artan sosial bərabərsizliyi azaltmaq vasitəsi kimi baxırlar. Rusiyada isə böhranda büdcəni doldurmaq üçün məcburi addım kimi çıxıb ortaya".

Rövşən Ağayevin sözlərinə gər, Azərbaycanda rəsmi statistikaya görə zəngin yoxdu, ona görə yəqin bizdə heç vaxt aktual olmayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:02 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məzahir Pənahov 118 dairənin 4823 məntəqəsindən, yəni məntəqələrin 87 faizindən məlumatların
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:07 Mart ayının ən şanslı bürcləri, işiniz yağ kimi gedəcək... QOÇ Mart ayı üçün şərh... Mart 2019-in ilk hissəsi Qoç üçün ehtiraslı və sürprizlərlə dolu olmağı vəd edir. Həm Mars həm də Venera Qoç bürcündə olacaq: Venera eşq və başdan çıxarma planeti və Mars arzu və fəth planetidir. Mars-Venera kombinasiyası, bu potensialdan istifadə edərək erotik
11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
15:44 Azərbaycan büdcəsində 519 milyon manatdan çox kəsir yaranıb 2016-cı ilin doqquz ayında Azərbaycan dövlət büdcəsinin mədaxili 10103,1 mln. manat, xərcləri 10622,2 mln. manat olub, 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Mediaxeberleri.az xəbər verir ki, Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı doqquz ayında dövlət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az