t s

» » Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

10-03-2020, 08:38 Yazar:  Samir Baxılıb: 72 Çap et
Bu gün Yel çərşənbəsidir
Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir.

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər.

Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:10 Söyüd qabığından möhtəşəm resept! Bel, diz ağrılarını 1 gündə kəsir, revmotizmanı tam sağaldır. Söyüd həlimi qızdırmada, titrəmə, qızdırma ilə müşayiət olunan müxtəlif xəstəliklərdə və baş ağrısında xеyirlidir. Söyüdün spirtli cövhəri çiçək və yarpaqlarına nisbətən daha mülayim təsir еdir. Sirkə ilə əzişdirilmiş söyüd yarpaqlarından hazırlanan məlhəm bədənin kеyiməsinə, qadınların döş və
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
14:23 Bu gün Yel çərşənbəsi qeyd olunur Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir. Mediaxeberleri.az xəbər verir ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu
08:01 Azərbaycanda Yel çərşənbəsi qeyd olunur Tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir. Mediaxeberleri.az xəbər verir ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi
01:12 Bu gün çərşənbələrin əzizi - Yel çərşənbəsidir Bu gün Azərbaycanda Yel çərşənbəsidir. İlin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az