t s

» » “Məni bacım Səidə ilə 12 dəfə şantaj edib pulumu aldılar” - ŞOK TƏFƏRRÜAT

“Məni bacım Səidə ilə 12 dəfə şantaj edib pulumu aldılar” - ŞOK TƏFƏRRÜAT

29-06-2015, 03:18 Yazar:  Aygün Baxılıb: 1269 Çap et
“Məni bacım Səidə ilə 12 dəfə şantaj edib pulumu aldılar” - ŞOK TƏFƏRRÜATGöyçaydakı mütəşəkkil cinayətkar dəstənin ağlasığmaz cinayətləri Hədə-qorxu yolu ilə pul tələb etmə və dələduzluqda ittiham olunan Göyçay şəhər sakinləri – 1996-cı il təvəllüdlü Tacir Zeynalov, 1993-cü il təvəllüdlü Akif Hüseynli, 1993-cü il təvəllüdlü Ramiz Adıgözəlov, 1991-ci il təvəllüdlü Adil Qasımov, 1997-ci il təvəllüdlü Sədi Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb. Onu da qeyd edək ki, cinayət işində adı keçən zərərçəkənlərin adları və soyadları şərti göstərilib.

Tacir Zeynalov Göyçay rayon sakini Adil Qasımov ilə 25 dekabr 2013-cü il tarixdə Göyçay rayonu ərazisində, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Seymur Əliyevin bacısı Səidənin Şamaxı rayonunda əxlaqsız hərəkətlər edilməsi, Səidənin əxlaqsızlıqla məşğul olaraq müxtəlif şəxslərlə görüşməsi barədə rüsvayedici məlumatlar yaymaq hədəsi ilə Seymurdan 200 manat pul tələb ediblər.

Bundan sonra Tacir Zeynalov 17 yanvar 2014-cü il tarixdə Göyçay rayonunda Seymuru təkrar hədələyərək bacısına qarşı Şamaxı rayonunda əxlaqsız hərəkətlər edilməsi barədə rüsvayedici məlumatları yaymaqla təkrar hədələyib. O, Seymurdan 25 manat alıb. Həmin ilin martın 21-də isə yenə də Seymurdan 150 manat tələb edərək alıblar.

Tələbələrə qarşı şantaj Mütəşəkkil dəstənin üzvləri martın 30-da Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Nihad Səlimova məxsus bir ədəd 170 manat qiymətində olan “Samsung S 5360” markalı mobil telefonu ələ keçiriblər.

Dəstə üzvləri həmin kollecin digər tələbəsi İlqar Vəliyevi rayonda, oxuduğu təhsil müəssisəsində və yaşadığı Kürdəmir rayonunda əxlaqsızlıqla məşğul olan pis insan kimi tanıdacağı, həmçinin guya ona qarşı uşaqbazlıq hərəkətləri edilməsi barədə rüsvayedici məlumatlar yayacağı və oxuduğu kollecdə qızların gözləri qarşısında onu döyərəcəkləri ilə hədələyiblər. Onlar İlqar Vəliyevə məxsus bir ədəd 180 manat dəyərində “Samsung Galaxy 7582” markalı mobil telefonu tələb edərək alıblar. Bundan sonra dəstə üzvləri yenə də Seymur Əliyevi bacısı Səidənin əxlaqsızlıq etməsi barədə rüsvayedici məlumatlar yayacaqları ilə hədələyiblər. Onlar aprelin 21-də Seymurun 40 manat dəyərində “HUAWEI Ascend Y 200” markalı mobil telefonu ələ keçiriblər. Aprelin 23-də isə Seymurun 200 ABŞ dollarını alıblar. Əxlaqsızlıq edən qızın qardaşı avtoritetlərlə şantaj edildi Ramiz Adıgözəlov 17 saylı Cəza Çəkmə Müəssəsində cəza çəkən qohumu Nicat Adıgözəlovun guya kriminal aləmdə “Çolka Nicat” adı ilə tanındığını və yüksək nüfuza malik olduğunu bildirməklə onun adından istifadə edib. O, Nicat Adıgözəlova pay göndərilməsini təşkil etmək niyyəti ilə 10 yanvar 2014-cü il tarixdə Göyçay rayonu ərazisində, Göyçay rayon sakini Seymur Əliyevin bacısı Səidənin əxlaqızlıq hərəkətlər etməsi barədə məlumatları yayacaqları ilə onu hədələyib. Ramiz Adıgözəlov digər təqsirləndirilən şəxslərlə birlikdə Seymurdan 100 manat alıblar. Cinayət işində olan sənədlərə görə, dəstə üzvləri Seymuru ümulikdə eyni üsulla 12 dəfə hədələyərək, pulunu alıblar.

