t s

» » Sosial şəbəkələrdə məşhurlaşan "Koronovirus" şeirinin müəllifi kimdir? - MƏTN

Sosial şəbəkələrdə məşhurlaşan "Koronovirus" şeirinin müəllifi kimdir? - MƏTN

7-03-2020, 08:36 Yazar:  Samir Baxılıb: 216 Çap et
Sosial şəbəkələrdə məşhurlaşan "Koronovirus" şeirinin müəllifi kimdir? - MƏTN
"Çökdürür İranı, dağıdır Çini..."

Son günlər Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentində "Babat da adı var: Koronovirus" adlı şeir yüzminlərlə istifadəçi tərəfindən paylaşılıb və bəyənilib. Sosial şəbəkə istifadəçilərinin şeirin müəllifini maraq etməsi qarşısında bəziləri mətni ya öz adlarına, yaxud da tanışlarının adına çıxarmağa çəhd ediblər. Bəs, bu şeirin gerçək müəllifi kimdir? AzNews.az bildirir ki, şeirin yazarı jurnalist Taleh Şahsuvarlıdır.

Taleh Şahsuvarlı şeirin yaranma tarixçəsini belə izah edib:

"Bu günlərdə İranda mənzillənmiş "Nur-az.com" saytı mənim və istedadlı həmkarım Dilqəm Əhmədin əleyhinə bir sarsaq yazı yayımlamışdı. O yazıda vaxtilə Dilqəmlə birlikdə ərsəyə gətirmək istədiyimiz, ancaq daha sonra xeyli komanda üzvü tələb olunduğu üçün ertələdiyimiz bir layihədən- "Molla İnternetdin" projesindən də bəhs edilmişdi. Yazı, dediyim kimi, cəfəngiyat idi, ancaq həmin ideyanı nəzərimdə yenidən aktuallaşdırdı.

Bu layihə ilə bağlı ictimai reaksiyanı test etmək üçün "Babat da adı var: Koronovirus" cızmaqarasını düzüb-qoşdum, öncə öz profilimdən yayımladım. Mənim poeziyada heç bir iddiam yoxdur, şair deyiləm, artıq sosial şəbəkələrdə xeyli populyarlaşmış həmin cızmaqara da, şəxsən öz nəzərimdə, ümumiyyətlə, şeir deyil. Sırf texniki üsullarla yazılmış, elementar filoloji anlayışı olan hər kəsin məzə üçün nəzmə çəkə biləcəyi ironik yanaşmadır, o qədər. Şeirə verilən reaksiya onu göstərdi ki, kiçik bir komanda formalaşdırıb Facebook-da "Molla İnternetdin" səhifəsi açmağa dəyər. Bu istiqamətdə çalışmağı düşünürük".

Şeiri təqdim edirik:

Düşübdür xəbəri feysə tappatap,
Yayılıb dünyaya, di gəl, əlac tap,
Nə kafir tanıyır, nə əhli-kitab,
Baxmayır İncilə, Qurana virus,
Babat da adı var: "Korono virus"

***

Aparır adamdan imanı, dini,
Deyir, lap şüşədən çıxardır cini,
Çökdürür İranı, dağıdır Çini,
Bulaşır Məşhədə varana virus,
Babat da adı var: "Korono virus"

***

Dedilər: "Əmələ gəlib ilandan",
Dedilər: "Şayiədir, çıxıb yalandan"
Dedilər: "Bu dünya binə olandan,
Bir himə bəndiymiş yarana virus,
Babat da adı var: "Korono virus"

***
Neçə ömür kəsib, neçə can alıb,
Dolaşıb dünyanı, bizə yan alıb,
Həkimi, məmuru lap işə salıb,
Gediblər sərhədə, arana virus,
Babat da adı var: "Korono virus"

***
İlahi, bizlərdə bu necə başdır,
Təbiblər nə etsin, dünya naxoşdur,
Tez tapdıq çarəni- sirkədir, xaşdır,
Yan keçir, toxunmur "vuran"a virus,
Babat da adı var: "Korono virus"

***
Gəl bir tas oynayaq, şair, nərdin var,
Min cür əfkarın var, min cür gərdin var,
Sən dərd içindəsən, böyük dərdin var,
Yaraşır bəs sənin harana virus,
Babat da adı var: "Korono virus"...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
20:43 7-ci əsrə qaytarılan kənd: Nardaranı xilas etməyin vaxtıdır – TƏHLİL Azərbaycanda hər kəsin özünə və özgələrə dönə-dönə verdiyi sual bu olmalıdır: Niyə? Niyə axı bir azərbaycanlı öz polisinə atəş açmalıdır? Niyə yeganə məqsədi onu qorumaq olan dövlət orqanlarına qarşı çıxmalıdır? Bunu Nardaran sakinləri özləri də tam anlamır. Sualı onlara verəndə deyirlər: “Hacı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az