t s

» » Dörd uşaq anasının intiharının təfərrüatı: “Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar”

Dörd uşaq anasının intiharının təfərrüatı: “Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar”

17-03-2020, 09:33 Yazar:  Samir Baxılıb: 113 Çap et
Dörd uşaq anasının intiharının təfərrüatı: “Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar”Bir neçə gün əvvəl intihar etdiyi bildirilən 4 uşaq anası, 29 yaşlı Günay Şəmilovanın ailəsi hüquq-mühafizə orqanlarının bu işlə bağlı fəaliyyətindən narazıdır.

Mediaxeberleri.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən G.Şəmilovanın atası Sahib Quliyev bildirib ki, qızına əri Etibar Şəmilov, qayınatası Mətləb Şəmilov və qayınanası Sədaqət Şəmilova dəfələrlə işgəncə verərək döyüblər:

“Bu barədə bir neçə dəfə yerli polis şöbəsinə ərizə yazmışam, Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi ilə əlaqə saxlamışam. Amma qızım ölmədən əvvəl polis bu şikayətlərlə bağlı heç bir addım atmadı, bizimlə maraqlanmadı”.

S.Quliyev iddia edib ki, istintaq da düzgün aparılmır:

“Mənim qızım intihar etməyib. Onu səhər tezdən əri, qayınatası və qayınanası dəmir boru və ət maşını ilə döyüblər, saçından tutub yerdə sürüyüblər. Bədənindəki izlər də sürüyəndə yaranıb. Günayı səhər saatlarında döyə-döyə öldürüblər, axşamüstü isə özləri asıb, sonra bizə deyiblər. Mənə zəng edən kimi onlara getdim, amma qızımın bədəni buz kimi idi, çox soyuq idi. Təzəlikcə ölən adamın bədəni elə soyuq olmur, onu çoxdan öldürmüşdülər. Heç bir ana 7 aylıq uşağını yerə qoyub, özünü asmaz. Mən onu ermənilərin içindən xilas edib qucağımda gətirdim, amma burada onu ermənilərin edə biləcəyindən də pis vəziyyətə saldılar. Ekspertizada gördüm ki, qızımın bədəninin hər yeri xəsarət idi. Səhəri gün rayon prokurorunun qəbuluna getdim, o məni təhqir edib dedi ki, qızını sən özün bu vəziyyətə qoymusan. Xahiş edirəm, bu məsələ hüquq-mühafizə orqanları rəhbərliyinin nəzarətinə götürülsün, ciddi araşdırılsın və ədalətli qərar verilsin”.

Hadisə ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, G.Şəmilovanın əri Etibar Şəmilov bu maddə ilə ittiham edilərək məhkəmənin qərarı ilə həbs edilib. Lakin qızın ailəsi onun qəsdən adam öldürmə maddəsi ilə ittiham edilməsini tələb edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, G.Şəmilovanın ailəsi onun döyülməsi ilə bağlı hələ 2019-cu il dekabrın 20-də Ağcabədi rayon polis şöbəsinə müraciət edib: “Təhqiqat bölməsində araşdırma aparılıb. Dekabrın 27-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, tərəflər arasında barışıq əldə olunub”.

Sahib Quliyev iddialarını əsaslandırmaq üçün redaksiyamıza qızının işgəncəyə məruz qalmasının sübutu kimi fotolar da göndərib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az