t s

» » İdmançılarımızın iştirak edəcəyi Dünya Kuboku da təxirə salındı

İdmançılarımızın iştirak edəcəyi Dünya Kuboku da təxirə salındı

14-03-2020, 13:55 Yazar:  Samir Baxılıb: 103 Çap et
İdmançılarımızın iştirak edəcəyi Dünya Kuboku da təxirə salındıAprelin 30-dək keçirilməsi planlaşdırılmış bütün sambo turnirləri təxirə salınıb.

Mediaxeberleri.az xəbər verir ki, bura Rusiyanın paytaxtı Moskvada keçirilməli olan Xarlampiyevin xatirəsinə həsr olunmuş Dünya Kuboku (20-21 mart), çimərlik sambosu üzrə Kiprin Larnaka şəhərindəki dünya çempionatı (28-29 aprel) və digər yarışlar aiddir.

Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov bunu koronavirus təhlükəsi ilə əlaqələndirib.

Sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyevin saytımıza verdiyi məlumata görə, Dünya Kubokunda Azərbaycanın üç samboçusu – Mehman Məmmədov, Fərid Mikayılov və Mirfəttah Seyidəliyev də iştirak etməli idi.

Qeyd edək ki, daha əvvəl 9-13 aprel tarixlərində Bolqarıstanın Panaqyurişte şəhərində keçirilməli olan yeniyetmə və gənclərin sambo üzrə Avropa çempionatı ləğv olunmuşdu.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
09:40 Bacanaqların talan etdiyi rayon... - İTTİHAM Bir neçə gün bundan əvvəl aktualxeber.az saytında “İcra başçısı bir ailənin dağılmasına bais olub” və “İcra başçısının ailə klanı” başlıqlı məqalələr dərc edilmişdi Həmin məqalələrdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri, rayon sakinləri və sahibkarların ondan
19:53 Ağstafada gənclərin hərbi xidmətə yola salınması “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin
09:07 Mart ayının ən şanslı bürcləri, işiniz yağ kimi gedəcək... QOÇ Mart ayı üçün şərh... Mart 2019-in ilk hissəsi Qoç üçün ehtiraslı və sürprizlərlə dolu olmağı vəd edir. Həm Mars həm də Venera Qoç bürcündə olacaq: Venera eşq və başdan çıxarma planeti və Mars arzu və fəth planetidir. Mars-Venera kombinasiyası, bu potensialdan istifadə edərək erotik
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az