t s

» » “Rövnəq Abdullayevin DİQQƏTİNƏ: Mübariz bəy sizdən fərqli milyonların sevimlisidir”- Elman Nigaran

“Rövnəq Abdullayevin DİQQƏTİNƏ: Mübariz bəy sizdən fərqli milyonların sevimlisidir”- Elman Nigaran

24-03-2020, 13:02 Yazar:  Samir Baxılıb: 89 Çap et
“Rövnəq Abdullayevin DİQQƏTİNƏ: Mübariz bəy sizdən fərqli milyonların sevimlisidir”- Elman Nigaran
Azərbaycanlı iş adamı, Türkiyədə “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov haqqında böhtan, iftira, şayələr yaymaqda “qəhrəmanlıq” göstərən bir qurup şantajçı peyda olub.

Hətta fürsətdən istifadə edən bu “qəhrəmanlar” dezinformasiya yaymaqla sosial şəbəkə izləyicilərinin diqqətini cəlb etməkdə maraqlıdır. “Palmali Şirkətlər Qrupu” nun prezidenti Mübariz Mənsimov, Türkiyədə, Rusiyada və digər ölkələrdə iş adamı kimi tanınmaqla, bir növ biznesimenlər siyhısında hallanır. Əlbətdə ki, iş adamının maliyyə imkanlarının yüksək səviyyədə olduğu heç kimə sir deyil. Ölkəmizi layiqincə təmsil edən Mübariz Mənsimov, qardaş Türkiyədə kifayət qədər tələbələrin təhsil haqqını ödəməklə, Azərbaycanda da imkansız şəxsləri nəzərdən qaçırmadı. Onu da nəzərinizə çatdıraq ki, bütün qeyd edilən faktlar cəmiyyətimiz üçün heç də yad deyil. Təbii ki, Mübariz Mənsimov kimi sahibkarların diqqətini ölkəyə cəlb etməli və digər təkliflər irəli sürülməli idi. Şübhəsiz ki, gözlənilmədən iş adamının həbsi, digər versiyalar bizləri olduqca təəcübləndirdi. Ümüd edirik ki, Türkiyə dövləti öz prinsiplərini nəzərə alıb, hüquqi dövlət olduğunu, sübüt edəcək (istintaq ədaləti aparılacaq, böhtranlar və iftiralar ifşa ediləcək). Amma tanınmış iş adamın həbsi nəinki ölkəmizi, dünyada yaşayan Azərbaycanlıları bərk sarsıtdı. Lakin xeyriyəçi Mübariz Mənsimovun həbs xəbəri ölkəmizdə də bir mənalı qarşılanmadı. Ən təəcüblüsü isə iş adamının həbsdə olğu zaman bəzi media orqanları məntiqsiz və yalan məqalələr tirajladı.

Mübariz Mənsimovun Rövnəq Abdullayevdən fərqi

Dövlətimiz üçün önəmli bir simalardan olan Mübariz Mənsimov ölkə vətəndaşlarını işlə təmin olunmasında da lazımı xidmətləri qeyd edək.

İş adamı Azərbaycan vətəndaşları üçün 300 yerə vakansiya elan edib. Dosye.org sözügedən statusu təqdim edir:

“Dəyərli dostlarım, bacılarım vэ qardaşlarım. Mənə hər zaman müraciət edirsiz. Hamısını tək-tək oxuyuram. Sizin ürək sızladan mesajlarınızı oxuyub, kömək edə bildiyim qədər yardım da etməyə çalışıram. İşsizlikdən, ailələrinizə baxa bilmədiyinizdən gileylənirsiniz. Bura gəmiçi şirkətidir. Mənim də sizə təklif edə biləcəyim işlər sırf bu sahəyə uyğundur. Ona görə də, şirkətdə bir araya gəlib yeni vakant yerlər açdıq. Gəmilərimizə əlavə 300 işçi götürəcəyik. Bu arada onu da sevinərək və qürurlanaraq deyim ki, gəmilərimizdə çalışan işçilərimizin 60 faizi həmvətənlərim, Azərbaycan vətəndaşlarıdır. Amma bu işdə siz də bizə kömək etməlisiniz. Dənizçilik sənəti olmayan, amma bizdə işləmək istəyən dostlar, Bakıda artıq uzun zamandır anlaşdığımız və çalışdığımız iş ortağımız var: İlham Nəsirov i.nasirov@az-mariner.az (+994 55 226 48 99), O, sizə düzgün istiqamət verəcək. Dənizçilik kurslarına yönləndirəcək və siz də oranı bitirdikdən sonra bizim gəmilərdə işə götürüləcəksiniz. Maaşlarımız ailənizi saxlaya biləcək maaşlardır. Bizdən ofis işi gözləməyin, bu bir dənizçi şirkətidir. Bizim pulumuz dənizdən çıxır. Biz bəzi məmurlar kimi haram yolla pul qazanmır, dövlətin cibinə girmirik, xaricə pul qaçırtmırıq. Biz əziyyətlə, halallıqla qazanırıq və qazandığımızı yenə xalqımızın yolunda xərcləməkdən qürur duyuruq. Kaş ki, xaricdə yaşayan digər azərbaycanlı iş adamlarımız da öz həmvətənlərimizə kömək olaydılar.

