t s

» » Mədəniyyət Nazirliyindən Prezidentin irad tutduğu xəritələrlə bağlı AÇIQLAMA

Mədəniyyət Nazirliyindən Prezidentin irad tutduğu xəritələrlə bağlı AÇIQLAMA

7-03-2020, 08:17 Yazar:  Samir Baxılıb: 93 Çap et
Mədəniyyət Nazirliyindən Prezidentin irad tutduğu xəritələrlə bağlı AÇIQLAMA
Mədəniyyət Nazirliyi Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyinin yeni binalarının açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş olunan xəritələrlə bağlı səsləndirdiyi haqlı iradlarla bağlı açıqlama verib.

Nazirlikdən verilən məlumata görə, açılış zamanı həmin xəritələrdə coğrafi adların düzgün verilməsi və tarixi dövrlərin göstərilməsinin zəruriliyi ifadə edilib: "Bildiririk ki, Mədəniyyət Nazirliyi yalnız dövlət tərəfindən təsdiq edilmiş xəritələrdən istifadə edir. Mədəniyyət Nazirliyi Prezidentin iradlarını nəzərə alaraq, verilmiş nöqsanların aradan qaldırılması üçün həmin xəritələrin hazırlanmasını həyata keçirən müvafiq orqanlara müraciət edib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər muzey və mədəniyyət müəssisələrində də araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsinə uyğun olaraq, aşkar edilmiş analoji nöqsanlar aradan qaldırılacaq".

Nazirliyin məlumatında daha sonra bildirilir ki, Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyindəki xəritələr Azərbaycan Prezidentinin 20 aprel, 2011-ci il tarixli sərəncamına uyğun olaraq yaradılan Redaksiya Heyətinin qərarı ilə 2014-cü ildə hazırlanmış "Azərbaycan Respublikasının Milli Atlası"ndan (səhifə 50-51 və 395-dən) götürülüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az