t s

» » Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq

Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq

24-03-2020, 07:59 Yazar:  Samir Baxılıb: 99 Çap et
Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq
“İş yerləri məsələsi ilə bağlı dövlət strukturlarında müvafiq addımlar atılıb. Burada iş yerləri maksimum qorunacaq, ixtisarlar olmayacaq. Özəl sektor işçiləri ilə əlaqədar isə dövlət tərəfindən çoxsaylı dəstək tədbirləri hazırlanır”.

“Report” xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində deyib.

Nazir bildirib ki, bütün işəgötürənlər dövlət dəstəyinin ediləcəyi haqqında məlumatlandırılıb:

“Əmək müqavilələrinin bildirişi elektron sistemi vasitəsilə qeydiyyatdan keçmiş 74 mindən artıq işəgötürənin hər birinə məlumatlar göndərilib ki, işçiləri ixtisar etmək, onların əmək hüquqlarına etinasız yanaşmaq, onları işdən azad etmək Azərbaycan dövlətinin apardığı siyasətə ziddir. İşəgötürənlər korporativ məsuliyyət və sosial həmrəylik prinsipinə sadiq olaraq, işçiləri işdən azad etməkdən çəkinməlidirlər”.

“Biz koronavirus pandemiyasından zərər çəkən həssas sektorları müəyyən etmişik. Onlara müvafiq dövlət dəstəyi proqramları hazırlanır. İqtisadi məsələlər üzrə İşçi qrupu tərəfindən sahibkarlara, işəgötürənlərə veriləcək dəstəyin mexanizmi hazırlanır, Məşğulluq və əmək münasibətləri üzrə İşçi qrupu tərəfindən isə işçilərə veriləcək dəstək tədbirləri müəyyənləşdirilir.

Yəni dövlət öz dəstəyini bəyan edib, cənab Prezident koronavirusun mənfi təsirlərinin aradan qaldırılmasını nəzərə alaraq, büdcədən bir milyard manat vəsait ayırıb. Bizim də işəgötürənlərin hər birindən gözləntimiz odur ki, onlar ixtisarlara qəti yol verməsinlər. Biz vətəndaşlarımızın işsizliyinin artmasına imkan verməməliyik”, - deyə nazir bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:11 "İŞÇİLƏRİN İXTİSARI və İŞDƏN ÇIXARILMASI YOLVERİLMƏZDİR!" - Sahil Babayev işəgötürənlərlə xəbərdarlıq etdi Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən Əmək və
19:33 Azərbaycanda koronavirusa görə bu şəxslərə xəbərdarlıq edildi - RƏSMİ Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən Əmək və
13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
13:03 Birincilik missiyası: AZTV 61 ildir onu böyük iftixar hissi ilə həyata keçirir Qafar Əsgərzadə əməkdar jurnalist Bu nəcib yol isə 1956-cı ilin 14 fevralında başlandı. Həmin gün Bakı Televiziya Studiyasının (indiki Azərbaycan Televiziyası) efirə çıxması ölkəmizin ictimai-siyasi və mədəni həyatında olduqca böyük hadisəyə çevrildi. Bu barədə çox danışılıb və yazılıb. Amma yenə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az