Tələbələr homoseksuallıqda ittiham edildi Bundan əlavə, dəstə üzvləri Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Şəhriyar Nizamovdan şantaj yolu ilə 74 (yetmiş dörd) manat ala biliblər. Dəstə üzvlərinin növbəti hədəfi həmin kollecin tələbəsi Sədi Qurbanov olub. Onlar Sədi Qurbanovu da eyni üsualla hədələyərək 125 manatını alıblar. İlqar Vəliyevi isə kişilərlə cinsi əlaqədə olması ilə hədələyərək, 3 dəfə ayrı-ayrı vaxtlarda pulunu alıblar. Həmin ilin martın 20-də Sədi Qurbanov yenə də dəstə üzvlərinin şantajına məruz qalıb. Onlar Sədi Qurbanovu Göyçay və Sabirabad rayonlarında əxlaqsızlıqla məşğul olan pis insan kimi tanıdacaqları ilə hədələyərək, təkrar onun 125 manatını ala biliblər. Dəstə üzvləri cinayət işində adı keçən tələbə oğlanları eyni qaydada dəfələrlə şantaj ediblər. Onlar Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci (dələduzluq), 182.2.1 və 182.2.2-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər və cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb. “Qərara gəldik ki, Seymurun bacısı barədə xəbərlərdən istifadə edək” Tacir Zeynalov məhkəmədə verdiyi ifadəsində ittiham üzrə özünü təqsirli bilib. O, göstərib ki, 2013-cü ilin dekabr ayında tanışlarından həmkəndlisi olan Seymur Əliyevin onun arxasınca danışmasından xəbər tutub: “ Bu söhbət tanışlarım Ramiz Adıgözəlov və Adil Qasımov tərəfindən mənə çatdırılıb. Həmin tanışlarıma bildirdim ki, Seymurun bacısı Sədənin başına əxlaqsız işlər gəlib, o, əxlaqsız qızdır. Yəni buna görə Seymurun yanmızda “qrexi”, səhvi var. Bu söhbəti ilk dəfə Adil Qasımova 2013-cü ilin dekabr ayının 25-də Yeni il bayramı ərəfəsində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Topaz” mərc oyunları çayxanasında çay içərkən demişəm. Adil Qasımova bu barədə məlumat verdikdən sonra birlikdə qərara gəldik ki, Seymurun bacısının əxlaqsız əməlləri barədə xəbərlərdən istifadə edək”. “Dedim ki, pulları verməsən, bacın Səidə Göyçayda rüsvay olacaq” Təqsirləndirilən şəxs daha sonra ifadəsində Seymur Əliyevi necə şantaj etməyə başlamalarını belə danışıb: “Adil Qasımova dedim ki, çayxanadan kənara çıxaraq Seymura bacısı barədə olan söhbətləri başa salaq, ondan pul alaq. Əks halda bacısı barədə olanları çox adam biləcək və Yusif Göyçay rayonunda biabır olacaq, həmçinin Seymuru Göyçay rayonunda pis oğlan kimi tanıyacaqlar. Həmin vaxt çayxanadan küçəyə çıxaraq Seymura bildirdim ki, Adillə mənə 200 manat verməlidir. Seymur nə məqsədə pulu verməli olduğunu soruşanda, ona bir daha bildirdim ki, əgər pulları verməsən bacın Səidə Göyçay rayonunda rüsvay olacaq, artıq uşaqlar bu söhbətin hamısını bilirlər, pulları uşaqlara verəcək. Seymur da mənim fikirlərim ilə razılaşdı. Bundan sonra Seymur mənə 100 manat verdi”. “Əməlimdən peşman olmuşam” Tacir Zeynalov ifadəsində bildirib ki, Seymur Əliyevi bacısının əxlaqsızlıq hərəkətləri etməsi barədə məlumatları