t s

» » Deputatın şirkətində İLGİNC QAYDALAR... - İTTİHAM

Deputatın şirkətində İLGİNC QAYDALAR... - İTTİHAM

25-03-2020, 12:04 Yazar:  Samir Baxılıb: 65 Çap et
Deputatın şirkətində İLGİNC QAYDALAR... - İTTİHAM9 fevral parlament seçkilərində bir neçə biznes sahibləri mandat qazandı. 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat olan Allahverdiyev Elnur Marat oğlu “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. Onun MSK-ya təqdim etdiyi məlumata görə, isə hazırda Heydər Əliyev Mərkəzində direktor müşaviridir. Deputatın rəhbəri olduğu “Kontakt Home” şirkəti ilə bağlı mediada çoxsaylı şikayətlər yer alıb. Belə şikayətlərdən birini cümhuriyyət.az olaraq diqqətinizə çatdırırıq.
Bildirək ki, sosial şəbəkədə vətəndaş Vəli Quliyevin başına gələnlərlə bağlı yazdıqlarını cumhuriyyet.az olaraq olduğu kimi dərc edirik:
“Kontakt Home kredit mütəxəssisi mafiyadır ?
Bugün gənc bir ailə üçün kreditə LCD Plazma götürmək üçün Kontakt Home-un Neftçilər metrosunun çıxışındakı mağazasına yaxınlaşdım.Sıra nömrəsini götürüb oturmuşdum.Sıra mənə gəldi və bizi əməkdaş Vüsal Amanov qəbul elədi.Bundan sonra yazacaqlarımı diqqətlə oxuyun.
Vüsal Amanovla dialoqumuz əsasında məlumatlarımı yoxladı və ev nömrəsi istədi.Mən ev nömrəsini verəndə ev sahibinin kim olmasını soruşdu.Məndə normal olaraq ev yiyəsi olduğunu və həmin evdə kreditə qaldığımızı bildirdim.Qeydiyyatda olduğum ünvanda yaşadığımı söylədi və məndə normal olaraq bəli yaşamışam, indi isə o ev sökülüb deyə köçmüşük.Mənə həmin evin sənədlərini gətirməyimi istədi.Mən isə həmin sənədlərin tikinti şirkətində olduğunu və istəsələr oradan təsdiqləyə biləcəklərini bildirdim.Həmdə virusla bağlı əksər şirkətlərin bağlı olduğunu, işləmədiyini diqqətinə çatdırdım.Bundan sonra zamin olsa kredit verə biləcəyini bildirdi.Zamində yanımda gələn dostum idi.Dövlət işçisi olduğunu bildirdim və onun zamin durmasında problem olmayacağını diqqətinə çatdırdım.Sistemdə yoxlayandan sonra onun dəfələrlə müraciət edib, mənfi cavab aldığını dedi.Mən isə təəcüblə niyə olduğunu soruşdum.Normal olaraq mənə qanuni əsaslandırılmasını istədim.
Mənə verdiyi cavaba baxın.Onu mən bilərəm niyə vermirik.Sonra isə mənə bildirdi ki, sizə kredit düşmür get valideyninlə gəl götürərsən.Lol hələ heç qanunvericiliyi bilmir ki, mənim 26 yaşım var və mənim valideynlə nəsə götürməyə ehtiyacım yoxdur.Mən isə əsəbi şəkildə Məlikməmməd nağılı danışırsınız deyib mağazanı tərk etdim.
Yolda Xalqlar metrosu çıxışındakı Kontakt Home mağazasına getməyi düşünürdüm.Amma sistemdə mənim barəmdə Vüsal Amanovun nəsə yazacağından şübhələnmişdim.
Yenə eyni qayda ilə getdim və əməkdaş bizi qəbul elədi.Sistemə vuran kimi qayıtdı dedi ki, üzrlü sayın siz ancaq Vüsal Amanovdan kredit götürə bilərsiniz.Başqa heç bir mağazamızda Sizə kredit verilməyəcək.Bunu isə əməkdaşın yazdığını dedi və daha sonra isə mən irad bildirəndə ki, əməkdaş mafiyadı istədiyi hərəkəti etsin ?
O dediyi sözü dandı və dedi ki, mən elə demək istəmədim.
Yenə mən həmin mağazaya müdirin yanına gəldim.Çingiz adlı müdür məni qəbul etdi.Olanları və əməkdaşın mənə dediyini bildirdim.O cümlədən tək onun necə kredit verə biləcəyini də diqqətinə çatdırdım.O isə dedi ki, siz evin sənədlərini gətirə biləcəyiniz halda kredit verilə bilər.Mən isə ona bildirdim ki, əgər bu halda yenə həmin əməkdaş mənimlə prinsip aparıb kredit verməsə necə olacaq ?
Dedi *6060 qaynar xəttinə müraciət edərsiniz.Şirkət nümayəndəsi ilə əlaqə saxlayıb, onu evindən xahiş edib ofisə çağırdım ki, sənədlərimizi versin.Sənədləri götürüb yenidən həmin mağazaya qayıtdım.
Siz indi bunun növbəti hərəkətinə fikir verin.Sıra nömrəm AA042 çıxdı.Bu nömrənin 5-ci əməkdaşa düşdüyünü monitorda gördüm.Həmin əməkdaş imtina edərək, sizi Vüsal Amaşov qəbul edəcək dedi.Mən isə heçnə demədən gözlədim.Bu mənim nömrəmin üstündən AA045 kimi vətəndaşları qəbul elədi.Artıq heç kəsin olmadığını görüb, özüm yaxınlaşdım ki, bizi qəbul edəcəksiniz.Dedi işim var yekunlaşdırım qəbul edəcəm.
Yenidən əyləşdim.Birdə gördüm Vüsal Amanov müdürün otağına girib, 5 dəqiqə sonra çıxdı.Yaxınlaşın dedi.
Mən gəldim və dedim ki, müəllim dediyiniz sənədləri gətirmişəm.
Siz indi onun mənə dediyi sözlərə fikir verin və görün Kontakt Home mafiya işçilər işlədir.
– Mən burada işlədiyim müddətdə sizə kredit verilməyəcək, heç bir mağazadan götürə bilməyəcəksən və bunu ancaq mən verə bilərəm.Siz valideyninizlə gələndə kredit götürə bilərsiniz.Mən ona dedim ki, mənim 26 yaşım var və valideyndən məsləhətsiz istədiyim hərəkəti etməkdə sərbəstəm və buna görə də özüm cavabdehlik daşıyıram.
Mən indi Kontakt Home sual edirəm bu Vüsal Amanov adlı əməkdaş Kurtlar Vadisinə çox baxıb özünü Polad Ələmdar, Çakır ya Memati hesab edir ? !
Hörmətli Elnur Allahverdiyev əməkdaşlarınız mafiyadır ?”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az