t s

» » Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

26-03-2020, 07:31 Yazar:  Samir Baxılıb: 76 Çap et
Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Penitensiar Xidmət penitensiar müəssisələrdə məhbusların koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.


“Report” xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Bu, tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər biz bildirdiyimiz kimi, kompleks tədbirlər, profilaktik tədbirlər, maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk. Koronavirusla bağlı hər hansı bir, hətta ehtimal olunan belə bir hal baş verməyib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində, son günlər ərzində ümumiyyətlə həkimlərə müraciət halları demək olar ki, minumuma endirilib. Yəni bütün bu məsələlər tam ciddi nəzarət altındadır. Hətta bizim hər bir əməkdaşımız xidmətə çıxanda nəzarət buraxılış məntəqəsində yoxlanılır. Onlar işə qoruyucu maskalarla gəlirlər, hərarətləri ölçülür. Bütün lazimi tədbirlər həyata keçirilir və belə də davam etdirilir. Çox şükürlər olsun ki, bununla bağlı hər hansı ciddi problemimiz yoxdur”, - deyə M.Sadıqov qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:01 Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub Bu gün ölkəmizdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Respublika Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu sahədə çalışan insanlar
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
19:53 Ağstafada gənclərin hərbi xidmətə yola salınması “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az