yaymaqla dəfələrlə şantaj ediblər və ondan 1000 manata yaxın pul, 10-dan çox telefon alıblar. O, qeyd edib ki, 2014-cü ilin martın 21-də, Novruz bayramı axşamı Ramiz Adıgəzəlovla birlikdə yenə də Seymur Əliyevdən pul almaq qərarına gəliblər: “Novruz bayramında Ramiz Adıgözəlov yaşadığım kəndə gəldi. Həmin gün Seymur Əliyev ilə görüşdük. Həmin vaxt yenə də bacısı Səidə barədə olan məsələni Seymura xatırladaraq bacısının rüsvay olmaması üçün pul istədik. Həmçinin Ramiz kəndimizə gəlməzdən öncə Seymura xəbər etmişdim ki, pulu hazırlasın. Biz görüşəndə Seymurdan pulu aldıq. 2014-cü ilin aprel ayında Ramiz Adıgözəlov bildirdi ki, Seymur Əliyevin mobil telefonunu da əlindən alıb. Seymurun atası baş verənlərdən məlumatı olduqdan sonra polis şöbəsinə ərizə ilə müraciət ediblər. Bundan sonra bizi həbs ediblər. Polis şöbəsində ilkin olaraq izahat yazarkən çox şeyi yalandan danışmışam. Sonradan etmiş olduğum əməllərdən peşman olaraq Seymur Əliyevdən almış olduğum ümümlikdə 800 manata yaxın pulu atasına qaytarmışıq”. “Maddi vəziyyətim pis olduğu üçün özləri könüllü olaraq pul veriblər” Digər təqsirləndirilən Ramiz Adıgözəlov bildirib ki, Göyçay rayon sakini Seymur Əliyevi 2013-cü ilin dekabr ayından tanıyıb: “Seymur ilə aramızda heç bir ədavət və düşmənçilik olmayıb. Həmin şəxslə məni Tacir Zeynalov tanış edib. Həmçinin Göyçay rayon Dövlət İdarəetmə Kollecinin I kurs tələbələri Səid Qurbanovu, Şəhriyar Nizamovu, Nihad Səlimovu, İlqar Vəliyevi də tanımışam. Həmin şəxslərlə də heç bir ədavətim və düşmənçiliyim olmayıb. Həmin şəxslərlə isə Seymur vasitəsilə tanış olmuşam. Bundan əlavə, Göyçay rayon sakini Adil Qasımov da yaxın dostumdur. Əmim oğlu “Çolka Nicat” ləqəbi ilə tanınan Nicat Adıgözəlov 17 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkərkən tez-tez onun yanına gedib və ona paylar aparmışam. Əsasən Nicatın yanına əmim ilə birlikdə Yeni il və Novruz bayramları ərəfəsində getmişəm. Nicat isə hazırda azadlıqdadır. Adlarını çəkdiyim kollecin tələbələrinə Nicat barəsində çoxlu söhbət etmişəm, onun işlərindən danışmışam. Həmin şəxslərin də mənimlə yaxın münasibətləri olduğuna görə Nicata köməklik etmək istədiklərini bildirib və müxtəlif vaxtlarda Nicata kömək məqsədi ilə mənə pul veriblər. Lakin ittihamda göstərildiyi kimi həmin şəxslərdən heç vaxt hədə-qorxu gələrək pul almamışam. Həmin şəxslər maddi vəziyyətimin pis olduğu üçün özləri könüllü olaraq pul veriblər”. “Seymura pula ehtiyacım olduğunu bildirmişəm” O, daha sonra qeyd edib ki, maddi vəziyyəti pis olduğundan Nihad Səlimov özü könüllü olaraq ona pul verib: “Seymur Əliyevdən 150 manat deyil, 100 manat almışam. Həmin pulu da Seymur özü könüllü verib. Kafedə çay içərkən Seymura pula ehtiyacım olduğunu bildirmişəm. Seymur da mənə pul verəcəyi barədə söz verib. Bundan başqa, Seymur satmaq üçün mobil telefonunu mənə verib. Həmin telefon 5-6 gün