t s

» » Koronavirusa qalib gəlməyə dəniz kələmi kömək edər - Diyetoloq məsləhəti

Koronavirusa qalib gəlməyə dəniz kələmi kömək edər - Diyetoloq məsləhəti

24-03-2020, 08:38 Yazar:  Samir Baxılıb: 71 Çap et
Koronavirusa qalib gəlməyə dəniz kələmi kömək edər - Diyetoloq məsləhəti
Koronavirusun yayılmasının təhdidləri fonunda immuniteti möhkəmləndirmək üçün insanlara dəniz kələmi (laminariya) kömək edə bilər. Rusiyanın Samara elmi-tədqiqat diyetologiya və diyetoterapiya institutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq belə hesab edir.

Sputnik radiosuna verdiyi müsahibədə alim qeyd edib ki, dəniz kələmi elə də populyar qida olmasa da ciddi mövsümi xəstəliklər və koronavirus pandemiyası şəraitində ona birinci dərəcəli diqqət yetirilməlidir.

«Dəniz kələminin effektlərindən biri də immun sisteminin stimullaşdırılması, xüsusən də antibakterial və virus əleyhinə immunitetin stimullaşdırılmasıdır» - diyetoloq bildirib.

O, qeyd edib ki, laminariya COVİD-19 virusuna qarşı panaseya («panaseya» - qədim əlkimyaçılarda hər dərdin dərmanı hesab olunurdu) olmasa da virusa yoluxma riskini əhəmiyyətli dərəcədə aşağı salar.

Həftədə bir neçə dəfə, həm də istənilən formada bu qidadan istifadə etmək olar. Konservi, hətta çipsi kimi də istifadə oluna bilər.

İmmuniteti möhkəmlətməkdən başqa, dəniz kələmi xroniki yorğunluğa da üstün gəlməyə kömək edir. Bu xüsusiyyəti onun tərkibində böyük miqdarda yodun olması ilə izah edilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:06 MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar... Dünyanın bəlası koronvirus ucbatından hər keçən gün daha çox sayda insan dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır: Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını
20:49 DÜNYA ƏN PİS SSENARİLƏRƏ HAZIRLAŞIR – Müasir elm koronavirusun qarşısında niyə aciz qalıb? Hazırda dünya ictimaiyyəti əvvəllər diqqət etmədiyi bir məsələylə çox yaxından maraqlanmağa başlayıb: Virusların nə demək olduğu, onların mənşəyi, bəşər tarixində törətdikləri fəsadların miqyası ətrafında qızğın fikir mübadiləsi aparılır. Bəşəriyyətin tarixində viruslar ciddi iz buraxsa da, tarixə
10:12 RUS KƏŞFİYYATI BAKIDA “AT OYNADIR” - “Sputnik Azərbaycan” ölkəmizdə kəşfiyyat məlumatları toplamaqla məşğuldur Martın 1-də "Sputnik Türkiyə" agentliyinin baş redaktoru Mahir Boztəpə Türkiyədə saxlanıldı. "RİA Novosti" xəbər yaydı ki, baş redaktor əvvəlcə xəstəxanada tibbi müayinədən keçirilib, daha sonra təhlükəsizlik idarəsinə aparılıb. M.Boztəpənin sözlərinə görə, polis əməkdaşları onu saxlayarkən çox
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az