t s

» » Pandemiya Allahın ixtiyarındadır, həyati lübüdlükdür, hansısa səbəbin nəticəsidir, yoxsa təsadüfdür?

Pandemiya Allahın ixtiyarındadır, həyati lübüdlükdür, hansısa səbəbin nəticəsidir, yoxsa təsadüfdür?

16-03-2020, 22:54 Yazar:  Samir Baxılıb: 162 Çap et
Pandemiya Allahın ixtiyarındadır, həyati lübüdlükdür, hansısa səbəbin nəticəsidir, yoxsa təsadüfdür?
İslam fəlsəfəsinə görə həyatda, dünyada təsadüf yoxdur. Hadisələr idarə edilir. Səbəbsiz heç nə baş vermir. Təsadüf kimi görsənən olaylar isə təvafüqdür. Yəni ilahi uyğunluq əsasında baş verir. Qəza və Qədər mövzusu həm İslamda, həm də digər dinlərdə ən dərin və mübahisəli mövzulardandır. Xəstəliklər, şikəst doğulanlar, həyatın təzadları, məzlumun əzilməsi, zalımın ucalması kimi hadisələr Allah tərəfindənmi təqdir olunur, yoxsa həyatın axarına uyğun baş verən labüdlükdürmü? Bu suala cavab vermək üçün bir neçə məsələyə diqqət edilməlidir.

Qurana və ümumilikdə İslam dininə görə Allah bəşəri xəlq edərək insanlığa dinləri, kitabları, peyğəmbərləri göndərərək, doğru yolu izah etmiş, insanları ixtiyar sahibi (faili-muxtar) qərar vermişdir. Yəni, insan etdiyi əməlində ixtiyar sahibidir. Lakin özbaşına deyildir. Əgər günah, cinayət edirsə buna Allah müdaxilə etmir. Sadəcə əvvəlcədən haq yolu göstərdiyi üçün Axirətdə haqq-hesab çəkəcək, mükafat və cəza tədbiri görəcəkdir. Xəstəliklərin bəziləri isə insanların öz əməlləri nəticəsində baş verir. Zaman-zaman yayılmış bir çox virus və yoluxucu xəstəliklərin mənşəyi yalnız insan əməli olub. Hazırki, karonavirusun da yaranma və yayılma səbəbi kimi yarasa və ilanın mutasiyası, bu heyvanların da insanlarla təması, qida kimi istifadə edilməsi göstərilmişdir.

Quranda yeyilməsi halal olan heyvanlar göstərilib. Allah insanı xəlq edəndə onun nə ilə qidalana biləcəyini də müəyyən edərək endirdiyi kitabında izah etmişdir. Haram, yəni qəti qadağan etdiyi şeylər məhz belə, ümumbəşəri qorxunc hadisələrin baş verməməsi üçündür. Bəzən insanlar Quranda haram buyurulan müəyyən qidaları müzakirə edərək şübhə ilə yanaşırlar, inkar edirlər, tərəddüd edirlər. Bu, uşağın oda - alova münasibətini xatırladır. Yəni, körpə odun yandırıcı xüsusiyyətini dərk etmir, zahirinə baxır və xoşu gəlir, əlini vurur və yanır. Ondan sonra anlayır. İnsan da belədir. Donuz ətinin, ilan - çayan ətinin, yarasanın, həşəratın haramlığını sual altına alır. Yeyir və ümumbəşəri bir fəlakətin yaranmasına səbəbkar olur. İmam Əli ona görə deyir ki, başınıza gəlmədən başa düşün!