mənədə qalıb. Sonra həmin mobil telefonu satıb pulunu xərcləmişəm. Adil Qasımovla əlbir olub heç kimdən pul almamışam. Şəhriyar Nizamov özü könüllü olaraq mənə 75 manat verib. Digər zərərçəkənlərdən pul almamışam”. “Şəhrdə məni pis oğlan kimi tanıdacaqlarını dedilər” Digər təqsirləndirilən şəxslər də eyni məzmunlu ifadə veriblər. Zərərçəkən Seymur Əliyev bildirib ki, Tacir Zeynalov onun həmkəndlisidir və onu uşaq vaxtlarından tanıyır: “Ramiz Adıgözəlov və Adil Qasımovla isə həmkəndlim Tacir Zeynalov vasitəsi ilə tanış olmuşam. Yeni il bayramı ərəfəsində, təxminən 25 dekabr 2013-cü ildə Tacir, Ramiz və Adil ilə birlikdə çayxanada çay içirdik. Bu zaman Tacir məni çayxanadan küçəyə çağırdı və Adilə 200 manat pul verməyimin lazım olduğunu dedi. Əgər pulu Adilə verməsəm haqqımda Göyçay şəhərində pis söz danışacaqlarını bildirdi. Tacirdən nə kimi pis söz danışacaqlarını soruşdum. Tacir o vaxt bacısımın başına Şamaxı rayonunda pis iş gəldiyini, bunu isə Göyçay rayonunda və oxuduğum kollecdə hamıya danışacaqlarını söylədi. Bacım Şamaxı rayonunda təhsil alarkən bir dəfə orada tanımadığı bir nəfər onun boğazında olan boyunbağını alıb. Bu hadisəni isə Tacir pis tərəfə, yəni bacımın başına “pis hadisə gəlib” kimi yozaraq hamıya danışmaq və məni hər yerdə rüsvay etməklə hədələyib. Ailəm və bacımın adına pis söz çıxmasından qorxduğum üçün Tacirə 100 manat vermişəm. Elə həmin gün Tacirə əlavə olaraq 100 manat da bir pul verdim. Həmin vaxt bu söhbət bağlandı. Tacirgilin məni hədələməsi barədə heç kimə heç nə deməmişəm. Çünki Tacirgil əvvəldən bu haqda heç kimə heç nə deməməyimi, yoxsa məni şəhərdə pis oğlan kimi tanıdacaqlarını və döyəcəklərini dedilər”. Seymur Əliyev ifadəsində təqsirləndirilən şəxslər tərəfindən şantaj olunduğunu, xeyli miqdarda pulunun, mobil telefonlarının alındığını qeyd edib. O, ifadəsinin sonunda tqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi olmadığını deyib. “Məni guya oğlanlarla cinsi əlaqədə olmağımla rüsvay edəcəklərini bildirdilər” Zərərçəkən İlqar Vəliyev ifadəsində bildirib ki, təqsirləndirilən şəxsləri 2014-cü ilin mart ayının əvvəllərində tələbə yoldaşı Seymur Əliyevin vasitəsi ilə tanıyıb: “Digər tələbə yoldaşlarım Nihad Səlimov və Sədi Qurbanovla birlikdə həmin şəxslərlə söhbət edərkən Ramiz Adıgözəlov bizə cinayətkar aləmdən danışdı. O, yaxın qohumu olan Nicat Adıgözəlovun hazırda həbsdə olduğunu, onun nüfuzlu şəxs kimi ad çıxardığını, Nicatın “Çolka” ləqəbi ilə tanındığını, ona tez-tez Göyçay rayonundan paylar göndərildiyini, özünün də ona tez-tez pay apardığını, Nicatın istədiyi anda azadlıqda olan şəxsləri cəzalandırmaq gücündə olduğunu dedi. Həmin söhbətlər zamanı Ramiz bir neçə dəfə bizim də Nicata pay göndərməyimizin lazım olduğunu bildirdi. Mən və digər tələbə yoldaşım Nihad Nicata pay göndərilməsi məqsədi ilə Ramizə 100 manat verdik. Bundan bir müddət keçdikdən