t s

» » Qazaxda koronavirus əleyhinə dezinfeksiya tədbirləri davam etdirilir

Qazaxda koronavirus əleyhinə dezinfeksiya tədbirləri davam etdirilir

25-03-2020, 13:16 Yazar:  Samir Baxılıb: 96 Çap et
Qazaxda koronavirus əleyhinə dezinfeksiya tədbirləri davam etdirilir
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.

Bu gün şəhərin H.Əliyev prospektində yerləşən 61A,63,65, Azadlıq küçəsi 76,92, Ş.Xiyabanı 12,14,25,27, N.Nərimanov yaşayış massivi, Dəmiryolu 1 saylı çoxmənzilli yaşayış binalarında növbəti dəfə dezinfeksiya tədbirləri həyata keçirilib. Bundan əlavə, Qazax Rayon Yanğından Mühafizə Hissəsində, "Turanoil”, "Azpetrol”, "Aveyoil” yanacaqdoldurma məntəqələrində də dezinfeksiya işləri görülüb.

Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən binaların blokları, məntəqələrin ərazisi suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.

Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində rayonda bir sıra sahələr kimi ictimai nəqliyyat sahəsi də nəzarətdə saxlanılır. GEM-nin əməkdaşları tərəfindən bu gün həm də şəhərarası və kəndlərə sərnişin daşıyan marşrutlarda da dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, dezinfeksiya işlərini əks etdirən bütün video çəkilişlər Göyəzən.az internet portalının facebook səhifəsində canlı yayımlanıb.

Oxucular aşağıdakı linkə daxil olmaqla bütün video çəkilişləri izləyə bilərlər.

https://www.facebook.com/profile.php?id=100013464840214

Dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

GOYEZEN.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
09:05 Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama
13:23 Çoxmənzilli binalarda təmir işləri sürətlə davam etdirilir Son 3 ildə Qazaxda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmirinə də üstünlük verilir. Mediaxeberleri.az xəbər verir ki, bu istiqamətdə görülən işlər demək olar ki, geniş vüsət alıb. Ötən müddət ərzində respublika prezidenti İlham Əliyev tərəfindən imzalanan çoxsaylı
14:04 Prezident çoxmənzilli binalarla bağlı fərman verdi Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalayıb. Mediaxeberleri.az azərtac-a istinadən xəbər verir ki, Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan
21:26 Qazaxda çoxmənzilli binaların təmiri uğurla davam etdirilir Mediaxeberleri.az-a daxil olan məlumata görə, Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda bütün sahələrlə yanaşı vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az