t s

» » Mediaxeberleri.Az informasiya portalından 8 Mart təbriki

Mediaxeberleri.Az informasiya portalından 8 Mart təbriki

7-03-2020, 21:26 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 391 Çap et
Mediaxeberleri.Az informasiya portalından 8 Mart təbriki
Mediaxeberleri.Az informasiya portalının kollektivi bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir!

Əziz xanımlar!




8 Mart bəşəriyyətin ülvi bir varlıq olan qadına bəslədiyi məhəbbət və ehtiramı parlaq ifadə etdirən bayram kimi dünyada geniş qeyd olunur. İnsan cəmiyyətinin mədəni inkişaf səviyyəsi və yüksəlişi orada qadına, anaya olan münasibət ilə sıx bağlıdır. Qadınlar bəşəriyyətin taleyüklü problemlərinin həllinə həmişə öz töhfələrini vermiş və bu gün də müasir dünyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər.
Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qadın adına hədsiz məhəbbət və ehtiram söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Görkəmli sənətkarlarımız Azərbaycan qadınının gözəlliyini, mənəvi saflığını, mərdliyini və sədaqətini öz əsərlərində dönə-dönə tərənnüm etmişlər. Xalqımızın təfəkküründə ən əziz, ən qiymətli bilinən Vətən, torpaq, dil anlayışlarının ana adı ilə bağlı olması da qadın, ana adına verilən yüksək qiymətin əyani təzühürüdür.

Hamınıza cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar arzu edirik.

Bayramınız mübarək olsun!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
22:01 Ağstafa Regional Mədəniyyət İdarəsi Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirib Bu gün Ağstafa Regional Mədəniyyət idarəsi 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Ağstafa Musiqi Mərkəzində bayram tədbiri həyata keçirib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Gənc
20:11 Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu. Mediaxeberleri.az xəbər verir ki, bu gün “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Ağstafa şəhəri “Yazıçılar Evi” ndə geniş bayram tədbiri təşkil olundu. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun
08:09 Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür 14 ildir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edirik Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az