t s

» » 23-45 yaşlı insanlarda bu əlamətlər varsa... - KORONAVİRUSUN YENİ SİMPTOMLARI

23-45 yaşlı insanlarda bu əlamətlər varsa... - KORONAVİRUSUN YENİ SİMPTOMLARI

26-03-2020, 08:28 Yazar:  Samir Baxılıb: 141 Çap et
23-45 yaşlı insanlarda bu əlamətlər varsa... - KORONAVİRUSUN YENİ SİMPTOMLARI
Son bir neçə ayda dünyanın bəlasına çevrilmiş COVID-19 pandemiyasının əsas simptomlarından biri də iy və dad hissinin itməsidir.

Bu haqda Fransanın səhiyyə baş direktoru Jerom Salomon məlumat verib. O bildirib ki, bu, ixtisaslaşmış həkimlər tərəfindən son günlərdə müəyyən edilib. Burun tutulması olmadan iy və dad hissinin itirilməsi koronavirusa yoluxmanın əlamətidir.

“ORL Fransa” şirkəti, eləcə də bir çox fransız ORL və infeksiya mütəxəssisi burun tutulması olmadan, bu qəfil iy və dadbilmə hissinin yoxa çıxmasını COVID-19 virusundan şübhələnilən və ya yoluxma təsdiqlənən xəstələrin əksəriyyətində müşahidə etdiklərini bildiriblər. Qeyd edilib ki, digər simptomlar olmayan, ancaq iy və dadbilmə hissini itirmiş insanlar təcrid edilməlidir. “Yoluxanların hamısı iy və dad hissini itirmirlər, ancaq səbəbsiz və iltihabsız bütün iy və dad hissini itirənlər COVİD-19 virusu daşıyıcılarıdır”, - deyə ORL mütəxəssisləri Milli Şurasının prezidenti Jan -Mişel Klain söyləyib.

Göstərilib ki, iy və dad hissini itirənlər əsasən gənc nəslə - 23 və 45 yaş arasına aiddir.

COVID-19 virusuna yoluxanların üçdəikisində bu əlamətin bir neçə gün davam etdiyi diqqətə çatdırılıb. Belə hallarda özbaşına müalicə qəbul edilməzdir və insanlar həkimə getməlidirlər.

Xatırladaq ki, həkimlər indiyədək temperatur, öskürək, ishal (diareya) və ya ürək bulanması, nəfəs almağın çətinləşməsi və ya boğulma, eləcə də yorğunluq hissinin olmasını COVID-19 virusunun əsas əlamətləri olduğunu bildirirdilər.(Azərtac)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
13:06 MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar... Dünyanın bəlası koronvirus ucbatından hər keçən gün daha çox sayda insan dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır: Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını
10:13 Novruz Məmmədovdan əlilləri sevindirəcək QƏRAR: 7 TƏLƏB MÜƏYYƏNLƏŞDİ Azərbaycanın Baş Naziri Novruz Məmmədov “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın təsdiq edilməsi barədə qərar verib. Mediaxeberleri.az xəbər verir ki, qərarda deyilir: 1. Əlilliyi olan şəxslərin iş yerlərinin standartları 1. Ümumi müddəalar 1.1. “Əlilliyi olan şəxslərin iş
10:27 Bakı Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsini qaldıra bilər Qarabağ separatçılarının başçısını Parisə dəvət edənlər ardınca terrorçular üçün maliyyə toplamağa başladılar; - nonsens; politoloq: “Bu, ondan xəbər verir ki, Fransadakı siyasi mərkəzlər düşünülmüş şəkildə separatçılara dəstək verir...” Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az