sonra Ramiz, Adil, Sədi və Akifin tələbə yoldaşlarım Seymura və Sədiyə hədə-qorxu gələrək, onları rüsvay edəcəyi ilə xeyli miqrdarda pul və mobil telefon tələb edərək aldıqlarını eşitdim. Buna görə də həmin şəxslərdən artıq gözüm qorxdu və beləliklə, tədricən onlardan uzaqlaşmağa başladım. Martın 31-də Sədi və Akif Göyçay rayonu ərazisində mənimlə görüşərək guya Aynur adlı qızın şəklini telefona çəkdiyimi, həmin şəklin telefonda olduğunu, telefonuma baxacaqlarını bildirdilər. Akif və Sədiyə telefonumun olmadığını bildirdim. Sədi və Akif isə telefonumu onlara verməcəyim təqdirdə məni pis oğlan kimi tanıdacaqlarını, guya oğlanlarla cinsi əlaqədə olmağım ilə hər yerdə rüsvay edəcəklərini bildirdilər. Yenidən telefonumu tələb etdilər. Akif və Sədiyə telefonumda qız şəkli olmadığını, telefonumu isə satılması üçün rayona göndərdiyimi bildirdim. Lakin Akif və Sədidən çox qorxduğum üçün sonradan telefonunu evdən götürərək onlara verdim. Sədi və Akif telefonumu alaraq getdilər. Akif və Sədinin həmin hərəkətindən qorxduğum üçün bu barədə heç kimə heç nə deməmişəm. Sonradan tələbə yoldaşlarım Nihad, Seymur və Sədiyə bu barədə danışmışam”. Təqsirləndirilən şəxsin sözlərinə görə, 11 aprel 2014-cü il tarixdə Ramiz və Adil eyni qaydada, yəni onu hər yerdə rüsvay edəcəkləri, döyəcəkləri və sındıracaqları, o cümlədən pis oğlan kimi tanıdacaqları adı ilə hədə-qorxu gələrək 50 manat, aprelin 14-də isə 100 manat pul alıblar: “Həmişəki kimi həmin şəxslərdən həddindən artıq qorxduğum üçün bu barədə nə valideynlərimə, nə də ki, oxuduğum məktəbin rəhbərliyinə heç bir məlumat vermədim. Çünki həmin şəxslər bu barədə kiməsə məlumat verəcəyim təqdirdə məni pis aqibət gözləyəcəyi ilə hədələyiblər. Sonradan başıma gələnlər barədə digər tələbə yoldaşlarım Sədi, Yusif, Nihada danışdım. Eynisi ilə belə halların onların da başına gəldiyini bildirdilər. Nihad həmçinin bildirdi ki, Sədi və Akif ondan satmaq adı ilə bir ədəd qırmızı rəngli mobil telefon alıb, lakın onu aldadaraq telefonunu geri qaytarmayıblar”. “Oğlum şantaj olunduğunu dedi” Məhkəmədə Nihad Səlimovun anası Sevda xanım ifadə verib. O, ifadəsində bildirib ki, oğlu Nihad təhsili ilə əlaqədar müvəqqəti olaraq Göyçay rayonunda yaşayıb: “2014-cü ilin may ayının əvvəllərində oğlum mənimlə əlaqə saxlayaraq bildirib ki, Göyçay rayonunda ona və digər tələbələrə hədə-qorxu gəlib, onların pullarını və mobil telefonlarını əllərindən alan cinayətkar şəxslər peyda olub. Həmin şəxslər barəsində o və digər tələbə yoldaşları birlikdə Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Oğlumun başına gələnlər barədə ətraflı maraqlandım. Oğlum mənə bildirdi ki, Göyçay rayon sakinləri Sədi Abdullayev və Akif Hüseynli bir ədəd “Samsung Galaxy” markalı mobil telefonunu satmaq adı ilə ondan alıb, lakin sonradan nə telefonu satmayıb, nə də ki, geri qaytarmayıblar.. Bununla bağlı Göyçay rayonuna