t s

» » İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı

İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı

26-03-2020, 08:11 Yazar:  Samir Baxılıb: 123 Çap et
İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.

Müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılmış və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.

Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrаhimov tutduğu vəzifədən azad edilib.

Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunub, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilib. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və ciddi şəkildə bildirilib ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.Publika.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:03 Bakının ən zəngin icra başçısı kimdir? – Qaradağda “təxti-Süleyman” dövrü İstisnasız iddia edə bilərik ki, Azərbaycanda ən varlı təbəqənin məmurlar olduğu heç kimdə şübhə doğurmur. Məmurların böyük bir qisminin vəzifə səlahiyyətlərindən istifadə edərək böyük pullar qazandığının da Azərbaycanda artıq uşaqdan böyüyə hər kəsə bəlli olduğunu söyləyə bilərik. Məmur
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
08:00 Süleyman Mikayılovun keçmişi onu bitirir: “Quska”ya sevgi, Talıbova qəzəb Sovet dönəmində olduğu kimi müstəqillik illərində də rayon rəhbərləri bölgələr üçün “balaca padşahlar”a çevrilib. “Birinci katib” stasusu yalnız ad olaraq dəyişib, forma və məzmunca isə sadə vətəndaş üçün situasiya daha da ağırlaşıb. Eyni zamanda yeni dönəmin “balaca padşahları” öz fəaliyyətləri,
18:25 Adlar açıqlandı: "Bu İcra Hakimiyyərlərində... Azərbaycan Hesablama Palatası maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarladığı rayon icra hakimiyyətlərinin adını açıqlayıb. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib. Bunlar Qaradağ, Sabunçu,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az