Yəni, insan ixtiyar sahibidir. Allah, Cəbəriyyə məzhəbinin dediyi kimi insanları məcbur etmir. İnsanı özü idarə etmir. Alnına taleh yazmayıb. İnsanın etdiyi günahları əgər Allah əvvəlcədən onun alnına yazmış olsa idi, daha Quran nəyə gərək idi? Axirətdə əzab nəyə gərək idi? İnsan deməzdimi ki, İlahi, özün alnıma günah yazmışdın, mən də günahkar olmuşam... "Nəcm" surəsi, 39 cu ayədə Allah buyurur :"İnsana öz səyindən başqa heç nə yoxdur."
Ona görə də anlamaq lazımdır ki, insan özü öz əməllərinin faili, icraçısıdır. İnsan Allahın ona verdiyi iki əllə başqa bir adamı qətlə yetirirsə, bu o demək deyil ki, o adamın qətlinə Allah rəvac verdi. Yaxud da qatilin alnına Allah qatillik yazmışdı. Xeyr! İnsan öz əməllərinə tam cavabdehdir. Heç nəyi Allahın boynuna atmaq lazım deyil. Amma ümumbəşəri xəstəliklər, bəlalar, fəlakətlər həm bu səbəbdən, real olaraq qida, natəmizlik kimi hallardan, həm də ikinci bir səbəbdən baş verə bilir.
Nədir bu ikinci səbəb?

Bu da yenə insanların əməllərinə görə verilən cəza, sınaq, imtahan və ya məhvetmə qərarıdır. Amma birincidən fərqi budur ki, burada səbəbkar insanlar olsa da cəzanı, bəlanı verən Allahdır.

Tarixdə Ad, Səmud, Nuh, Lut qövmləri kimi əhalini, azğınlığa, pozğunluğa sürüklədiklərinə, ənənəvi və kütləvi homoseksuallığa, zinakarlığa, uşaqbazlığa görə Allahın məhv etməsi vardır. Bu, həm səmavi kitablarda, həm də dünyəvi tarixi mənbələrdə təsvir olunur. Misirdə Firon 2-ci Ramzesin, Babildə Nəmrudun və digərlərinin məhz ilahi qərarla məhv edilməsi də mövcuddur.

Bu qövmlərə əvvəlcə peyğəmbərlər göndərilmiş, kitablar nazil edilmiş, doğru yola və tövbəyə dəvət edilmiş, nəticə çıxarmadıqları və fəsada davam etdikləri üçün məhvlərinə qərar verilmişdir.
Məhvetmə müxtəlif yollarla baş tutub. Nuh qövmünü tufan və sunami, su basma, boğma yolu ilə, Ad və Səmud qövmlərini tükürpədici səs və küləklə, Sədum əhalisini vulkanlarla məhv etmişdir. Xəstəliklərlə məhv etmə də bu yollardan biridir.

Muhəmməd peyğəmbərin hədislərinin bəzilərində fəlakətlərin səbəbləri qeyd edilib. Məsələn, zina çoxalanda zəlzələlər artar, fəsad, küfr və günah, haram işlər artanda ilahi bəlalar, xəstəliklər artar. Bu kimi hədislərin mənası ondan ibarətdir ki, yer üzündə insanlıq yolunu azdıqca, harama meyl çoxaldıqca, haqsız savaşlar, qətliamlar, uşaq qətlləri müharibələr, məzluma zülm artdıqca Allah öncə fövqəladə bir hadisə ilə xəbərdarlıq edir. Mesaj verir. Əgər bəşəriyyət və ya hər hansı bir qövm əhəmiyyət vermirsə ümumi və daha şiddətli bəlanı nazil edir.

Allah bir çox səmavi kitablarında digər xalqları peyğəmbərlərin ümməti hesab etsə də türkləri məhz öz ümməti saymışdır. Türklərdən ibarət ordusu olduğunu, azmışların üstünə onları göndərdiyini bildirmişdir. Mete, Atilla və digər türk sərkərdələr də yalnız tək Tanrıya iman edərək azğın qövmlərə cəzalar tətbiq ediblər. Çingiz xan Peyğəmbəri qəbul etməmiş, ancaq Allahın nümayəndəsi olduğunu bəyan etmiş, xilafəti səltənətə və işrət rəmzinə çevirən, peyğəmbər əhli-əyalına zülm etmiş Abbasiləri darmadağın edərək Bağdadı vuran qoymuşdur. Bu, müsəlmanlara, daha doğrusu müsəlman hökmdarlar bir ibrət və cəza idi. Hülaku xanın addımlarını da xatırlamaq olar...