gəldim və oğlum, onun tələbə yoldaşları ilə söhbət etdim. Oğlum bildirdi ki, Göyçay rayon sakinləri Ramiz Adıgözəlov, Adil Qasımov, Sədi Abdullayev, Tacir Zeynalov və Akif Hüseynli ilə 2014-cü ilin mart ayının əvvəllərində tanış olub. Həmin şəxsləri onunla digər tələbə yoldaşı Seymur Əliyev tanış edib”. İntihar, yoxsa bədbəxt hadisə Qeyd edək ki, Nihad Səlimov 2014-cü ilin iyunun 28-də Şirvan kanalında çimərkən boğularaq ölüb. Mərhumun ölümündən əvvəl “Facebook” sosial şəbəkəsində yazdığı son statusu belə olub: “Bu gün çox sevincliyəm – 3 şeyə görə. Birincisi, niyyət gecəsidir. Allah bütün ürəkdən olan duaları qəbul eləsin. İkincisi, ayın 6-da atamın gəlməsi xəbərini veriblər – sağ salamat gəl. Üçüncüsü, ürəyimin ad günüdür. Ad günün mübarək”. Məhkəmənin hökmü ilə Tacir Zeynalov 5 il, Akif Hüseynli 5 il 6 ay, Ramiz Adıgözəv 7 il, Adil Qasımov 7 il, Sədi Abdullayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin Adil Qasımovun 2500 manat cərimə edilməsi barədə qərar qəbul edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:00 Əxlaqsızlıq yuvasında gizli kamera, şantaj, pul və... “Sənə 15 gün vaxt verirəm, 500 manat verməsən”. Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Allahverənov və Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Əlizamin Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Mediaxeberleri.az Virtualaz.org-a istinadən
12:11 Övladı həkim naşılığının qurbanı olan atanı kimlər get-gələ salır...(Foto) "400 manat çatmadığı üçün xəstə qızımızın şəxsiyyət vəsiqəsini girov saxladı" Redaksiyamıza təkrar olaraq müraciət edən Göyçay Rayon Çərəkə kəndi sakinləri Əhmədovlar ailəsi üzləşdikləri problemlə bağlı yeni məqamları çatdırıblar. Mediaxeberleri.az olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:
18:51 Göyçayda yaşlı ər-arvadın dəhşətli qətli – TƏFƏRRÜAT “Çay kənarında oturub sosiskanı yeyərək arağı içdik”. Ötən ilin martın 1-də Göyçay şəhərində 1933-cü il təvəllüdlü Ağasəf Quliyevin və arvadı Afaqın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə tapılıb. Mediaxeberleri.az publika.az-a istinadən xəbər verir ki, polis və
02:20 Bakıda azan tələbə qızın dramı... 17 byaşlı qız rəfiqələri ilə birlikdə şəhərə gəzməyə çıxmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində Fizuli rayon sakini, 1990-cı il təvəllüdlü Ədalət Yusif oğlu Quliyevin məhkəmə istintaqı yekunlaşıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Ədalət Quliyev 12 il
20:13 4000 manat borca görə qadına iyrənc təklif – ŞOK TƏFƏRRÜAT Ucar rayon sakini, 1963-cü il təvəllüdlü Mirbala Fərzəliyev qonşusu Samirə Qafarovanı (ad şərti verilib-H.Z.) onunla cinsi əlaqədə olması üçün şantaj edib. Samirə Qafarovanın əri Bəxtiyarın Mirbala Fərzəliyevə borcu olub. Mirbala 15 yanvar 2013-cü il tarixdə notarial qaydada Bəxtiyar Qafarova 6000

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az