t s

» » Regionlarda mədəniyyət abidələrinin bərpası və yenidən qurulması diqqət mərkəzindədir

Regionlarda mədəniyyət abidələrinin bərpası və yenidən qurulması diqqət mərkəzindədir

18-03-2020, 22:44 Yazar:  Samir Baxılıb: 228 Çap et
Regionlarda mədəniyyət abidələrinin bərpası və yenidən qurulması diqqət mərkəzindədir
Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına tanınmasında mühüm rol oynayan amillərdən biri də onun mədəniyyəti, milli-mənəvi dəyərləridir. Tarixi faktlar da təsdiqləyir ki, yüksək mədəniyyətə malik olan xalq dövrün tələblərinə uyğun olaraq tərəqqi, inkişaf yolunda inamla irəliləyir. Ona görə də mədəniyyətin, milli-mənəvi dəyərlərin, adət-ənənələrin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi hər bir dövlətdə prioritet vəzifədir.

Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə mədəniyyət və incəsənətin inkişafına daim diqqət və qayğı göstərmiş, bu sahənin tanınmış xadimlərinə fəxri adlar, orden və medallar, qiymətli hədiyyələr vermişdir. O, eyni zamanda, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Bu gün Azərbaycanın bütün bölgələrində ulu öndərin saysız-hesabsız mədəniyyət və incəsənət yadigarları var.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə mədəniyyətimizin inkişafına verdiyi töhfələr sayəsində bu gün dünyanın, demək olar ki, əksər ölkələrində Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük hörmət və ehtiram var. Bu işdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti ­Mehriban xanım Əliyevanın xidmətləri də ölçüyəgəlməzdir. Son illər Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı tədbirlər həm ölkəmizdə, həm də beynəlxalq aləmdə böyük rezonans doğurub. Təsadüfi deyildir ki, hazırda Azərbaycan mədəniyyətlər və sivilizasiyalararası dialoqun məkanına çevrilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı, dünyaya inteqrasiyası, mədəniyyətə qayğı, dövlət başçısının və Heydər Əliyev Fondunun milli-mənəvi irsə böyük həssaslıqla yanaşmalarının bariz nümunəsidir.
Həm möhtərəm ­Prezidentimiz İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva regionumuza, eləcə də, dünyanın hansı ölkəsinə səfər edirlərsə, mədəniyyət və incəsənətimiz, milli-mənəvi dəyərlərimiz mütləq diqqət mərkəzində saxlanılır. Mən dövlətimizin başçısının bu günlərdə Qazax, Ağstafa və Tovuz rayonlarına səfərləri zamanı mədəniyyətimizlə bağlı etdiyi açılışlar, keçirdiyi görüşlər və verdiyi tövsiyələr zamanı bunun bir daha şahidi oldum.
Əvvəlcə qeyd etmək istərdim ki, hazırda dünyada böyük narahatlıq yaradan koronavirus infeksiyasına yoluxmaq təhlükəsi mühüm əhəmiyyətli görüşlərin, tədbirlərin təxirə salınmasına səbəb olub. Buna baxmayaraq, möhtərəm ­Prezidentimiz bölgələrə səfərini təxirə salmadı. Halbuki, son hadisələr də təsdiqləyir ki, koronavirusun yayıldığı ölkələrdə dövlət başçıları regionlara səfər etmir, insanlarla görüşmür. Amma Azərbaycan Prezidenti bu addımı ilə bir daha göstərdi ki, regionlardakı vəziyyət, insanların problemlərinin həlli, yeni müəssisələrin açılması, mədəni abidələrin bərpası və yenidən qurulması onun üçün prioritet məsələdir.
Ölkə başçısı Qazax, Ağstafa və Tovuz rayonlarına səfərləri zamanı bir sıra müəssisələrlə yanaşı, yeni mədəniyyət obyektlərinin açılışını da etdi. Bu, həm regionlarda əhalinin məşğulluğunun artırılması, həm də mədəniyyətimizin inkişafında mühüm rol oynadı. Möhtərəm Prezidentimizin martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanışlığı mədəniyyətin inkişafına göstərilən diqqət və qayğının təzahürüdür. Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı Qazax rayonunda icra olunan bu layihə mühüm əhəmiyyət kəsb edir.
Ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasında 150 toxucu işləyəcək və sevindirici haldır ki, onların hamısı yerli sakinlərdir. Onu da qeyd edək ki, həmin müəssisədə çalışanlar əvvəlcə “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarında iştirak edərək, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu bundan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatlarnı alacaqlar.
Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada 40-dan çox dəzgahda müxtəlif ölçülü Azərbaycan xalçaları toxunacaq. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Xalçaçılığın inkişafına xüsusi önəm verən Prezident ­İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir.
Dövlətimizin başçısı Ağstafa rayonuna səfəri zamanı bu rayonda da fəaliyyətə başlamış “Azərxalça” ASC-nin filialının fəaliyyəti ilə tanış oldu. Möhtərəm Prezidentimiz regionlarda belə mədəniyyət obyektlərinin əhəmiyyətindən söhbət açarkən dedi ki, bu fabriklərin açılması, xüsusilə, qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Müəssisələrdə, əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin, respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Onu da qeyd edək ki, Azərbaycan xalçaları, milli naxışlarımızın şöhrəti bütün dövrlərdə dünyanı heyran qoyub. Milli xalçalarımızın çox qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başladığı vaxtdan bəri bir çox regionlarda filialları yaradılıb. Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyətə başlayan filialllar da bu regionda xalçaçılığın inkişafına böyük töhfə verəcək.
Möhtərəm Prezidentimiz Tovuz rayonunda Dövlət rəmzləri muzeyinin açılışında iştirak etdi və buradakı eksponatlarla yaxından tanış oldu. Muzey binası 1 sərgi və 22 yerlik konfrans zallarından, inzibati və yardımçı otaqlardan ibarətdir. Bldirildi ki, muzeyin sərgi zalında 3 bölmə yaradılıb. Bölmələrdə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycanın müstəqillik dövrünü əks etdirən konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar nümayiş olunur.
Dövlər başçısının Tovuz rayonunda Tarix-diyarşünaslıq muzeyi və Azərbaycan Aşıq sənəti dövlət muzeyinin açılışında da iştirakı mədəniyyətimizin inkişafına verilən yüksək dəyərin bariz nümunəsidir.
Milli-mənəvi dəyərlərimizə həssas münasibət bəsləyən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarımızda yeni mədəniyyət obyektləri, xüsusilə, xalçaçılıq sənəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərxalça” ASC-nin bölgələrdə yaradılan filialları, o cümlədən, mədəniyyət müəssisələri bunun əyani sübutudur.



Vüqar QƏDİROV,
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:04 Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qazax filialının fəaliyyəti ilə tanış olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub. AZƏRTAC xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
02:06 Xalqın xidmətçisi, qurucu Lider - Əli Həsənovun yazısı Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
14:34 "İş tapa bilməyən insanlar o işlərə cəlb olunsunlar" - İlham Əliyevdən GÖSTƏRİŞ Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər. Mediaxeberleri.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az