Uyğur türklərinə Çinin amansız soyqırım və kütləvi işgəncələr törətməsi nəticəsində ilahi əzab məhz Çində təzahür etdi. İran və digər güclü, söz sahibi ölkələri də zülmə dəstək verdikləri üçün çulğadı. Yerdə qalan ölkələri isə zülmə seyrçi qaldıqları üçün, susqunluq nümayiş etdirdikləri üçün...

Məlumdur ki, yaşadığımız əsrdə dünyada dünyəvi maraqlar üçün çirkin savaşlar gedir. İraq, Fələstin, Suriya, Kəşmir, Qarabağ, Yəmən və başqa yerlərdə günahsız məsum körpələr, aciz və zavallı çarəsiz insanlar kütləvi şəkildə qətl edilir, soyqırımlar törədilir. Haqsızlıq, ədalətsizlik son həddədir. Allah küfrə görə bəzən bir qövmü məhv etmir, çünki küfr onun özünə qarşıdır. Amma zülmə görə qövmlərin altını üstünə çevirib. Çünki zülm insanlığa qarşıdır. Buna rəğmən bəşəriyyətin xaliqi, dünyanın sahibi olan aləmlərin Rəbbi, prosesi dayandırmaq və insanlığa, bu gedişatı durdurması üçün qırmızı işıq yandırdı. Artıq savaşan ölkələr savaşı dayandırıb virusla mübarizə aparırlar. Xəstəliyin çarəsinin tapılmaması, bütün dünyaya yayılması, bəzi ölkələrdə gözlənilmədən sürətlə artması, vahiməyə səbəb olması, hətta Kəbənin də təvafının dayanmasına səbəb olması mövcud vəziyyətin məhz Allah tərəfindən idarə olunduğunu isbatlayır. Allahın yaratdığı insanlığı qıranlara Allah təkrar olaraq xatırladır ki, sizi də, sizin günahsız öldürdüklərinizi də yalnız mən öldürə bilərəm, siz yox. Saxta dindarlara, özlərini Allahın yer üzündəki nümayəndəsi sayanlara da öz sərt xəbərdarlığını edir. Onları da bu xəstəlikdən sığortalamamaqda məqsəd, onların da günahkarlığıdır.

Çində insanların məscidlərə gələrək kütləvi şəkildə İslam dininə üz tutduqlarını hamımız mətbuat və sosial şəbəkələrdən hər gün izləyirik.

Qədər, təqdir Allah tərəfindən əvvəlcədən müəyyən edilmiş yazıdır. Lövhi-məhfuz deyilən ilahi müqəddərat lövhündə həkk olunmuş olacaqlardır. Hər kəsin öləcəyi, dünyanın dağılacağı, Qiyamətin baş verməsi kimi vaqe olacaq hadisələr ilahi təqdirdir. Qədərdir. Qədər dəyişə bilməz. Bir insanın heç zaman ölməyəcək şəkildə əbədi yaşaması mümkün deyil. Axirətin, ilahi mühakimə və mükafatın baş verməməsi mümkün deyil. Cinayət və günahların əvəzsiz qalması ola bilməz. Çünki bu cür olmasa dünyanın yaranış səbəbi və mahiyyəti anlamsız və mənasız olar o zaman. Hikmətsiz, səbəbsiz, əsassız və mənasız da bir yaranışın, bir hadisənin olmasının mümkünsüzlüyü buna əsas verir. Cinayətin cəzasız, savabın da mükafatsız qalması ilahi ədalətə xələl gətirə bildiyi üçün Axirətin olması labüddür. Lakin Allah cəzaları Axirətə saxlasa belə, elə hadisələr var ki, onun bu dünyada cəza haqq etməsi, cəzanın da vaqe olması mütləq olur. Ad, Nuh, Səmud, Sadom, Pompey əhalisi kimi.
Qəzavü-qədər anlayışındakı Qəza isə, Qədərdə təqdir və təyin olunan labüdlüyün həyata keçdiyi, baş verdiyi hal, vəziyyət və zamandır. Qədərə görə bir insanın ölməsi vacibdir. O insanın özünü təhlükəyə ataraq bu gün ölməsi, yaxud, səhhətini qorumayaraq beş ildən sonra ölməsi və ya ehtiyatla yaşayaraq əlli ildən sonra ölməsi artıq Qəzadır. Qəza insanın öz fəaliyyətinə, yaşamına, əməllərinə bağlıdır. Amma tam ixtiyarına bağlı deyil. Yəni, insan istəsə heç zaman ölməsin, bu onun əlində deyil, bu mümkün deyil.

