t s

» » Qazax yeni inkişaf dövrünü yaşayır

Qazax yeni inkişaf dövrünü yaşayır

13-03-2020, 13:07 Yazar:  Rəşad Baxılıb: 337 Çap et
Qazax yeni inkişaf dövrünü yaşayır
Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub qərbdən Ermənistanla 168 km sərhəddir. Ərazisi 692 kv.km, əhalisi 97562 (01.01.2019-cu ilin əvvəlinə) nəfərdir. Əhalinin 75752 nəfəri kəndlərdə, 21810 nəfəri isə şəhərdə yaşayır. Ərazinin 77 kv.kilometri (11%-i), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır.

Uca dağların, sıldırım qayaların qoynunda yerləşən Qazax şəhəri füsunkar gözəllikləri ilə rəssam fırçasına ilham verən yurd yerlərimizdəndir. Zirvələrin tacı olan bu yurd yerinə təbiət öz səxavətini əsirgəməyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində irəli sürdüyü vəzifələr Qazax rayonunda öz əməli həllini tapır. Rayonda yeni müəssisələrin yaradılması və yeni iş yerlərinin açılması sahəsində mühüm işlər görülür.
Qazax rayon İcra Halimiyyətinin Başçısı cənab Rəcəb Babaşov 2020-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat-seçki yığıncağında bu istiqamətdə görülən işləri xüsusilə qeyd edib. Bildirib ki, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə rayonda 5 yeni müəssisə yaradılmış, 630-u daimi olmaqla 660 yeni iş yeri açılmışdır. 2020-ci ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 16 müəssisədən 271 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 1241 nəfər vətəndaşlardan 924 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 266 nəfər münasib işlə təmin olunmuş, 61 nəfərə işsizlik statusu verilmiş və müavinat təyinatı aparılmışdır”.

Qazax şəhərində son 3 ildə 5və ya 6 iri iaşə obyekti tikilib . Bu obyektlərdə 30-40 arası ailə işləyərək evinə cörək pulu aparır. Bunun nəyi pisdir görəsən .
bu gün də yenisi tikilir . Əgər tikili heç nəyə və heç kimə maneçilik törətmirsə bu lap yaxşı. Amma nədənsə son bir neçə gündə sosial şəbəkələrdə qəhrəmana cevrilən bəzi şəxslər qərəzli mövqedə duraraq güya xalqı fikirləşirmiş kimi fikirlər yürüdərək "atakaya" keçiblər . Nə verib ala bilmirsiz, heç mən də, bilmirəm .
Sizcə yeni gözəl görkəmə malik binanın olmasının nəyi pisdir axı....
Kaş ki, bundan da böyük tikililər olsun işsizlik azalsın.

Rəcəb Babaşov o icra başclarındandır ki, rüşvəti yox edib yerli əhalini düşünür . Əgər, o tikilidə hər hansı səhv və qanuna uyğunsuzluq olsaydı coxdan iş dayandırılmışdı.
Yadımdadır kecmiş icra Rauf Hüseynov şəhərin harasını istədi orasını satdı dillənən olmadı daha sonra Ayaz Əsgərov yerdə qalanını satdı yenədə heckim dillənmədi ,amma bu işdə dırnaq arası işbazlar qəşəngcə faydalandılar bugün həmin işbazların ayağı topa dəymir ona görə narahat olurlar. Rəcəb Babaşov struktura saflıq gətirib kaş ki bütün icra başcıları bu metoddan istifadə edib işləmək istəsinlər. O zaman rayonda iş də açılar rüşvətdə olmaz.
Yoxsa düşmüsüz sosial şəbəkəyə özünüzü qəhrəman hesab edisiz.
Burada yaşamaq, öyrətmək, öyrənmək, gəzmək, eyni zamanda bu yurdun insanlarını yaxından tanımaq mənə o qədər xoşdur ki... Burada yaşadığım müddətdə görürəm ki, Qazax hər keçən gün daha da inamla inkişaf edir, yenilənir, çiçəklənir. Hər şeydən əvvəl, buradakı sakitlik, əmin-amanlıq insanların firavan həyat yaşamalarına vəsilə olur. Elə bu səbəbdən burada yaşamaqdan məmnunluq duyuram.

Burada olarkən bir daha gördük ki, Qazaxda bu gün ən ucqar dağ kəndləri belə, müasirliyə qovuşub.

Qazax yeni inkişaf dövrünü yaşayır
Qazax yeni inkişaf dövrünü yaşayır




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:39 Qazaxda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib 7may 2019-cu il tarixdə “Qazax rayonu İcra hakimiyyəti başçısının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 30-da Nazirlər Kabinetinin 2019-ciu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az