Bizim dövlət güclü dövlətdir. Güclü dövlət qalması üçün birlikdə çalışmalı, insanımızın da güclü, savadlı, sağlam olmasına nail olmalıyıq”.

Azərbaycanlı iş adamına qarşı qara kampaniya aparan quvvələr tək ölkə xaricində deyil, məhz ölkəmizdə də bu işdə canfəşanlıq edən məmurlar az deyil. Reallıq ondan ibarətdir ki, həmən məmurlar işlədiyi dövürdən dövlətin vəsaitlərini talan edib, şəxsi hesablarını artırıblar. Etiraf etməliyik ki, pərdə arxasında gizlənən “maskalı” məmurlar qarayaxma işlərdə medianın fəaliyyətindən daha çox bəhrələnir. Bəzi saytların sosial şəbəkədə yayımladıqları “Türkiyə mətbuatı Mübariz Mənsimovun erməni iş adamı ilə əlaqələrini ifşa etdi” başlıqlı məqalə hansı məqsədlə dərc edildiyi məlumdur. Əvvəla, Türkiyə mətbuatına istinadla dərc edən “Report.az”, “Musavat.com” saytları hardan və necə idarə olunduğu barədə məlumat verməyə ehtiyac yoxdur. Məlum məsələdir ki, “Report.az” saytı ölkədə yuxarı dairələr hesabına qısa müddət ərzində reytinq qazandı. Bir sözlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və eyni zaman AFFA prezidenti Rövnəq Abdullayevin maliyyə dəstəyi hesabına ayağda durmağı bacardı. Gözlənilən idi ki, Mübariz Mənsimova ən ağır zərbə məhz Rövnəq Abdullayevin tərəfdaşları tərəfindən gələcək. Tam əminliklə qeyd edim ki. xeyriyəçiliyi ilə ölkəmizdə böyük imic qazanan M. Mənsimov əlehinə məqalələr təpki ilə qarşılandı. Fakt ondan ibarətdir ki, “Türkiyə mətbuatı Mübariz Mənsimovun erməni iş adamı ilə əlaqələrini ifşa etdi” başlıqlı məqalə, “musavat.com” saytında da yayımlandı. Və ictimayətin tənqidi və təhqiri ilə qarşılaşan “musavat.com” saytın baş redaktoru Rauf Arifoğlu dərhal məsələyə münasibət bildirdi.


Əvvəla, bir məqalə digər sayta istinadla yayımlanırsa məsüliyyəti xəbəri yayımlayan sayt daşıyır. Rauf Arifoğlunun nəzərinə çatdırım ki, “Report.az” saytını izləyən oxucular birmənalı olaraq saytın fəaliyyətini şübhə altına alır. Adı hallanan saytın məramı və qarşıda duran vacib məsələ Azərbaycanlı iş adamı, Türkiyədə “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovu nüfüzdən salmaq, ona qarşı ən iyrənc kampaniya aparmaq durur. Diqqət üçün bildirək ki, iş adamı Mübariz Mənsimovla, SOCAR prezidenti Rövnəq Abdullayevlə müqayisə etmək gülüncdür. Dünyanı cənginə alan koronavirus bəlası Azırbaycandan da yan keçmədi. Sual yaranır. Koronavirusla Mübarizəyə Dəstək Fondu R. Abdullayevə aid deyilmi? İnanın, əgər Mübariz bəy azadlıqda olsaydı ən-ənəsinə sadiq qalıb xalqımıza dəstəyini göstərəcəkdi. Xalqına, vətəninə bağlı bir şəxsin, erməni kilsəsinə qaz verən məmurla muqayisə etmək nə dərəcədə düzgündür? Bütün qeyd edilən əsaslı iddiaları siz daha dərindən məlumatlı olduğunuz üçün cəmiyyətimiz tərəfindən hədəf seçildiniz, hörmətli Rauf bəy.. Məlum məsələdir ki, “musavat.com” saytı ən çox izləyici əldə edən informasiya agentliyidir. Sizin üzün illər “musavat.com” saytına rəhbərlik etdiyinizi nəzərə alıb, eyni zamanda peşəkar jurnalist kimi atdığınız addım hər bir Mübariz sevənləri qıcıqlandırdı. Həqiqət ondan ibarətdir ki, Mübariz Mənsimov iş adamıdır və dünyanın bütün istiqamətlərində biznes şəbəkəsini genişləndirə bilər. Qəbahət xalqın malına, mülkünə göz dikməkdir, milyonlarla vətəndaşların ahı ilə yaşamaqdır. Düşmən ölkənin yaramazlarından istifadə edib, xalqın sevimlisinin üzərinə getmək haqsızlıqdır, düşmənçilikdir. Bunu özlərinə rəva görənlər bir gün xalqın qəzəbi ilə qarşılaşacaqlar.

Elman Nigaran




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az