Yayılmış xəstəliklər, pandemiyalar, epidemiyalar əgər bütün dünyanı bürüyürsə, xristian dünyasının Roma papasını, müsəlman aləminin mərkəzini, dini liderlərini naçar qoyursa, bu artıq Allahın xatırlatması, mesajı, imtahanı, xəbərdarlığı və ya cəzasıdır.

İlahi əzabların əlamətləri:
1. Qəfil ortaya çıxır (Lut qövmünü çulğayan bəla kimi) ;
2. Sürətlə yayılır (Lut qövmünü sarsan bəla kimi) ;
3. Bir məkanda yayılsa və ya baş versə də bütün dünyada xof və vahimə yaradır (Səmud qövmünün həlakı kimi) ;
4. Yüksək mənsəbli, vəzifəli şəxsləri də çulğayır (Fironun qərq olması kimi) ;
5. Əlacı, çarəsi, qurtuluş yolu tapılmır;
6. İlk küfrün, günahın mənşəyi olan bölgədə baş qaldırır və sonra digər yerlərə yayılır. (Nuhun tufanı kimi) ;
7. Qəfil baş verdiyi kimi qəfil da yox olur;
8. Qıtlıq yaradır;
9. Uşaqlara toxunmur;
10. Çox uzun çəkmir;
11. Dövlət rəhbərlərini qorxuya salır.


Bu xüsuslar Quranda və digər səmavi kitablarda ilahi əzabların əlamətləri kimi təsvir edilib. Dinsiz və Allaha qarşı çıxan alimlərin elmə güvəndiyini, elmlə hər şeyə nail ola bilmə iddialarını Allah puç edərək çarə tapmaqda aciz olduqlarını diqqətə çatdırır. İqtisadiyyatı, silahı, sərvətləri ilə təkəbbürlük edənləri qısa zamanda iflic edərək sərhədlərini bağlamağa məcbur edə bildiyini bəyan edir Allah.

Ağlınıza gəlməyən, ehtimal etmədiyiniz, ehtiyyat etmədiyiniz bir xəstəliklə sizə xəbərdarlıq edirəm, deyə mesaj verir, Allah təala.
"Allah dərmanı olmayan xəstəlik yaratmamışdır" deyə, buyurur Peyğəmbər. Sadəcə yaradıcıya, Ali Müəllimə, xəstəliyi və şəfanı bəxş edənə üz tutmalıdır hamı. Bu gün dünyaya meydan oxuyan nüvə dövlətləri bir virusun əlində naçar qalıbsa, bu, Allahın dünyanın fatehi İsgəndəri adi bir ağcaqanadla öldürməsində olduğu kimi ilahi bir ibrət dərsidir. Bu dərsin dərs olduğunu anlayan, ibrət alan xilas olacaqdır. Allah özü tövbələri qəbul etsin və bəşəriyyəti bu bəladan xilas etsin. Amin.

Tural İrfan
İlahiyyatçı-yazar




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az