t s

» » Notariusun evindən 300 min manatlıq seyf oğurlayanlarla bağlı QƏRAR

Notariusun evindən 300 min manatlıq seyf oğurlayanlarla bağlı QƏRAR

13-03-2020, 13:48 Yazar:  Samir Baxılıb: 40 Çap et
Notariusun evindən 300 min manatlıq seyf oğurlayanlarla bağlı QƏRARBakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən dəstə üzvlərinin apellyasiya şikayətlərinə baxılıb.

Mediaxeberleri.az-a görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənovun hər birinə 7 il, Familə Vəliyevaya 5 il və Sahib Həsənbəyliyə isə 2 il həbs cəzası verilib.

Təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli-miqdarda oğurluqda təqsirli biliniblər.

Hadisə ötən ilin aprel ayında baş verib. Xətai Rayon Polis İdarəsinə müraciət edən şəxs fərdi yaşayış evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib. Cinayəti törətməkdə təqsirləndirilən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunan - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər. Daha sonra dəstənin digər üzvü olan F.Vəliyeva saxlanılıb.

Zərərçəkmiş Ş.Hüseynova məhkəmədə bildirib ki, evindən 374 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. O deyib ki, təqsirləndirilən Familə Vəliyeva vaxtilə onun evində işləyib, etibarını qazanıb, sonra da belə bir iş görüb.

Cinayət işinin materiallarında da iddia olunur ki, Familə digər dörd nəfərə Ş.Hüseynovanın evinin harada yerləşməsi, mənzildəki pul və qızıllar barədə məlumat verib, onları yönləndirib.

Təqsirləndirilən F.Vəliyeva isə ittihamı qəbul etməyib. O bildirib ki, Ş.Hüseynova ilə şərikli obyekti var və qadın onu həbs etdirmək istəyir.

Qeyd dək ki, zərərçəkmiş şəxs 40 saylı notariat kontorunun rəhbəridir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az